"Niyə heçnədən,heçkəs geri qayıtmayacaq qədər qürürludur ?"
Qaranlıq boşluqda bilmədiyimiz xəyalların ardınca addımlayırdıq. Elə bir qaranlıq təsvir etki, hər addımında ayaq izlərini saxlayacaq və nə vaxtsa hər şeyini itirən zaman geridə yalnız, qaranlığa əmanət etdiyin bir ayaq izinin olduğunu anlayacaqsan. Getdikcə uzanan yollar, yağış damcılarına qurban olmuş boş səkilər. Hər addımda yeni həyat ümidi. Bəlkə də bu düşüncələr ağ vərəqi doldurdub, sonra da zibil yeşiyinə atacağım bir xatirə olacaqdı, bu nə vaxtsa baş verəcək, ancaq indi ola bilməzdi.
Bitməyəcəkdi..nə yol, nə də bu olanlar. Heç vaxt bitməyəcəkdi. Düşüncələrimlə tək qalmışdım. Addım atdıqca, üzümə şillə kimi dəyən yağış damcıları, sanki getdiyim yoldan məni çəkindirirdi. Kapşonun papağını əlimlə daha da aşağı, alınımı tam örtəcək qədər endirdim. Artıq oranı iki saata yaxın olardı ki, tərk etmişdik. Bizi heç kəs görmədən çıxa bilmişdik. Nərmin əlini alnına tutub narahat bir şəkildə mənə "dayan..gözlə" dedi. Nə baş verdiyini anlamaq üçün ona yaxınlaşdım və belindən tutdum. Kapşonun arasında yağış damcıları ilə islanan saçını kənara çəkdi və dedi:
- Oturmaq istəyirəm..
Hal-hazırda olduğumuz yerdə oturmaq üçün münasib yer yox idi. Kapşonun papağını əlimlə araxaya çəkib, onun oturması üçün həmin münasib yeri axtarmağa başladım. Köhnə bir skameka tapdım. Nərminin qolunu çiynimə salıb onu çətində olsa skamekaya doğru apardım. Ora çatan vaxt Nərmin, qolunu çiynimdən çəkib, skamekanın kənarından tutdu. Digər əlində tutduğu çantanı işlanmış asvalt yerə atdı və ayaqlarını qısıb skamekaya uzandı. Mənsə hərəkət etmədən onu izlədim. İkimiz də heçnə danışmadan, səssizliyi dinlədik. Bir neçə dəqiqlik sükutdan sonra Nərminin ağlaması, qaranlıq sükutu sanki qırmızı işıqla işıqlandırdı.
Hansı səbəbə ağladığını bilmək üçün saçlarına sığal çəkib kənara yığdım, o isə yalnız bir nöqtəyə baxıb ağlamağa davam edirdi. Yeni bir ıçkıraqlı göz yaşının ardından üzümə yazıq baxışlarla baxdı.- aanamı istəyirəm...üşüyürəm..
Çanatlarımızın içini bir-bir sırayla qurcaladım, yox..qalın bir şey yox idi Nərminin üstünü örtəcək. Üstümdə olan kapşonu çıxardım, şiddətli yağan yağışa görə islanıb və nazikləşən kapşonumu Nərminin üstünə örtdüm. Qollarını bir-birinə sıxıb, əllərini soyuqdan donan dodaqlarına tutdu. Gözlərini bağladıqca "bir saat sonra durquz məni" deyə təkrar etdi.
Arxamı ona çevirib başımı skamekanın oturacağına söykədim. Üstümə yağan yağış damcılarını, məni isladmasına icazə verdim, çünki başqa seçimim qalmamışdı.Sakitliyə qərq olmağa çalışan qaranlığın, səssizliyini pozan yegənə səs, durmadan yağan yağış idi.
VOCÊ ESTÁ LENDO
Ölüm Simfoniyası
Ficção AdolescenteHadisələr kiçik təsadüflərə məruz qalmış, iki ayrı insanın həyatından bəhs edir. - Səndə bu hekayəyə qonaq ol bir fincan kofe ilə. Epiqraf: O, düşünürdü bəlkədə keçmişə qayıtsaydı, yenidən hər şey xəyallarındakı kimi olacaqdı, ancaq o bilmirdi keç...