26-ci hissə (Təsadüflər)

294 30 24
                                    

Böyük nağıllar bəzən kiçik təsadüflərlə ya başlayır, ya da sonlanır...

Bugün yenə tənhalıq sindromunda itmişdim. Lənətə gəlmiş uşaq evində hər gün gülən üzlər, bir-birinə çatmayan xoşbəxt baxışlar və birdə məni görməzdən gələn insanlar. Bugün səhər tez durmuşdum. Özüm bilərəkdən yuxumu yarıda bölməmişdim, bugün yeni insanlarla tanış olacaqdım. Həmin o yeni insanlar mənim ailəm olacaqdı. Yad biriləri ilə eyni evdə yaşayacağam. Keçmiş xoşbəxt ailəm üçün darıxıram. Nəqədər yadıma düşdükcə əsəbləşsəmdə, yenədə ailəmlə keçirdiyim o günlər üçün çox darıxıram.

3 saat sonra

Artıq vaxtı gəlmişdi, gedirdim. Yeni atam və anam gülərüz insanlara bənzəyirdilər. Sanki bu bitiş nöqtəsində hər şey sıfırlanacaqdı.
Başqa bir həyata dəftərimdə yer açdım və geridə qalan köhnə ağ vərəqi isə dəftərimin içində qatladım.

Bir neçə il arada məsafə qoymadan, özü ilə birlikdə yeni izlər buraxaraq keçdi. Yeni ailəsi onun qəribə hərəkətlərinə görə narahat idilər. Qaranlıq otaqda vaxt keçirməsi, gecələr ağlaması və səssizcə piano çalması. Hər ailədə olduğu kimi, onlarda öz övladlarının gələcəyi üçün hər gün fikir edirdilər. Ancaq bu qəribə hərəkətləri hər gün təkrar olunmağa başlamışdı. Bunun üçün bir qərar verilməli idi. Bu qərarda övladığa götürdükləri uşağı Psixologiya Xəstəxanasına yatırılması idi. Bir neçə həftə gözlənildi, bəlkə bir ümid işığı yanacaqdı önlərində, bu qəribə hərəkətlərin bir sonu ola biləcəyi arzusu ilə gözlədilər. Lakin gözlənilən öz nəticəsini vermədi, o ümid işığı yanmadı və bu qəribə hərəkətlərə son qoyulmadı. Axırıncı qərar verildi və onun geri qalan həyatı, həmin soyuq divarlardan ibarət xəstəxanada keçəcəkdi.

1 ay sonra, saat 18:00

Bugün atam, anamla məni gəzməyə aparacaqdı. Gedəcəyimiz yerdə yeni dostlar qazanacağımı dedilər. Onlarda mənimlə birlikdə həmin yerdə qalacaqdılar.

Dünəndən şiddətli yağan yağış hələdə davam edirdi, sanki heç bitməyəcəkmiş kimi. Buludlardan süzülərək yerə sərpilən yağış damlaları içimdə soyuq üşütmə yaradırdı. Bu damlalar buludların göz yaşı ola bilərdi. Necəki bizdə ağlayırıq pis olduğumuz anda. Bəs buludlar indi niyə ağlasın? niyə dünəndən ağlamağa davam edir buludlar? uşaqca suallar yaranırdı beynimdə. Cavabsız qoyaraq sonda üç nöqtələrlə davam edirdi.

***

Bir neçə saatlıq yoldan sonra, gələcəyimiz ünvana çatmışdıq. Heçdə təəcübblənmirdim, çünki bu ünvan Pisxologiya Xəstəxanasının idi. Ancaq bugünki sevincimə, bu xəstəxana son qoya bilməzdi. Səbəbsə anamla, atam indi mənim yanımda idilər. Maşından endik, paltarla dolu çantamı götürdüm. Atam maşının qapılarını bağlayıb, əlimdən tutdu və dedi:

- Hə indi gedə bilərik - üzündən narahat gülüşünü asdı

Xəstəxanaya daxil olduğumuz anda ətrafda qışqırıq səsləri eşitdim. Elə bil o səslərin sahibləri ölü bədənləri üçün yas tuturdular, lakin bura nə morq deyildi, nədə qəbristanlıq.
Beş-altı addım qabaqda, qarşımızda dayanan masaya yaxınlaşdıq, masanın arxasında dayanan xanım telefon danışığını bitirib, dəstəyi yerə asdı və bizə tərəf baxaraq sözə başladı - "buyurun, xoş gəlmisiniz" - deyərək gülümsədi. Atam - "Bizə baş həkim Raul Məmmədov lazım idi" - dedikdən sonra üzümə baxdı və udqundu. Həmin xanım - "bir dəqiqə əlaqə saxlayım, əgər yoxlanışda deyilsə sizi içəri ala bilərik" - dedi. Atam başı ilə razılığını bildirdi və anama tərəf baxaraq dedi:

- Siz keçin arxadakı oturacaqlardan birində əyləşib gözləyin, mən həkim boş olan kimi içəri daxil olub sizi çağıracağam

Anam qarşılığında sadəcə soyuq bir - "yaxşı" - cavabı verdi və əlimdən tutub arxa hissədə yerləşən oturacaqlardan, ən rahatını seçib əyləşdik.

Ölüm SimfoniyasıDonde viven las historias. Descúbrelo ahora