28-ci hissə (Son Astana)

294 26 14
                                    

Nərgiz, Lal pianoçunun qeyd dəftərinin axırıncı səhifəsində, qurumuş mavi qızıl gül ləçəyini görür. Ləçək sakit küləyə yoldaş olur və bir anlıq həzin-həzin, yanaraq məhv olmuş evin pəncərəsindən çölə çıxaraq buranı tərk edir.
Sonuncu səhifəsi kiçik bir ləçəklə sonlanmışdı.

O həyat hekayəsinin kiçik bir qeyd dəftərindən ibarət olacağını heç vaxt düşünə bilməzdi. Qarşısındakı insanın kim olduğunu artıq yaxşı bilirdi. Ancaq Nərgiz onun üzünü necə unuda bilərdi? Nərgiz onu sevmişdi.
İnsan sevdiyini necə tanımaya bilərdi axı?.

Qeyd dəftərini ovucunda sıxıb ona tərəf yaxınlaşır Nərgiz. Ağrılar içində qıvrılmaqda olan aciz bir insan idi o. Nərgiz göz yaşlarını tuta bilməyib, yazıq baxışlarla ona baxaraq ağlayır. Üzünün yanmış hissəsinə toxunduqca daha da yüksək səslə ağlamağına davam edir. Lal pianoçu yanmış üzündə Nərgizin isti əlini hiss edərək, onun əlinə toxunur.
Qaranlıq və yalnız boşluqlardan ibarət olan bir neçə ildən sonra yenidən onun əlinin istisini hiss edə bilmişdi Lala pianoçu.

Bütün ümidlərin son astanasına çatmışdı Lal pianoçu, ancaq burada yalnız deyildi. Həyat yenidən onları təsadüflərlə qarşılaşdırmış və puç olmuş xəyallarla bu qarşılaşmanı sonlandırmışdı.

Qurumuş dodaqlarını isladaraq,

- ba-ba-bağışla mə-məni... - danışmağı unutduğu gündən illər keçirdi. Və yenidən bu aciz vəziyyətində danışamağı bacarmışdı.


Burnu axan balaca uşaq misalı hıçkırdı Nərgiz. Belə olmasanı oda istəməzdi, lakin artıq hər şey üçün çox gec idi. Olanları dəyişməyin mümkünsüzlüyünü, çarəsiz qaldığı hər gün daha çox anlamışdı Nərgiz. Gözlərindən burnun üstünə axan göz yaşlarını, içinə çəkərək sözə başlayır.


- sən...çox dəyişmisən.. - titrək dodaqlarını bir-birinə sıxıb gözlərini yumur.



Hazır ki mənzərə qarşısında Lal pianoçu ağlaya bilmirdi, sadəcə bu acizliyinin qarşısında tez ölməyini istəyirdi.


- o-oradan qa-qaçdıqdan so-so-sonra bütün həyatımı dəyişdim...həyatımı və özümü.
Nə-nə vaxtsa qarşılaşsaydıq məni tanımağını istəmirdim. Ü-ü-üzümü dəyişdim. A-artıq o lənətə gəlimiş lal, yazıq biri deyildim. Ancaq..ancaq ürəyimi dəyişə bilmədim - bağışlanmasını gözləyən bir insanın baxışları ilə gözlərini Nərgizin gözlərinə dikdi.

Sə-sən var idin burada - Nərgizin əlini ürəyinin üzərinə qoyur. Tez-tez döyünməkdə olan ürək yerindən çıxacaqdı sanki. Digər əlində sıxıb saxladığı ürək açarı Nərgizin ovucları arasına qoyur - ürək açar evə giriş səbəbi idi, bu açar Nərminin idi. Nərmin ölən zaman onun boynundan açıb, götürmüşdü. Xəstəxanadan qaçıb bu evin tənha qaranlığına sığınmışdı.


- mə-məni gö-görmək istəsən bu evə gələ bilərsən. Dü-düzdü artıq ev yanıb heç bir mənası qalmadı, yenə eybiyox bunun məndən sənə verilmiş sonuncu hədiyyə kimi qəbul et.

Lal pianoçu sözünü bitirib bədənindəki ağrıdan tez bir zamanda qurtulmağı arzu etdi.


*****

Lal pianoçu sonuncu sözünü demiş, hekayəni burada bitirmişdi. Artıq təsadüflər, səbəblər, səbəbkarlar yox idi.
Külək əsmayə davam edir, göy gurultusu ilə birlikdə yağış yağmağa başlayır. Nərgizin üzərindəki ağ libası eynən onun həyatı kimi çirklənmişdi. Göz yaşlarına hakim kəsilə bilmirdi. Sevdiyi son insanıda burada itirmişdi.


Ayaq yalın şəkildə xarabalıqdan çölə çıxır. Qaçaraq gölün kənarına gedir. Qaçdıqca daha da içdən ağlayırdı. Arada səndəlləsədə yarı yolda dayanmaq istəmirdi. Və nəhayət gölün kənarına çatır. Səsi çıxdığı qədər var gücü ilə qışqırır.

"Niiyəəəəəəəəə??? axııı niyəəəəəə??? niyə məndən uzaqlaşmırsan həəə?? niyəə mənim həyatımı məhv edirsəəən?? niyə Tanrı??"

Müqavimətini itirib dizləri üzərinə oturur. Yağışla birgə tək libası yox, qara saçlarıda islanırdı.

Gözləri qarşısına çökən qaranlıqdan başı gicəllənir. Yenə qulaqlarına yuxusunda gördüyü tük ürpərtici o xorun səsini eşidir.
Səs qulaqlarından beyninə yayıldıqca huşunu itirirdi.

....Və sonda xor bitmiş, Nərgiz gücsüz şəkildə gölün kənarında yerə sərilmişdi.

Ölüm SimfoniyasıNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ