Dördüncü əlaqə

67 9 8
                                    

Dəqiqələr getdikcə Anar Bayramov həyəcanlanır və ora - bura vurnuxurdu. Onun verilişi ölkədə ən çox baxılan verilişlərdən idi. O dəvət etdiyi ekspertləri ilə ölkədə baş verən siyasi, iqtisadi, sosial və elmi yenilikləri müzakirə edirdi. Anar Bayramov vaxtilə Qarabağ müharibəsində iştirak etmişdir və onun televiziyasının arxivində hələ də bu problemin siyasi sirləri saxlanılırdı. O dəfələrlə ölkədə baş verənlərin həqiqət carçısı olmuşdur. Amma bu dəfəki kimi axırıncı dəfə Şuşanın işğal olunmasının kimin günahı olduğunu müzakirə edərkən həyəcanlanmışdı. İndi olduğu kimi o vaxt da aparıcı bu qədər təzyiqlərə məruz qalmışdı. Dünən axşam verilişin mövzusu anons getdikdən sonra ona zəng olunmuş və əhalini gərəksiz yerə təşvişə salmamağı ilə bağlı tapşırıqlar almışdı. Amma o bilirdi ki, bu gərəksiz təşviş deyil. İnsanlar həqiqəti bilməlidirlər. Ona görə bu gün bu veriliş baş tutacaqdı. Qonaqlar gəlib yerlərini tutmuşdular artıq. Prodüser tamaşaçılara bildirdi ki, yuxarıda " alqışlar " yazılan tabela yandığında onlar əl çalmalıdırlar. Rejissor otağından Anar Bayramovun qulağındakı mikrofona səs getdi :
- 15 saniyə sonra efirdi.
Artıq monitorlarda verlişin introsu gedirdi. Və həqiqətən də ölkənin 25% əhalisi az sonra ekranlarında Anar Bayramovu gördü. Aparıcı hər kəsi salamladı və bildirdi ki, bu günün mövzusu son dövrlər internetdə yayılan videodur. Həvəskar çəkiliş ilə çəkilən videoda iki nəfərin fantastik döyüş səhnəsi canlanırdı. Ekran qarşısında oturan Ləman bu iki nəfəri o dəqiqə tanıdı. Orxan və Nadir. Onlar avtomobillərin üstü ilə " uçur ", dalaşdıqları parkın yer səthini məhv edir və sözün həqiqi mənasında altını üstünə çevirirdilər. Görüntü bitdi və Anar üzünü Capoera Federasiyasının əməkdaşına tutdu:
- İlqar bəy, videonu izlədiniz. Bu insanlar normal idmançılardır yoxsa internetdə gəzən şayiələr düzdür?  Bilirsiniz ki, bir çox sosial şəbəkələrdə onlar insan üstü güclərə sahib varlıqlar kimi təqdim olunurlar.

İlqar bəy uzun- uzadı danışaraq bildirdi ki, onların istifadə etdikləri fəndlər idmanda mövcud olsa da bu döyüş səhnəsində olan bir çox detallar həqiqətən də onların insan üstü bir gücə sahib olmalarını göstərir. O xüsusilə Nadirin sürətindən və onun dizlərinin yerə dəydiyi zaman torpağı havaya uçurmasından danışdı.

Başqa bir polis əməkdaşı söz istəyərək bildirdi ki, bu iki nəfərin kim olduğu müəyyənləşdirilmişdi. Onlar bir neçə ay əvvəl öz apardıqları eksperimentlərlə gündəmi və medianı zəbt edən Neyropsixoloji Araşdırmalar Mərkəzinin alimləridi.
- Necə hesab edirsiniz - deyə başlayaraq aparıcı ən çox gözlənilən sualı verdi - onlar öz laboratoriyalarında super qüvvəyə nail olmağın bir yolunumu tapıblar?
- Mən bu məsələ ilə məşğul olan dostlarımla danışdım - polis əməkdaşı dedi - təxmin edilən nəticə budur ki, ekranda gördüyünüz şəxsin ayaqlarına o qüvvəni verən Kanada istehsalı olan super enerji generatorlarıdır.
- Bəs digər şəxs?  Son aylarda mənfi şöhrəti ilə qarşımıza çıxan Orxan Rəsulov? 
- Mən bildirməliyəm ki, istintaqın gedişatı ilə bağlı olaraq bir çox məsələləri burda vurğulamaq istəmirəm.

Təcrübəli aparıcı olan Anar Bayramov bildi ki, söhbəti daha eksantrik bir yönə çəkməsə tamaşaçılar bu müəmmalı söhbətdən yorulacaqlar. Bunun üçün üzünü Namiq həkimə tutdu :
- Namiq həkim siz uzun zaman Orxanın həkimi olmusunuz. Əminəm ki, bizim marağımızı cəlb edəcək məlumatlara sahibsiniz.
- Bildiyiniz kimi başından açılan atəş nəticəsində Orxan Rəsulov altı ay koma vəziyyətində yatdı. Neyropsixoloji Araşdırmalar Mərkəzində aparılan tədqiqat nəticəsində Orxanın beyni 10 tələbənin beyni ilə bağlantıya girmişdi. Nəticədə tələbələrdən 7- nin beyni bu ağırlığa dözə bilmədiyi üçün intihar etdilər. Orxanın komadan ayılmasından 10 dəqiqə sonra başqa bir tələbə intihar etdi.
- Siz bunun mexanizmini öyrənə bildiniz?
- Mən əlbəttə ki, altı ay ərzində Orxanın beynini tədqiq etdim. Nəticə inanılmaz idi. Onun beyni adi insanın beynindən daha çox inkişaf etmişdir. Xüsusilə beyinin amiqdala və hipotalamus hissələrində gözlə görünə biləcək dəyişikliklər müşahidə olunurdu. Bu da o deməkdir ki, Orxan şüuraltı idarəetmə və instinktiv dərk etmə güclü inkişaf edib. Mən studiyaya Orxan Rəsulovun beyninin MRT çəkilişlərini gətirmişəm. Onları nümayiş etdirə bilərəm.

Bağlantı Tempat cerita menjadi hidup. Temukan sekarang