22-ci hissə (Yeni İl)

470 43 19
                                    

Əsən əlləri qeyd dəftərini tutacaq qədər gücə sahib deyildi. Hər şey ortaya çıxmışdı. Suallarda öz yerini tapıb sonsuzluğa sığınırdı. Dəftərdə yazılanları oxuduqca gözü hər dəqiqə onu axtarırdı. Hər sətri təkrar-təkrar oxumağa davam edirdi. Sanki hansısa bir sətrdə onu xoşbəxt edəcək bir şey tapacaqdı. Sevinəcəkdi, gülümsəyərək onu qucaqlayıb saçını sığallayacaqdı. Ancaq boşuna idi. Xəyalları onu yanıldırdı. Kiçik bir uşaq kimi düşüncələri ilə oynayan xəyalları sonda ona yazığ gülümsəmə ilə gülərdi. Oxuduqca parçalanan göz yaşları sinəsində böyük bir daş kimi asılırdı. Nərgiz intihar haqqında heç vaxt düşünməmişdi. İntiharın həmişə yazıqların işi olduğunu deyərdi. Ancaq bütün bu olanlardan sonra ilk dəfə idi Nərgiz intihar etməyi düşündü. Hər şeyə bir nöqtə qoyacaqdı bununla.

Sentyabr, saat 08:00 (Lal pianoçunun qeyd dəftəri)

Dünən yeni ailəmin tək övladı oldum. Yeni ata və ana. Öyrəşə bilmirdim. Üzümü güldürmək üçün hərşeyi edirdilər..mən xoşbəxt deyildim..bəlkədə bunun üçün böyük bir zaman lazım idi. O zamanda gec-tez gələcəkdi.

....

Danışma qüsurlu uşağı övladlığa götürmüşdülər. Heç bir fərqi yox idi onlara. Ona öz doğma uşağı münasibəti bəsləyirdilər. Lal olması onun günahı deyildi. Uşaqlar evinə bu uşaq üçün dəfələrlə gələn Kənan və Lamiyə onun haqqında olan bütün sənədləri oxuyub məlumat almışdılar. Atasını itirməsi, anasının başqa biri ilə ailə həyatı qurması, həmin adamında bir qızının olduğu, bu kimi şeylər sənəddə əvvəldən axıra cümləbəcümlə qeyd edilmişdi. Amma nolsun, övladlığa götürülən bir gündən o sənədlərdə uşaqlar evinin soyuq və baxımsız arxiv sənədləri arasında itmişdi. Burada itən tək kağız parçasından ibarət olan bir sənəd deyildi, onunda keçmişi bu tozlu arxiv sənədləri arasında unudulumuşdu.

Uşaqlar evində keçirdiyi bir il ərzində özünə dost qazana bilməmişdi. Hamıdan çəkinirdi. Yataq otağının küncündə oturub, dizlərini qucaqlayıb bütün gününü belə keçirərdi. Otaqda işıq yandırılarkən cəld heç kim görmədən işığı söndürərdi. Qaranlıqa özünü qurban vermişdi. Yemək belə yeməyən o, hər gün dahada çox arıqlayırdı. Uşaqlar evindəki baxıcılar onun bu halına çox narahat idilər. Xəstə olduğunu düşünürdülər, xəstəxanaya aparıldı və bir neçə müayinədən sonra digər uşaqlar kimi sağlam biri olduğu məlum oldu. Tək fərqi özünə qapanıq biri olmasıydı. Və birdə lal..

Uşaqlar evi; Dekabr, saat 23:00

Qaranlıq və mənasız bir yeni il bayramının qeyd etmə günü idi bugün. Uşaqlar üçün keçirilən bayram şənliyindən sonra yeni il axşamına son qoyulmuşdu. Otağın giriş qapısı ilə üz-üzə olan balaca pəncərədə oturub küləyin rəqsi ilə yağan qara baxırdı. Qar dənələri arada güclənib, yavaşıyan külək ilə bilikdə pəncərəyə həzin toxunuşlarla toxunurdu. Bir neçə saniyəlik ağ ləkə yaranırdı pəncərədə və sonda əriyərək yox olurdu. Çöl həqiqətəndə çox soyuq idi. Pəcərənin yan ara kəsmələrindən uyuldayaraq içəri daxil olan külək insanı vahiməyə salırdı. Dizlərini qucaqlamış, başını dizləri üzərinə qoymuşdu. Heçkəs ona maraqlı deyildi. Heçkəsin gülüşü, heçkəsin ona olan sevgisi maraqlandırmırdı onu. O, sadəcə bu səssizliyini qorumaq istəyirdi. Ona görə bütün gününü bu qaranlıq otaqda yalnız keçirirdi. Lakin bugün dünəndən, o biri gündən və digər günlərdən fərqlənəcəkdi. Əllərini ayaq barmaqlarına toxundurub, corabanı yavaş dartıb yenidən həminki vəziyyətinə qaytarırdı. Uşaqlıq məşquliyyəti olmuşdu bu. Dodaqlarını dişləri arasına salıb möhkəm bir şəkildə sıxdı. Qanayana kimi dodaqlarını dişləri arasından çıxarmırdı. Bu ağrı ona həzz verirdi. Bu ağrıya nifrət etmirdi, nədə bu ağrı onun canını yandırmırdı. Hər şeyin əksini sevirdi o. Qara baxdıqca beynində canlanan keçmişini düşünməyə başlamışdı. Bu zaman qaranlıq otaq işıqla birlikdə aydınlandı. Başını çevirmədi, nədə oturduğu vəziyyəti dəyişmədi. Sadəcə dərindən nəfəs alıb köksünə ötürdü. İşıq bir neçə saniyəlik otağı aydınlatdı və söndü. Yavaş-yavaş ona yaxınlaşan ayaq səsləri qulaqlarında eşidildi. Bunada əhəmiyyət vermədi və çöldə yağan qara baxmağa davam etdi. Bir neçə saniyə sonra isti bir əli çiynində hiss etməsi, başını qaldırıb qaranlıqda itən kor insan kimi gözlərinin onu axtarmasına bəs etmişdi. İncə və qorxaq səslə "Nərmindi" deyə eşitdi.

Ölüm SimfoniyasıWhere stories live. Discover now