Səkkizinci əlaqə

103 20 11
                                    

Ləman xəstəxananın reanimasiya şöbəsinin qarşısında dayanmışdı. Düşüncələr isə çox uzaqlarda dalğalanırdı. Bu günün axşamı onun faciəsi olacaqdı. Həkim Orxanın axşamı görə bilməyəcəyini demişdi. İndi Ləman nə edəcəkdi? Oğlu ağlını itirib, əri isə ölüm ayağındadır. Həyatın ən qəddar üzü dərdlərin həmişə ardıcıl olaraq gəlməyidir. Həyat özünü insanın düşməni kimi aparır bəzən. Və bu elə zalım düşməndir ki, yıxılan adama ardıcıl zərbələri endirməyə davam edir. Ləman ağlayır və Orxanın gəncliyini xatırlayırdı. O vaxt Orxanın 23 yaşı vardı. Onlar illər sonra təsadüfən bir tədbirdə rastlaşdılar. Sonra bir aylıq yenidən tanış olma müddətini keçdilər. Orxan çox dəyişmişdi. Daha da yaraşıqlı və yetkin insana çevrilmişdi. Hərəkətləri, jestləri, mimikaları, baxışı, gülüşü Ləmanı valeh edirdi. Və bir axşam Orxan Ləmana zəng vurub sabah görüşmək istədiyini dedi. Onlar səhər görüşüb, bir restorana getdilər. Orxan yanlarında oturmuş sevgililəri göstərərək dedi :
- Səncə onlar bir - birlərini niyə sevirlər? 
- Nə bilim. Soruşmaq lazımdır.
- Bizim beynimizdə birini sevməmişdən əvvəl onun haqqında təsəvvürlər yaranır.
- Həə indi sən bunu da neyropsixologiyaya bağlayacan.
- Səbr elə - Orxan gülümsədi - Eckhard Hess adlı bir psixoloq təcrübə aparır. Təcrübənin sonunda məlum olur ki, kişilər gözləri iri olan qadınları daha çox sevir. Adlarına oxşar adlı və ya öz adlarının baş hərfləri ilə başlayan adlı qadınları daha çox sevirlər.
- Mən hələ adına görə birini sevən adam görməmişəm.
- Məsələ budur ki, biz bunun fərqinə varmırıq. Bizdən birini niyə sevdiyimizi soruşanda beynimizdə əvvəlcədən hazırlanmış yalançı cavabı deyirik. Amma özümüz də dərk edirik ki, bu düzgün cavab deyil. Əgər birini gözəlliyinə görə seviriksə bu o deməkdir ki, ondan gözəli qarşımıza çıxsa bu sevgimizdən dönərik. Bu misalda gözəllik yerinə başqa xüsusiyyətlər də ola bilər.
- Hardasa doğrudur.
- Hətta qadınların xüsusi günlərində daha da sevilməyə yaxın olduğunu bilirik. Çünki bu zaman qadınların üz cizgiləri həssaslaşır, daha nizamlı və gözəl olur. Bu gözlə görülə biləcək dəyişiklik olmasa da beyinimiz bizdən xəbərsiz bu xırda dəyişiklikləri tutur.
- Yəni deyirsən bu sevgililər də belə şeylərdən dolayı bir birini sevirlər?
- Təbii ki. Amma burda önəmli rolu güzgü neyronlarda oynayır. Güzgü neyronlar həmişə yaxınlıqdakı insanın beyinindən bəzi impulsları alır. Bunun nəticəsində biz qarşımızdakı insanın nə fikirləşdiyini təxmin edə bilirik. Və mən istəyərdim ki, mənim güzgü neyronlarım bir ömür boyunca sənin güzgü neyronlarından impuls alsın. Bunun üçünsə bir ömür boyu sən mənim yanımda olmalısan.
- Nə? - Ləman özünü itirmişdi.
- Yəni deyirəm ki, gözlərinin iriliyi səni daha gözəl edir. Üstəlik də adının baş hərfi mənim anamın adının baş hərfi ilə eynidir. Beynimin güzgü neyronlarının da sənin haqqında təxmin etdiklərini nəzərə alsaq əldən gələcək bir şey olmur. Biz evlənməliyik.

Orxanın Ləmana sevgi etirafı belə olmuşdu. İndi Ləman bunu xatırlayarkən həm gülür, həm də ağlayırdı. Elnarə isə onun yanında oturaraq Ləmanı qucaqlayırdı. O artıq Ləmana hər şeyi danışmışdı. Orxanın necə şərə düşməsini , Elnarənin onu Şahinin əlindən qaçırmasını, polislərdən və Nadirdən gizləndiklərini, özlərini təmizə çıxarmaq üçün Orxanın uğursuz sonlanan planını Ləman artıq bilirdi.

Tariyel müəllim isə Nadirin ağır yaralı bədənini yerləşdirdikləri xəstəxanadan çıxanda ona zəng gəldi.
- Bəli.
- Tariyel müəllim, mənəm Elmar. Mənə dedilər ki, siz məni çağırmısınız.
- Bəli Elmar. Təcili vəziyyət var. Şirkətə gəl.
- Amma bu gecə mənim növbəm var. Onun üçün indi yatmalıyam.
- Gecə növbədə durmayacan, narahat olma.
- Həə?  Onda gəlirəm.

Tariyel müəllim telefonu qoyub maşınına oturub şirkətin yolunu tutdu. Professor saatına baxdı və Şahin haqqında düşündü. Orxanı ona verə bilməzdi. Onun telefonu yenidən çalmağa başladı. Zəng edən Ləman idi.
- Alo.
- Professor, mənəm Elnarə.
- Elnarə - Tariyel müəllim ayağa qalxdı - siz hardasınız? 
- Orxan.... Öləcək.
- Nə?
- Biz xəstəxanadayıq. Həkim deyir, ümid yoxdur.
- Axı nə olub? - Professor qışqırdı.
- Orxanın beyin toxumaları ölmək üzrədir. Həkim belə dedi.
- Siz bu gecə laboratoriyada nə etdiniz?  Bura gəldiyinizi bilirəm.
- Orxanın beynini ordakı beyinlərə bağladıq. Nə olduğunu bilirəm?
- Bu nə beyinlərdi belə?
- Nadir tələbələrin beyinlərini oğurlayıb. Uzun söhbətdi. İndi danışa bilmirəm.
- Siz hansı xəstəxanadasınız?

Bağlantı Where stories live. Discover now