Məktəblərin bir müddətliyinə bağlanması başqa uşaqlar kimi mənidə çox sevindirdi bilmirəm səbəbi nədir amma bərk qışqıraraq sevinmək istəyirdim.Saat 18:42 bugün zaman sanki harasa tələsirdi mənə elə gəlirdiki yuxudan hələ yenicə oyanmışam bir müddət xəyala daldım və sonra anam məni axşam yeməyini yemək üçün çağırdı...
Qar şiddətlə yağırdı qarın şiddətlə yağması küçədə insanların addım atmasında maneçilik törədirdi kimisi buzun üzərində sürüşərək yeriyir,kimisi isə qarın çoxluğundan ayaqları qara batmış şəkildə güclə addımlayırdı.Anamla yemək yeyib bitirdikdən sonra isti çayımızı içə-içə televizora baxırdıq.Yenədə kanallarda havanın dahada pisləşəcəyi haqqında danışırdılar.Kanallarda verilən məlumata görə neçə il ərzində ölkə ərazisində belə bir şaxta olmamışdır.Artıq şaxtalı hava bir həftəyə yaxın idiki öz sərin nəfəsini birüzə verirdi.Mən belə havadan çox qorxurdum axşamda küləyin qəribə səsi məni dahada vahimələndirirdi.Çayımı içib bitirdikdən sonra otaqıma gedib yerimdə uzandım yatmaq istədim amma qorxurdum beynimdə qorxulu fikirlər dövr edirdi görəsən yenə qorxacam dünənki kimi?,yenə o qara ruh gələcək?,yenə yenə yenə.. beynim qarışmışdı qorxudan fikirlərim alt üst olurdu çox qorxurdum bilmirdim səbəbini kimdən və nədən qorxuram amma bildiyim tək şey qorxuram.Anama dünən gözümə görünən əslində dünənki hadisənin səbəbkarı olan qara ruh haqqında danışmamışam ümumiyyətlə danışmaq istəmirəmdə çünki bilirəmki anam inanmayacaq.İstəmirəm anam narahat olsun mənə görə bilmirəm dünən görünən şey həqiqət idi yoxsa yuxu görürdüm məndə buna inanmaq istəmirdim lap həqiqətdə olsun yenədə inanmaq istəmirdim.Amma yenə o ruhun səsi qulaqlarıma gəlməyə başladı o səsi eşidərkən bir anlıq keçmişdə olan pis xatirələrim gözümdə canlanır o xatirələrki onları mən beynimdə qara qutuya qoymuşam qoymuşamki birdaha nə məlumatım olsun nədə o xatirələrim gözümdə birdaha canlansın amma bu səs məni məcbur edirdi o qara qutudakı xatirələrimi yada salmağa.Və bir anlıq sükut çökdü amma bu sükut uzun çəkmədi mən əllərimi qulaqlarıma tutdum bərk-bərk sıxdım,ağladım və qısqırdım istəmirəəəəəmmmmm.....
DU LIEST GERADE
Ölüm Simfoniyası
JugendliteraturHadisələr kiçik təsadüflərə məruz qalmış, iki ayrı insanın həyatından bəhs edir. - Səndə bu hekayəyə qonaq ol bir fincan kofe ilə. Epiqraf: O, düşünürdü bəlkədə keçmişə qayıtsaydı, yenidən hər şey xəyallarındakı kimi olacaqdı, ancaq o bilmirdi keç...