12-ci hissə (Toxunuş)

861 67 26
                                    

Hər gün ağlayarsan, sənin üçün ölmüş birinin ad gününə....

Adını bilmədiyim bir yazıçının əsərinin son misrası idi bu. Bəlkədə bu misradan sonra həyat onun üçün davam etməmişdi bilmirəm, bu misranın altından qara qələmlə xətt çəkdim kitabı bağlayıb qoydum kitab rəfinə. Yeni kitablar axtardım bu kitab rəfində müxtəlif və maraqlı kitablar çoxuydu. Lal pianoçunun kitab oxuduğunu bilmirdim sanki o insanda mənim kimi eyni həyatı yaşayır...yox bəlkədə biz eyni həyatı bölüşürdük.

Dörd gün sonra;
İsti çayımdam qurtum alıb balaca divanda əyləşdim. Çöldə güclü yağış yağır, ardıncada ildırım çaxırdı. Düzdü qorxurdum həm çöldəki vəziyyətdən həm də tanımadığım birinin evində olduğuma görə.
Əlindəki fincanı masanın üzərinə qoyub o balaca divanda uzandı Nərgiz, bu olanlardan sonra ilk dəfə idiki rahat yatacaqdı o, heçnə düşünmədən gözlərini yavaş-yavaş yumdu.

İldırımın çıxardığı vahiməli səs məni yuxudan istəmədəndə olsa oyada bilmişdi. Gözümü açdıqımda lal pianoçunun stulda əyləşib odun peçinə baxdığını gördüm, hərəkət etmirdi sadəcə bir nöqtəyə baxırdı. Üzərimdə çoxda ağır olmayan yük olduğunu hiss etdim o üstümü yumuşaq yorqanla örtümüşdü, çox ətirli yorqan idi. Əllərimlə yorqanı sıxıb qoxladım bu uşaqlıqdan məndə vərdiş idi. Anam yorqanımı yuyub təzələyəndə tez gedib yorqanımın yeni iyini qoxlayırdım. Yorqanı üstümdən yavaşca kənara çəkdim, ayaqa qalxıb odun peçinin qarşısına getdim ev soyuq olduğundan bütün günü əllərimi ağzıma tutub isitmişəm və budur artıq ona ehtiyac qalmadı əyləşdim döşəmədə oturdum əllərimi odun peçindən çıxan istiyə tutdum, əllərimi hər dəqiqədən bir bir-birinə sürtürdüm sanki əlimdə neçən gündü buz gəzdiriridim və bu buz indi əllərimin içində ərimişdi. Bir neçə dəqiqə odun peçindən evə yayılan istiliyin dadını çıxardım. Artıq isinmişdim odun peçindən arxaya çəkildim və lal pianoçuya baxdım oda həmin an mənə qəmgin gözlərlə baxdı, danışa bilmirdi sadəcə gözlərindən nə demək istədiyini başa düşmək olurdu, çətin deyildi...
Əyləşdiyi yerdən ayaqa qalxdı və cibindən qara qələm çıxarıb vərəqə nəsə yazmağa başladı, yazıb bitirdikdən sonra mənə yaxınlaşıb vərəqi uzatdı.

"gözlərimə elə baxma"....

Vərəqdə yazılanı oxuduqdan sonra nə deyəcəyimi bilmədim ayaqa qalxıb ona yaxınlaşdım, gözündən yaş gəlirdi heçnə deyə bilmirdim. Göz yaşlarına əllərimlə toxundum sildim və onu qucaqladım çox qəribə idi ilk dəfədi bir insana buqədər öyrəşmişdim, onu özümə yaxın bilirdim. Əlləri ilə saçımı oxşadı heçnə danışmırdıq ətraf sükut içində bizi izləyirdi. Bir neçə dəqiqə elə qaldıq. Yalnız odun peçində yanan odunların səsi gəlirdi. Qollarımdan bərk tutdu və məni özündən uzaqlaşdırdı, yox uzaqlaşdırmaq üçün etmədi gözlərimə baxdı və dodaqlarını mənə yaxınlaşdırdı, isti nəfəsini hiss edirdim, bir anlıq istəmədən gözlərimi yumdum dodaqlarımdan öpdü. Geri çəkilmək istəmirdik həmin anın sonsuzadək davam etməsini istəyirdik.

Bir-birlərinə qarşı sevgi ehtirasları yataq otaqında davam etdi. Nərgiz lal pianoçunun qollarında ağır nəfəslər alırdı həmin an bitmirdi sadəcə davam edirdi bədənində gəzən əlləri onun bu ehtiras alovunu dahada şiddətləndirirdi, Nərgiz ağır nəfəslər və onu izləyən ehtiraslı iniltiləri ilə lal pianoçunun belində dırdaqları ilə xətt çəkir, sülh bayraqları çəkir olur təslim. Hər öpüşdə dahada həyəcanlanırdı hərşeyi unutmuşdu o bugünü və saatı artıq maraqlı deyildi heçnə sadəcə bu dəqiqələrin bitməsini istəmirdi. Nərgizin bu istəyi gerçəkləşmədi öpüşlər bir anlıq unuduldu və yarımçıq qalan ehtiras alovundan oyanan zaman lal pianoçu artıq otaqı tərk etmişdi.

Ölüm SimfoniyasıDove le storie prendono vita. Scoprilo ora