7-ci hissə (Gedirəm)

686 83 12
                                    

Səhər saat 07:05.

Başım ağrıyır sanki beynimi kimsə içərindən sıxırdı gözlərimi açdım bir dəqiqəlik sükut yarandı mən bura necə gəlmişəm ? məni bura kim gətirib ? bu iki sualima cavab axtarırdım ki, anamla bir həkim otaqa daxil oldu.Mən deyəsən xəstəxanada idim, danışmaq istədim danışa bilmədim elebil danışmağı unutmuşdum anama tərəf baxdım anam əlləri ilə saçlarımı oxşadı.Anam ağlamışdı mənə bildirmək istəmirdi ağladığını amma mən əmin idim ağlamışdı..gözlərində mənə acıyan,məni istəməyərək tərk edəcək göz yaşlarını görürdüm o göz yaşları istəməyərək anamın gözündən damcı-damcı düşürdü mən çox pis oldum anamın göz yaşlarını görərkən.Mənə nə olmuşdu ? sualını vermək istədim, cəht etdim amma boşuna idi çünki danışa bilmirdim, anam mənə baxaraq dedi:

- Qızım səni bura mən gətirmişəm sən 3 gündü oynamadan yatırsan sən o gündən bəri danışmırsan niyə belə oldu Nərgiz sənə nə oldu belə ?...

Anam sözünü bitirdikdən sonra yenidən ağladı mən anamın ağlamasına dözə bilmədim, pəncərəyə baxıb içdən ağladım...

Həkim anama tərəf üzünü tutub dedi:

- Bugündə dərmanlarını verdik çox gümanki bir neçə günə qızınız düzələ bilər.

Mənim hələdə bura niyə gəldiyim haqqında heç bir fikirim yox idi...

5 gün sonra.

Bir neçə günüm xəstəxanada keçdi və bugün evə qayıdırıq.Ayaqqabılarımı geyindim,çantamı götürdüm və maşına minib yola düşdük.Maşının pəncərəsindən çölə baxırdım hələdə çöldə güclü şaxta var idi.Pəncərədən baxaraq fikirləşməyə başladım mənə nə olmuşdu ? mən niyə gözümü açanda xəstəxanda gördüm özümü ? suallarıma cavab tapa bilməmişdim.Bir neçə saatlıq yol getdik amma dayan deyəsən səhvlik var biz niyə evə getmədik ? ana ana biz niyə bura gəldik ? biz yenicə xəstəxanadan çıxmışdıq axı niyə yenidən xəstəxanaya gəldik ? anam danışmadı amma danışmaqını göz yaşları əvəz elədi anam ağlayan zaman mən bir anlıq sakit durdum anama baxdım anam sanki istəməyərək nəyisə edirdi.Biz xəstəxananın həyətinə daxil olduq.Bura Psixologia Xəstəxanası idi biz bura niyə gəlmişdik ? anamdan soruşmaq istədim amma yenə soruşa bilmədim çünki bilirdim anam bu sualımada cavab verməyəcək.Anam maşının arxasından mənim çantamı götürdü və əlimdən tutub xəstəxanadan içəri keçdik.Anamla bir otaqa daxil olduq bu otaqda uşaqlar üçün hər şey var idi çoxlu oyuncaqlar,televizor,uşaq paltarları bura mənim evdəki otaqıma bənzəyirdi.Mən anamla otaqda oturdum danışmadıq nə mən anama sual verdim nədə anam mənə amma anam hələdə istəmədən ağlayırdı ah kaş bunun səbəbini bilsəm anam niyə ağlayır durmadan ? beynimə pis fikir gəldi yoxsa yoxsa mən öləcəm ??.

Bir saat otaqda sakitçilik hökm sürdü bu sakitçiliyi həkim Raul pozdu.Həkim Raulu tanımırdım sadəcə geyiminin üzərindəki vizit kartında adı yazılmışdı.Anamla salamlaşıb mənə yaxınlaşdı.

- Həkim: Salam balaca qız adın nədir sənin?

- Mən: Nərgiz..

- Həkim: Hə lap yaxşı bilirsində bura niyə gəlmisən ?

Mən isə başımı sağa sola fırladım bilmirəm dedim.

Anam ayaqa qalxdı göz yaşlarını sildi və dizləri üzərində oturdu mənə baxaraq dedi:

- Nərgiz mənim indi edəcəyim şey sənin həyatıvı necə dəyişəcək bilmirəm amma hərşey sənin xoşbəxtliyin üçün edirəm.

Anamın sözlərini başa düşmədim həmin an ele bil mən hal-hazırda bu məkanda deyildim ürəyim dondu,beynim anamın dediyi sözləri qəbul etmədi istəmirəm deyərmiş kimi imtina etdi.

- Nərgiz bağışla məni bağışla..

Anamın bu sözü məni həyatdan küsdürdü sanki anam bilərəkdən əlimdən yarı yolda buraxdı və bu an göz yaşlarım məndən icazəsiz gözlərimdən üzümə axmaqa başladı..danışa bilmədim sadəcə dediyim bir söz oldu yalnız bir söz.

- Anaaaaa buraxma məni anaaaaa...

Rəna ağlayaraq arxasını Nərgizə çevirib xəstəxana otaqını tərk etdi.Bəlkədə bu Rənanın həyatında etdiyi ən böyük və silinməz günahı oldu...

Ölüm SimfoniyasıDonde viven las historias. Descúbrelo ahora