Artıq Oktyabr ayıdır, payız öz yerini qışın soyuq nəfəsi ilə əvəz edirdi. Bu il qış sanki öz gəlişini tezləşdirdi və tez çıxıb getməyədə fikri yox idi. Qar yağır..mən öz otağımın pəncərəsindən həyətə baxırdım, qışı sevməsəmdə qarın yağmasını digər uşaqlar kimi məndə sevirdim.Qar yağdıqca sanki gerçəkləşməyən xəyallarımın üstünü,yorğan kimi örtürdü, bu məni anamın axşam yatızdırarkən üsütümü yorğanla örtməsinə bənzəmirdi, bu əbədi yorğana sarılmağa bənzəyirdi. Mənim 12 yaşım var idi, həyatı tam dərk eləməsəmdə həyatımı dəyişmək istərdim, ancaq bilmirdim hansı tərəfə dəyişimki xoşbəxtlik daim mənim dostum olsun. Bu həytda məni anlayan və başa düşən tək dostum Eva idi, bilmirəm ona bu adı niyə qoymuşdum, amma bu ad mənim çox xoşuma gəlirdi. Bütün günümü Eva ilə keçirirdim, xoşbəxt və pis günümü. Ətrafımdakı insanlar məni anlamır, onlar elə başa düşürlərki ya mən yalan danışıram, yada xəyalpərəst biri olduğumdan bununda bir xəyal olduğunu fikirləşirdilər. Düzdü Evanı heç kim görmür, ancaq mən onu hiss edirəm, görməsəmdə hiss edirəm, bəlkədə Tanrı tərəfindən seçilmişəm, tam deyə bilmərəm, dəqiq bilirəmki Eva daim mənimlədi və məni qoruyur.
Budur dostlarım qalın paltarlarını geynimiş, əlcəklərini və papaqlarını taxmış məni çağırırdılar, birlikdə qar topu oynamağa. Mən qaça-qaça anamın yanına getdim və dedim:
- Ana bax dostlarım məni oynamağa çağırırlar olar gedim uşaqlarnan oynayım?
Anam bu təklifi fikirləşməyə başladı, o bu təklifi fikirləşməsi saniyələr çəkdi və mən 'hə' cavabı aldım, uşaq olduğum üçün çox sevindim, bu sevinci ifadə etmək qeyri-mümkündü, gərək bu hissi yaşayasan. Mən sevinə-sevinə əlcəklərimi və papağımı taxıb, həyətə endim. Uşaqlarnan salamlaşıb qar topu oynamağa başaldıq.Bu gün dostlarımla Nuray və Kənanla doyunca qar topu oynadıq, qar adam düzəltdik, oynamağa başımız o qədər qarışmışdı ki, axşamın necə tez düşdüyündən xəbərimiz belə olmamışdı. Və anam məni evə çağırırdı, dostlarımla sağollaşıb evə getdim. Evimiz çox isti idi, anam mənim ən sevdiyim yeməyi bişirmişdi toyuq qızartmışdı. Əllərimi yuyub, süfrə başına keçdim. Yeməyimi yeyə-yeyə çölə baxırdım, qarın yağması öz yerini sərt və kəskin soyuqla dəyişmişdi. Bir anlıq fikirə daldım və düşündüm
"mən öz isti evimdəyəm anam yanımda olsada atam yanımda deyil amma məni sevən biri var görəsən çöldə yaşayanlar nə edir ?, onların nə isti evləri var, nə onları sevəcək biri nədə yeyəcəkləri isti yeməkləri var" Düşündüm amma nə xeyri, mənki onlara yardım edə bilməyəndən sonra. Yaşım az olsada bu fikir məni narahat edirdi 'niyə ?' mən isti evdə onlar çöldə 'niyə ?' məni sevən anam var onların yoxdu. Bir anlıq düşüncə buxarından ayıldım, sən demə mən bilərəkdən ayılmamışam, məni bu düşüncədən ayıldan anamimiş.
- Qızım yeməyini ye soyudursan yeməyini.
YOU ARE READING
Ölüm Simfoniyası
Teen FictionHadisələr kiçik təsadüflərə məruz qalmış, iki ayrı insanın həyatından bəhs edir. - Səndə bu hekayəyə qonaq ol bir fincan kofe ilə. Epiqraf: O, düşünürdü bəlkədə keçmişə qayıtsaydı, yenidən hər şey xəyallarındakı kimi olacaqdı, ancaq o bilmirdi keç...