Həyat iki seçim arasında qaldıqın bir yoldur. Düzgün yolu seçmək sənin günahlarından aslıdır...
Nərgiz olanlar qarşısında hələ də öz səssizliyini qoruyurdu. O yaşayırdı. Nərgiz buna görə sevinirdi, amma lal pianoçunun bədəninin və üzünün sağ hissəsi tamamilə yanmışdı. Onun yanına yaxınlaşacaq qədər addım ata bilmirdi. Yerindəcə donub qalmışdı. Evdən çıxan alovlar bütün evi əhatə edirdi. Lal pianoçu çölə çıxmaqı bacarmışdı. Yerdə uzanıb əlləri ilə yanan üzünü tutmuşdu. İstəməzdi Nərgiz onu bu vəziyyətdə görsün, lakin artıq çox gec idi. Nərgiz kənardan bu mənzərəni izləmək istəmədi və özünü çətində olsa toplayıb ona yaxınlaşdı...
İki saat sonra;
Yanğın sönmüşdü. Ətrafın sakitliyini susdurmuşdu bugün onlar, hər ikisinin bir-birinə qarşı bu səssizliyi bəlkə də onların əleyhinə idi.
Lal pianoçu Nərgizdən onu yanmış evin içərisinə aparmasını xahiş edir. Nərgiz cavab vermir sadəcə başını aşağı-yuxarı hərəkət etdirib istəyini yerinə yetirəcəyini bildirir. Onun sol qolunu çiyninə qoyub ağır addımlarla yanmış evə daxil olurlar. Ev tanınmaz vəziyyətdə idi. Nərgizin ilk ağlına gələn fikir isə harda qalacaqları barəsində idi. Çünki artıq yavaş-yavaş qış sərin nəfəsi ilə öz gəlişini xəbərdar edirdi. Onlar yanmış evin içini gəzərkən piano olan otaqın təsadüfən azda olsa bir hissəsinin sağ qaldıqını görürlər. Nərgiz onu döşəmə üzərində otuzdurur və ətrafa gözucu baxmaqa başlayır. Otaqda yanan portret, yanan piano notları görür. Sağ qalan heçnə yox idi sanki. Lal pianoçu sol əlində bərk tutduğu balaca qeyd dəftərini, qırıq səslərlə Nərgizi yanına çağırıb ona uzadır. Dəftəri Nərgizə verib ayaqa qalxır və yanmış pianonun qaşısında, külə dönmüş üzünü əli ilə sıxıb oturur. Onun qeyd dəftərində nələrin yazıldıqı Nərgizə maraqlı idi. Lal pianoçunun yanına gedib oda pianonun qarışında əyləşir. Nərgiz həmin balaca qeyd dəftərinin birinci səhifəsini açır və oxuyur."Zəhər qusurdum hər gün, xoşbəxt insan ol adlı söz eşidən də...
Nə qədər acizəm səncə düz deyilmi ? keçmiş xatirələrim yadıma düşərkən mən yalnız sonda qaranlıqa sığınmaqı bacardım.
Yalnızlıq qaranlıq qədər ucsuz bucaqsızdır.
Qaranlıq sonsuzluqu təmsil edir, ən sonsuzu içinə alacaq qədər səbirli və güclüdür.
Bir neçə dəqiqəlik tənha düşüncəmin ardından acı bir gülümsəyiş durdu dodaqlarımda...
Artıq elə deyil. Qorxmuram qaranlıqdakı sonsuzluqdan. Buda bir yalandır zənn et...Hə gün vaxt ayırıb pianomun qarşısına gələrəm. Piano düymələrinə toxunduqca özümü taparam. Bir daha özümlə baş-başa qalaram.
Küçəyə çıxan zaman normal olmayan insan baxışları daim üzərimdə olardı, çünki çoxları üçün pianoda çaldığım musiqi narkotik kimi idi. Üzlərindən bunu oxumaq o qədərdə çətin deyildi. Bəzilərinin baxışlarında mənə zarafatla gülən üzlər əks olunurdu.
İnsanları acizləşdirən də bu deyildimi ?
Lal bir insanın piano çalmağı onlar düşüncəsinə görə düzgün deyildi. Hər saatımı piano qarşısında keçirməyim həmin insanlar üçün maraqlı idi. Əslində onlarda mənim kimi əlil idilər.
Mən dildən, olarsa beyindən...
Mən sadəcə qaranlıqdakı sonsuz səni axtarıb tapmaq istəyirdim.
Yox! Yox! Məhz o sonsuz qaranlıqda unutmaq üçün piano notlarımda basdırırdım səni.."Nərgiz bu qeydləri oxuduqca göz yaşlarına son qoya bilmirdi. Sonsuzadək təkrar olacaqını düşündüyüm göz yaşı damlalarının heç bitməyəcəyini düşünürdüm. Dodaqlarım arasından qaçmaq istəyən hıçkırıqlarımı içimdə basdırıb, gözlərimi bağladım. Hər şeyi unutmaq istəyirdim. Yenə əlimdən bir şey gəlmirdi. Göz yaşlarımı izləyən bir hıçkırıq ən sonda qaça bilmişdi mənim dodaqlarımdan.
Bir-birini izləyən damlalar həzin notlara bənzər onun gözlərindən qaranlıqda solmuş qırmızı yanaqlarına süzülməyə davam edirdi...
YOU ARE READING
Ölüm Simfoniyası
Teen FictionHadisələr kiçik təsadüflərə məruz qalmış, iki ayrı insanın həyatından bəhs edir. - Səndə bu hekayəyə qonaq ol bir fincan kofe ilə. Epiqraf: O, düşünürdü bəlkədə keçmişə qayıtsaydı, yenidən hər şey xəyallarındakı kimi olacaqdı, ancaq o bilmirdi keç...