Yuxusuzluqdan ağırlaşan göz qapaqlarımı çətində olsa aça bildim. Hava günəşli idi. Günəş işıqları otağın yarımçıq, balaca tül pərdəsindən içəri daxil olmuşdu. Həmin günəş işığının ətrafında pərvanələrə bənzər toz hissəcikləri uçuşurdu. Qəribə idi. Yox, qəribə olan həmin günəşin otağa daxil olan işığı deyildi, qəribə olan elə onun ətrafında dönən toz hissəcikləri idi. Çox balaca və gözə görünməzdilər. Yalnız işıq olan yerdə azda olsa öz varlıqlarını hiss etdirirlər. Gecəni hərəkət etmədən üzərində uzanıb, vaxt öldürdüyüm çarpayımdan qalxıb pəncərəyə tərəf addımladım. Bu pəncərə uşaq evinin arxa, çöl hissəsini göstərirdi. Çöldə qarışqa kimi qaçışan insanlar, tozlar içində şütüyərək gedən maşınlar. Hər gün eyni mənzərəni izləyirdi gözlərim. Dünən gecədən yağan qar əriyib suya dönmüşdü. Küçənin asvalt yollarındakı balaca su qalıqları asvalata göz oxşayan görkəm qazandırırdı. İnsanlar yenicə qalın geyim libasına keçmişdi ki, yenidən günəş bu şəhərə qonaq oldu. Əslində bu şəhərdə hər kəs qonaqdı. Eləcədə mən. Bir gün bu şəhərdən çıxıb ucaqlara gedəcəkdim. Həmin zamanı, saatı və saniyəni səbrsizliklə gölzəyirəm, lakin gözləməklədə nəsə əldə etmək olmur. Gərək hərəkət edəsənki məqsədinidə həyata keçirəsən. Hərəkət deyəndə tullanıb, qaçmaq və ya dombalaq aşmaqdan getmir, məqsədin üçün bir növ müharibə etməlisən və qazanmalısan. Qəribə gələ bilər amma bir sirr vermək istəyirəm. Normal qaşılanmayacaq yenədə məndən demək. Mən beynimlə danışıram. Normal deyil hə ? İnsan niyə beynilə danışsın ? Necə danışa bilər axı ? deyə bir sual eşidirəm. İzzah edəcəm. Beynimdəki səs mənə qərar verməkdə, nəyisə fikirləşməkdə yardımçı olur. O səsi insanlar çox vaxt "içmdəki səs" kimi adlandırır. Həmin səs inanın öz səsi olur sadəcə stress, yorğunluq və əsəbdən fikirlərini içində müzakirə edirsən. Bu səs sənə doğmadı. Lakin bəs mənə ? Niyə beynimdəki səs mənə yaddı ? Niyə hər gün mən onunla danışıram ? Səbəb nədi ? Əlbətdəki səbəbi yoxdur. Boş düşüncələrlə dolu dəvə karvanında azmamış gedib yeməkxanada yeməyimi yeyim.
Günorta saatlarından biri təsadüf etmişdi yalnızlığıma. Uşağam, yaşım azdı deyə gülünc gələ bilər. Sual yarana bilərki nə gülünc gələcək ? yalnızılığımı çəkmək çoxlarına gülünc gəlir. Deyirlər - a bala sənin nə yaşın var hər gün tənha şəkildə gəzinirsən, nə dərdin var belə, get uşaqlarnan oyna.
Olar mənim yalnız qalmağımın hekayəsini bilmirdilər. Kimə lazımdı hə ? Kimə maraqlıdı başqasının dərdi ? Kim başqasının dərdi ilə maraqlanırki ? Və yenədə heçkəs. Bağçanın arxa həyətində tozlu və bir o qədərdə köhnə yelləncəkdə oturub əlimdəki şirin, qırmızı almamı yeyirdim. Almanın şirin suyu dodaqlarıma dəydikcə dilimlə yalayıb bir diş daha alırdım almadan. Ayaqlarımı arxaya-qabağa yelləyib yelləncəyi hərəkətə gətirdim. Köhnə olduğu üçün çıxardığı səs heçdə xoşagələn deyildi, lakin səsi dinləyən kimdi ?. Gözlərimi azca qırpıb uzaqa baxmağa cəhd edirdim. Gözlərimi normal yox, qırparaq uzağa baxma səbəbim, gözlərimin zəif olmasıydı. Bu məndə anadan gəlmə idi, yəni sonradan zəifləməmişdi gözlərim. Nə qədər cəhd etsəmdə cəhdlərim uğursuz alınırdı. Uzağı görə bilmirdim. Başımı yelləncəyin zəncir tutacağına söykəyib gözlərimi yumdum. Nərminin gəlib məni gülüşü ilə narahat edənə kimi gözlərim istirahət edə bilmişdi.- Durrr - gülərək cimdiklədi.
Hərəkətsiz olduğumu görüb qarşıma keçdi.
- Demirəm dur ? - qaşlarını çatıb əllərini belinə qoydu.
Ona fikir vermədiyimi görüb üzündəki gülümsəməni yoxluqa tulladı. Gözlərimin içinə bir neçə saniyəlik baxışlarını gizlədib balaca, qırımızı dodaqları arasından, bir vərəqdə yer tutmayacaq qədər kiçik bir sözü mənə təklif etdi.
YOU ARE READING
Ölüm Simfoniyası
Teen FictionHadisələr kiçik təsadüflərə məruz qalmış, iki ayrı insanın həyatından bəhs edir. - Səndə bu hekayəyə qonaq ol bir fincan kofe ilə. Epiqraf: O, düşünürdü bəlkədə keçmişə qayıtsaydı, yenidən hər şey xəyallarındakı kimi olacaqdı, ancaq o bilmirdi keç...