8-ci hissə (Mənim illərim)

595 74 1
                                    

İllər ötür,zaman tələsir,qaçır..qaçır zamanı tutmaq olmur hələdə o gün yaddaşımdadır anamın məni necə tərk etməyi.Unuda bilmirəm. Məni tükəndirirdi zaman artıq 18 yaşım var uşaqkən arzu etmişdim həyatı dəyişmək əlimdə olsa həyatımı elə bir yönə,istiqamətə dəyişərdimki xoşbəxtlik daim dostum olardı hələdə o arzu ilə yaşayıram bəlkədə mən bu arzunu yaşamağa məhkumam.

Neçə ildiki bu xəstəxanadayam müalicə alıram bilmirəm amma nədən və nəyə görə sadəcə dərmanlar verirlər və bəzi testlərdən keçirəm.Bu pəncərə.. bu otaqın pəncərəsindən çölə baxarkən 12 yaşımda otaqımda həyətə baxıb xəyallar qurmağımı mənə xatırladır.Uşaqlıq xəyallarım çox şirin və arzu olunmaz idi. Ən böyük arzum isə atamı görmək idi.Bəlkədə..bəlkədə atam mənim əlimdən buraxmazdı,yarı yolda qoymazdı məni kaş,kaş bircə dəfədə olsa atamı görə bilsəydim.Yazıram illərimi günlüyümə. Mənim illərim tez keçdi göz qıpımında...

Ölüm SimfoniyasıWhere stories live. Discover now