Ölüm Simfoniyası (SON)

134 18 2
                                    

"İnsan yalnız qorxularının üzərinə qaçarkən onu kəşf edir"

Hər şey bitərək sonlanırdı. Bir nöqtə qoyulurdu sanki. Və davamı gəlməyəcək şəkildə idi.

Niyə sonsuz bildiyimiz şeylərdə sonlanır ?
Bəlkə də, bugün bu sonda mənə məxsus idi. Bir nöqtə qoyaraq böyük bir hekayəni bitirəcəkdim.

Fərhad remotizmalarına görə butün bir gününü yataraq keçirirdi. İlahə yorğun, övladı ac idi. Əlimizdən heçnə gəlmirdi, öz sonumuzu gözləyirdik. Bir, iki gün insanların israf etdikləri yeməklər ilə qidalandıq və sonda oda bitmişdi. Hər şeyin öz yerinə düşəcəyini, bizlərin hər biri, daha xoşbəxt həyatın qollarında istinəcəyəmizi düşünürdük, xəyal edirdik. Amma elə olmadı...

Çöldən gətirdiyimiz odunları alışdırıb, evi qızdırırdıq. Gecə yatağımıza şirin xəyallar ilə uzanıb, səhəri o xəyalların gerçəkləşdiyini görəcəkdik. Bunu hər gün edirdik...eynən dünən etdiyimiz kimi.

Bir anlıq içəridə boğulduğumu hiss edirdim. Nəfəs almağım çətinləşmişdi. Yuxu gördüyümü zənn edirdim, ancaq bu dəfə də yanılmışdım.
Ev bütünlüklə yanaraq yox olurdu yavaş-yavaş. İlk əvvəl İlahənin yanına qaçıb ona kömək etmək istədim. Onun yatağ otağına daxil olarkən, övladının və özünün cansız bədənini seyr etdim. Həmin dəhşət dolu anda, evdə Fərhadın əzab qışqırıqlarını eşidirdim. Qulaqlarımı tutub evdən sürətli şəkildə qaçaraq çölə çıxdım. Gözümün qarşısında ev yanaraq kül olmuşdu bir neçə dəqiqə ərzində. Sinəmə dolan yanğının hisi, məni hər saniyə daha da boğaraq öldürürdü elə bil. Həmin gündən geriyə, bir külə dönən evi xatırlayıram və birdə Fərhadın səsi hələ də qulaqlarımdan getmir.....

Bugün kilsədə sonuncu xoru dinlədim. Bu dəfə içəri daxil olaraq onların qonağı olmuşdum.
Kilsədə oxunan bugün ki, xora

"Ölüm Simfoniyası" adı verilmişdi.

Külək bugün qarla birlikdə şiddətlə yağırdı. Sürətlə üzümə toxunub keçən külək, üzümü ülgücvari kəsirdi sanki. Əllərim əsir..bilmirəm bunu edə biləcəkdim mi ?
Gözlərimin qarşısından saniyələrlə keçən uşaqlığım, göz yaşlarına boğurdu məni. Göz yaşlarım isə dəniz olub sinəmə ləpələnirdi.

Hər şey bitmişdi. Ayağımı önə doğru atdım. Biraz daha önə atıb irəllədim. Və bu zaman əllərimi körpünün tutacaqlarından çəkərək son simfoniyamı, ölümlə sonlandırmış oldum.

"Ata, çox üşüyürəm ata. Əllərimi buraxma. Bura çox soyuqdu. Bədənim üşüyür ata. Nolar əllərimi buraxma..."

Qarın üzərində yaşamaq üçün sanki mübarizə aparırdı. Ancaq onun məqsədi yaşamaq deyildi bu dəfə.

Bir neçə saniyə sonra, kilsədə yenidən həmin xorun səsi eşidildi. Ölüm Simfoniyası...

Nərgiz, ağrıdan qıvrandıqca, birazdan əbədi olaraq gözlərini yumacağını çox yaxşı bilirdi. Qolları və ayaqları hərəkətsiz şəkildə qarın üstündə donurdu. Xorun səsini eşitdikcə, ağlayaraq üzünə doğru yağan qar dənələrini izlədi. Və bir anlıq istər-istəməz gülümsədi.

"Ata, ana, mələyiniz yanınıza qayıdır..." - deyib sanki şirin körpə yuxusuna dalarmışcasına gözlərini bağladı.

Nərgizdən geriyə, o vaxt gölə buraxdığı sadəcə bir kağız gəmi və birdə lal pianoçunun ona hədiyyə etdiyi, solğun qızıl gül bağının açarı qaldı.

Ölüm SimfoniyasıDove le storie prendono vita. Scoprilo ora