Sadəcə qaranlıq. Amma yırğalanıram. Tərpənə bilmirəm. Əllərim və ayaqlarım bağlıdır. Gözümü açanda öz avtomobilimin arxa oturacaqlarında uzandığımı dərk edirəm. Maşınımı tanımadığım bir gənc oğlan sürür. Nəsə demək istəyirəm, amma alınmır. Çünki ağzım da bağlıdır.
* * * * * * * * *
Elnarə uzun müddət idi ki, bu işdə işləyirdi. Neyropsixoloji araşdırma mərkəzinin güvənlik kameralarına illərdir ki, hər gün nəzarət edirdi. 32 yaşlı bu qadına şəxsi həyatını qurmaq heç vaxt qismət olmamışdı. 17 yaşı olarkən bir gün həyatının ən qara günü olmağı bacarır. Məktəbdən gələrkən qara cip onun yolunu kəsir, içindən düşən oğlanlar onu maşına basıb qaçırırlar. Elnarə iki gün oğlanların əlində qalır. Öz sevgisinə bu yolla çatmağı düşünən onu qaçıran oğlan Elnarəyə təcavüz edir. Lakin iki gün sonra polislər qapını döyür və Elnarəni xilas edirlər. Elnarə çox qorxmuş olacaq ki, tez bir zamanda karate kurslarına yazılır. Artıq özünü müdafiə etmək qabilliyəti olduğundan gələcək karyerasını bu istiqamətdə qurmaq qərarına gəlir. Beş il əvvəl isə Neyropsixoloji araşdırma mərkəzinin mühafizəsində işə düzəlir. Amma artıq həyatı sadəcə karyerasından ibarət idi. Heç kim təcavüzə uğramış bir qadınla evlənmək istəmirdi. Hər nə qədər hər kəs bunun mənasız olduğunu dərk etsə də. Hər halda belə gözəl qadının hələ də subay olmasına başqa açıqlama gətirmək olmazdı. Bu şirkətdə işləyən hər kəs kimi Elnarənin də həyatını dəyişəcək gün bu gün idi.Tariyel müəllimin otağının qapısı döyülməmişdən əvvəl onun telefonu çaldı. Professor ekrana baxarkən düşündü ki, Elnarə niyə ona zəng vurur.
- Gəlin - dedi qapını döyənə reflektor şəkildə.
Qapı açılanda katibəsinin arxasında dayanan iki polis işçisini görəndə " no " düyməsini basdı.
- Buyurun - deyə polisləri içəri dəvət etdi həyəcanla.
- Tariyel Hacıyev?
- Bəli, mənəm.
Telefon yenə zəng çaldı. Tariyel müəllim telefonu söndürməyin ən yaxşı variant olduğunu düşünüb, düşündüyünü etdi.
- Bizimlə gəlməlisiniz - polis nümayəndəsi qəti şəkildə dedi.
* * * * * * * * * * *Ən lazımsız anda bir avaranın şikarına çevrilməkdən daha böyük bəxtsizlik nə ola bilər? Mən uzandığım yerdə bu gəncin sifətinə baxırdım. Bir neçə il əvvəl bir alim dostum bu şəkildə qaçırılıb, ailəsindən pul tələb edilmişdi. Bu dəfə bu mənim öz başıma gəlirdi. Görəsən əksər hallarda həbs olunacaqlarını bilə- bilə niyə görə gənclər bu cür riskli işlərlə məşğul olurlar? Burda diqqət çəkilməli nöqtə onların etdiklərindən zövq almasıdır. Beləki gənclik dövründə insanın zövq axtarışını təmin edən yer beyinin akumbens nüvəsi adlandırılan yeridir. Ümumiyyətlə götürdükdə gənclərdə olduğu kimi yetkin insanlarda da akumbens nüvəsi var və gənclərdəki ilə eyni işi görürlər. Amma bu işin sirri ondadır ki, ərgənlərdə və gənclərdə olan orbitofrontal korteksin səviyyəsi demək olar ki, uşaqlarla eynidir. Nəticədə yetkin bir zövq axtarışı hissi ilə yetkin olmayan orbitofrontal korteks birləşəndə gənclər emosional həssas və emosiyalarını cilovlamaq sahəsində yetkin insanlar qədər uğurlu olmurlar. Nəticədə bu onların sonunu düşünmədən riskli davranışlar sərgiləmələrinə səbəb olur. Gənclərin yetkin insanlardan fərqlərini beyin səviyyəsində öyrənmək üçün David Eagleman və Ricky Savjani maraqlı eksperiment təşkil etmişdilər. Bir neçə gənc və bir neçə yetkin insanın dərilərinə Galvanik dəri reaksiyalarını ölçmək üçün cihaz bağlamışdılar. Bu cihaz dəridən ifraz olunan tər vəzilərinə uyğun olaraq insanların həyəcan səviyyəsini ölçür. Sonra bu insanları mağazada vitrinin önündə əyləşdirirlər. Müştərilərin baxışlarını hiss edən gənclərdə yüksək həyəcan qeydə alındığı halda yetkin insanlarda bu baş vermir. Harvard universitetindən Dr. Leah Somerville gənclərdə olan bu yüksək həyəcanlılıq hissini belə izah edir. Məsələ beyinin " medial prefrontal korteks " adlı zonası ilə bağlıdır. Bu korteksin vəzifəsi sosial vəziyyətlər qarşısında həyəcanlılıq hissini təmin etməkdir. 15 yaşda olarkən medial prefrontal korteks yüksək aktivlik göstərir və bu 25 yaşa kimi davam edir.
YOU ARE READING
Bağlantı
Science FictionBeyinin dərinliklərinə səyahət etdiyinizi düşünün. Orda tapacağınız hər şey hamımıza aiddir. Bu bizim hekayəmizdi. Hər birimizin.