13-cü hissə (Şərab və Şəkil)

669 67 13
                                    

Bir, iki qədəh sonra unudulursan...

Hər şeyin bir anda baş verməsi və onun otaqı tərk etməsinin tək səbəbkarı mən idim. Özümü günahkar kimi hiss edirdim. Gecə paltarımı geyindim, pəncərə qarşısındakı divanda əyləşib çölə baxdım. Yağan yağışın damlaları pəncərəyə çırpınıb "tak...tak" səs çıxarırdı. Düzdü bu səs ilk bir neçə dəqiqə məni narahat etməsədə bir müddət sonra bu səsə nifrət etməyə başladım. Oturduğum yerdən ayaqa qalxıb otaqı tərk etdim. Lal pianoçu bütün günün piano olan otaqda keçirirdi və həmin otaqda olduğunu düşünüb o otaqa doğru getdim. Gözlərim dolmuşdu ağlamaq istəyirdim amma bacarmırdım bəlkədə insanlar səbəbsiz yerə ağlayır ? bəlkdə məndə bu bəhanə ilə ağlamalı idim ? yox deyəsən bugün ki günahımla barışmalı olacaqdım.

Otaqa doğru getdikcə Nərgiz bir neçə saat əvvəl baş verənləri düşünürdü, özünü günahkar hiss edirdi. Ev soyuquydu, döşəmələrdə evin öz soyuq nəfəsini hiss elətdirirdi. Nərgiz döşəmələrə ayaq basdıqca soyuq üşütmə bütün bədənini əhatə edirdi. Əllərini isitməyə çalışsada içərisindəki soyuq günahkar hissini isitə bilmirdi.

Otaqa daxil oldum lal pianoçu ağ pianonun qarşısında əyləşib şərab içirdi. Ağır addımlarla otaqın küncündəki stula əyləşdim, mənə baxmırdı sadəcə şərabını içib əlində tutduğu ağ vərəqə baxırdı...göz yaşları ilə. Ayaqa qalxıb ona tərəf getdim, heçnə danışmırdım. Əlimlə saçını oxşadım, başını mən tərəfə əyib sakitcə ağlamağına davam etdi. Əlində tutduğu vərəq yerə onun göz yaşları ilə birlikdə düşdü. Hal-hazırda nə baş verdiyini bilmirdim, onun niyə ağladığını və həmin o vərəqdə nə olduğunu bilmirdim. Bir neçə dəqiqəlik sükut onun ayaqa qalxıb əlimdən tutması ilə pozuldu. Əlimdən tutub eyvana çıxardı məni. Hava yağışlı olsada bu vəziyyətdə havanın necə olduğu mənə maraqlı deyildi. Üzümə baxdı, nəsə demək istəyirdi amma danışa bilmirdi...ağlayaraq cəhd edirdi amma bacarmırdı gücsüz idi danışa bilmədiyi üçün özünü aciz hiss edirdi və bu acizliyini göz yaşları ilə bərpa etməyə çalışırdı. Məni bərk qucaqladı və birdən geri çəkilərək əlimdən tutdu. Bu vaxt ovucumun içində nəsə hiss etdim bu şəkil idi. Əlimi açdım yenə həmin o şəkil. Həyat mənə əzab verməyə davam edirdi yenə dəfələrlə.
Bu şəkil onda nə gəzirdi ? bu şəkili ona kim vermişdi ? ya bu şəkillə nə əlaqəsi var idi ?. Gözlərimə baxıb ağlayırdı, heçnə danışmadan sadəcə ağladıq. Bu suallarıma cavab tapmasamda bir şeydən əmin idim həyat bizi bir-birimizin qarşısına çıxarması təsadüf deyildi...

Ölüm SimfoniyasıDonde viven las historias. Descúbrelo ahora