25-ci hissə (Ölüm Pıçıldayışı (Hissə 2)

303 30 19
                                    

Artıq iki saata yaxındır ki, burdayıq. Nərmini şirin yuxusundan oyatmaq istəmirdim, lakin gedəcəyimiz uzun bir yol var idi. Qoluna bir-iki dəfə toxunub yuxusunu yarımçıq böldüm. Gözünü açıb "Vaxtdır ?" deyə sual verdi. Sualın cavabını yalnız o özü bilirdi.

Yağışda yağmırdı, dayanmışdı. Nərmin çantasını götürüb, yatarkən üzərinə örtüyüm kapşonumu "Bu səninidir deyəsən" deyib, gülümsədi və onu mənə uzatdı. Hazırlaşıb oranıda yavaş-yavaş tərk etdik. Qaranlıq dümdüz yolumuzda irəlləyirdik, Nərmin mənə çoxdandır nəsə demək istəyirdi, sanki hansısa səbəbə görə çəkinirdi, çox gümankı deyəcəyi həmin sözün vaxtı, bugün gəlib çatmışdı.

- Bilirəm danışa bilsəydin mənə bir neçə saat əvvəl nə olduğu haqqında sual verəcəkdin. Sualına cavab vermək istəyirəm. Mən öskürərkən boğazımdan qan gəlir. İlk əvvəllər çox qorxurdum, ancaq sonra yavaş-yavaş öyrəşdim. Artıq neçə aylardır ki, belə davam edir. Bunu hamıdan gizlədirdim. Öskürən zaman əllərimi tez yuyurdum, heçkəs bilməsin, heçkəs heçnə başa düşməsin deyə.
Bilirsən? mən öləcəm. Çünki qan bədbəxtliyin əlamətidir. Kimə xoşbəxtlik gətirib ki? Nəqədər yaşayacağımı bilmirəm, buna görə oradan bugün qaçmaq istədim səninlə. Əgər həqiqətən ölüm günümə, hər gün bir addım daha yaxınlaşıramsa, qoy uşaqlığımı keçirdiyim evdə o sonuncu addımımı atım. Üzülmürəm, məndə anam kimi cənnətə düşəcəm, orada anamı görəcəm, məni qucaqlayıb saçlarımı tumarlayacaq, məni öpəcək yenə balaca şəhzadəm deyəcək. Anam birdəfə mənə demişdi ki, uşaqlar cənnətdə günahsız göyərçin olurlar. Məndə buna çox sevinmişdim. Həmişə arzum göyəçin kimi uçmaq olub, arzuma çatmaq üçün ölümü seçməliyəm...

Nərminin kədərli sözlərini həzm edə bilmirdi o, ağlamaq istəyirdi, ancaq sinəsində düyünlənən göz yaşlarına, gözlərilə əlvida deyəcək qədər güclü deyildi. Nərmindən gizlətdiyi həmin o göz yaşlarını, ona hədiyyə etmək istəyirdi. Nəqədər üzücü olsada,  bunların arxasında bir həqiqət dayanırdı. Soyuq və kimsəsiz həqiqət...ölüm.

Nərminin ölümünə bəlkədə dəqiqələr, saniyələr qalırdı. Nərminin son arzusunu gerçəkləşdirmək istəyirdi, onu uşaqlığını keçirdiyi həmin bağ evinə tez bir zamanda çatdırmaq istəyirdi. Sonda göz yaşlarını saxlaya bilməyib Nərminin əlindən tutur və sürətli addımlarla qaçmağa başlayır. Nərmin onun,  niyə belə etdiyi haqqında heç bir fikri yox idi. Nərmin indiki vəziyyət qarşısında gülür, o isə ağlayırdı. Bir dəqiqə belə üzünü ona çevirmədən sadəcə qaçırdı. Əlini buraxmadan, onun axırıncı arzusunu gerçəkləşdirəcəkdi.

Hər dəfə həyatın ağır şilləsinə tuş gələn o, Nərminin bu son istəyinidə gerçəkləşdirə bilmədi. Ağır nəfəslər verib-aldqıca taqətdən düşürdü. Ovucunun içində Nərminin əlinin istisi yox idi. Bir anlıq addımlarını dayandırıb geriyə baxdı. Həyat sönümüşdü. Qaralıq, hələdə qurumayan yağış damcıları ilə əhatələnən asvalat yolda, onun hərəkətsiz bədəni uzanmışdı. Dayanmış zamanı geri ala bilməyəcək qədər peşman idi. Əlləri titrəyir, bədəni üşüyürdü. Ayaqlarını sürüyüb, onun yerdə uzanan cisminə doğru hərəkət etdi.  Özünü idarə edə bilməyib dizləri üzərinə oturur. Nərminin cansız bədəninə toxunmağa qıymırdı. Sanki şirin yuxusuna hələdə davam edirdi. Yenə gülümsəyirdi. Dodaqlarının ətrafından axan qan damcıldayaraq asvalt yola toxunurdu. O, son arzusuna çatmışdı. Artıq cənnətdə bir göyərçin idi. Boynundan asdığı açar sepini barmaqları ilə sıxıb saxlamışdı. Danışa bilmirdi, ilk dəfə idi o özünə buqədər nifrət edirdi. Nəqədər də yazıq biri idi.

Sadəcə sükut içində sönən dodaqları təkcə göz yaşları ilə islanıb təsəlli tapırdı. Günəşi qovan səmaya baxıb ağlamağına davam etdi.

***

Bir saat sonra

Hər şeyə bir nöqtə qoyulmuşdu. Nağılın sonu xoşbəxt bitməşmişdi. Nərminin cansız bədənini qucağına alıb, bir neçə saat əvvəl gəldikləri həmin köhnə skamekaya gətirdi. Nərmini skamekaya uzadıb, alnından öpür. Əynindəki kapşonu soyunur və onun üzərinə örtür. Üşüməsini istəmirdi. Nərminin çantasından balaca aysını götürdü və onun qolları arasına yerləşdirdi. Gedəcək bir yer yox idi. Məcburən gec olmadan uşaq evinə qayıtmalı olacaqdı. Nərminin saçlarını tumarlayıb ona əlvida dedi. Dəqiqələr irəllədikcə o buradan dahada uzaqlaşmağa başladı. Sonuncu dəqiqədə isə burada yalnız, Nərminin şirin yuxuya dalmış cansız bədəni qalmışdı.

Ölüm SimfoniyasıOù les histoires vivent. Découvrez maintenant