Vərdişlərə çevrilmişdi xatirələr...
Bir neçə saatlıq gözləyişdən sonra atam bizə yaxınlaşıb, "gedirik" dedi. İsti və rahat oturacaqlardan ayağa qalxıb qarşımızda uzanan düz, ağ kolidorda ağır addımlarla irəllədik. Kolidorun sağ küncündə yerləşən otağın giriş qapısında "Baş həkim Raul Məmmədov" yazılmışdı və deyəsən gəlmək istədiyimiz otağ bura idi. Atam dərindən köks ötürüb qapını bir-iki dəfə təkrar olaraq taqqıldatdı. İçəridən "buyurun gələ bilərsiniz" deyə eşidilən sözdən dərhal sonra atam qapını açdı və içəri daxil olduq.
Gülər üzlə, bizi ayağa qalxaraq qarşılayan həkim Raul Məmmədov "xoş gəlmisiniz buyurun" dedikdən sonra onun iş masasıynan qarşı-qarşıya düzülən oturacaqlara əyləşdik. Atam yenidən üzümə baxıb udqundu. Əlini çənəsinin altına qoyub sözə başladı.
- Həkim Raul Məmmədov, bizi qəbul etdiyiniz üçün sizə təşəkkür edirəm. Sizin yanınıza niyə gəldiyimizi keçən səfər söhbət edərkən demişdim. İndi bizə necə kömək ola bilərsiniz?
- Təşəkkür etməyə dəyməz, mənim borcumdur xəstələrimə vaxt ayırıb söhbət etmək. Demək belə, bu balaca oğlumuza xəstəxanada otaq ayıracağıq, ona müalicə kursları yazacam, günlük müalicələrini alacağı şərait yaradılacaq.
Dialoq bitdikdən sonra otaqda bir neçə saniyəlik sükut höküm sürdü. Mən sadəcə qulaq asır, sonda veriləcək qərarı gözləyirdim. Sükutu anamın göz yaşları pozdu. Mənə bildirməmək üçün üzümə baxmırdı. Göz yaşları gözlərindən süzülərək, dizləri üzərinə qoyduğu əllərinə damcıldayırdı. Həkim dəridən nəfəs alıb-verdikdən sonra yenidən dialoqa qaldığı yerdən davam etdi.
- Prosesslərə başlayaq?
Atam yenidən barmaqlarını çənəsinin altında gizlədərək
- Başlayaq... - dedi
Həkim telefon dəstəyini qaldırır və harasa zəng edir. Zəngdən dərhal sonra qarşı tərəfdəki insana - zəhmətə olmasa mənim otağıma gələrdiniz - deyib dəstəyi asır.
Telefon danışığından sonra içəri daxil olan ağ
xalatlı həkim əlimdən tutaraq məni çölə çıxarmaq istədi, mənsə bu pis vəziyyətimdə bilmədən də olsa qırıq-qırıq səslərlə ağlayaraq "anaaa...məni buraxmaayıın" demişdim. Ancaq heçbir nəticəsi olmadı . Anam durmadan ağlayır, atamsa fikirli şəkildə otağın küncünə baxırdı.Həkimin əlini buraxıb, qaçaraq anamı qucaqladım. Yenə dəfələrlə...dəfələrlə təkrar etdim..dedim - anaaa buraxmaa mənii nooolar anaaa..
Anam alnımdan öpərək, ilk dəfə danışdığım üçün sevinir, lakin gedəcəyim üçünsə daha da içdən ağlamağa davam edirdi...
Və hər şey buqədər. O gündən birdaha yenindən danışmağı unutdum. Günlərim bu soyuq xəstəxana otağında keçdi. Bu olanlar heç baş vermiyədə bilərdi, amma baş verdi. Tək səbabkar isə yalnız bir nəfər idi. Mənim həyatımı məhv edən doğma anam və onun yeni ailəsi. Bir gün lənətə gəlmiş bu xəstəxana otağından qaçıb bütün səbəbləri, səbəbkarları siləcəkdim.
Ehh Nərgiz, səndə o səbəbkarlardan biri idin. Bəlkədə yeni ailə kimi mənim həyatıma daxil olmasaydın belə bir həyat yaşamayacaqdıq. Anam sənə öz doğma qızı nəvazişi göstərərkən, mən uşaqlar evində hər gün pəncərədən baxaraq, yeni ümidlər axtarırdım. Sənə qarşı o zamanlar nifrətim var idi, ancaq..ancaq səni yenidən burada görəndən sonra hər şey dəyişdi. Mənimlə eyni həyatı yaşayırdın səndə. Xəstəxanada yalnız olduğumu düşünürdüm həmişə, ancaq yanılırdım. Bura necə gəldiyininin səbəbini bəlkə də heç vaxt bilməyəcəm, çünki mən səbəblərdən, səbəbkarlardan yorulmuşam. .
Bir gün val bitdikdən sonra arxaya çevrildim və səni gördüm. Çox dəyişmişdin. Sən mənə təmiz qəlbli sevgini hədiyyə etdin, mənsə sənə nifrətimdən doğan sevgini. Məndən uzaq qalmağını istəmişdim səndən yadındadır?
Axşam xəstəxanadan qaçıb, bütün bu olanların qisasını almışdım. Səbəb və səbəbkar artıq ortada yox idi. Səhər yenidən xəstəxanaya qayıdıb, əlvida demədən vidalaşmışdım sənlə. Sonradan birdaha nə mən səni, nə də sən məni görə bilmədin. Aylar, günlər bir-birini əvəz edərək ötüb keçdi. Sənə məktub yazmışdım ananın adından. Və birdə ailə şəklini unutmamısan yəqin ki. O sənin doğma anan deyildi. Sən atanla bizim ailəyə qoşulanda, ananın sən doğularkən öldüyünü demişdi atan. Bu həqiqət sənə nəqədər təsir edəcək bilmirəm, amma unutma anam səni çox sevirdi. Mənə, sonuncu bıçaq zərbəsində anamın yalnız bir sözü çox təsir etdi - Nərgizi sənə əmanət edirəm, oda kimsəsizdir sənin kimi...
Nərgiz səni tərk etməyə məcbur idim. Bu qeyd dəftərimdə yazılanları oxuyacağını bilirəm. Artıq olub, bitənləri bilirsən. Mənim yanımda qala bilməzdin, mən lənətlənmiş biriyəm....
Bütün hekayəm burada sonlanır...
YOU ARE READING
Ölüm Simfoniyası
Teen FictionHadisələr kiçik təsadüflərə məruz qalmış, iki ayrı insanın həyatından bəhs edir. - Səndə bu hekayəyə qonaq ol bir fincan kofe ilə. Epiqraf: O, düşünürdü bəlkədə keçmişə qayıtsaydı, yenidən hər şey xəyallarındakı kimi olacaqdı, ancaq o bilmirdi keç...