Təkamül prosesi ilk canlı orqanizmlər yaranandan indiyədək qarşısıalınmaz bir şəkildə davam edir. Bu bizim hər birimizi əhatə edən böyük və möhtəşəm bir hekayədir. Bu hekayənin əvvəlində biz sadəcə bir hüceyrədən ibarət, heç bir şeyi anlamayan ibtidai canlılar idik. Amma indi düşünə bilən, qavraya bilən və planeti ələ keçirib digər bütün növ canlıların üzərində iqtidar quran varlıqlara çevrildik. Artıq biz təbiətdə baş verən bütün hadisələrə nəzarət edə, onları öz istəklərimiz çərçivəsində tənzimləyə bilirik. Biz bəşəriyyətin və zamanın başlanğıcından indiyədək keçən zaman dilimində çox fərqli və heç yaşanmamış bir zamana gəlmişik. Texnologiyanın, elmin və bizim inkişafımızın kəsişdiyi yerdə biz ən mükəmməl nəsnəyə təsir edə və onun imkanlarını sərhədsiz edə bilirik. Nədən bəhs etdiyimi bilirsiniz. Onun adı beyindir.
Nadir yoxa çıxandan sonra bizim özümüzə gəlməyimiz bir xeyli sürdü. Elnarənin nə düşündüyünü bilmirəm, amma mənim gözlərimdə dünya daha çirkin və çətin bir vəziyyət almışdı. Əvvəlcə sadəcə gözü yuxarılarda olan gənc bir alimin öhdəsindən gəlmək lazım olduğunu düşünürdüm. İndi isə dünyada böyük nüfuz sahibi olan təşkilatların da bu işin içində olduğunu bilirdim. Planetin ən öndə gələn elm adamları öz layihələri üçün məni qurban seçib, mənim əleyhimə birləşmişdilər. Mənim isə bu vəziyyətdən çıxış yolum yox idi. Ya da ən azından bu vəziyyətdə belə görünürdü. Həyat yoldaşımı, oğlumu birdə görə bilməmə ehtimalını düşünəndə ağlım başımdan çıxır və mənə elə gəlirdi ki, kimsə məni boğur. Bu düşüncələr içərisində Elnarə ilə bir kəlmə belə kəsmədən o evdən çıxdıq. Hara gedəcəyimizi bilmirdik və elə istiqamət tutmadan da gedirdik. Hava artıq gecəyə məxsus qaranlıq çalarlarına boyanmışdı. Bu saatlarda burda taksi tapmaq çətin idi.
*************************************
Tariyel müəllim də evində var - gəl edir, nə edəcəyini fikirləşirdi. Ləman Şahinin əlindədir və o nəyin bahasına olursa-olsun Orxanın ailəsini qorumaq məcburiyyətində idi. İşlərin bu dərəcədə tərs getməsi kimin ağlına gələrdi ki?! Bu an onun telefonuna zəng gəldi və professor saata baxaraq gördü ki, Şahinin qoyduğu vaxtın bitməsinə hələ 5 dəqiqə var.
- Alo, professor. - Orxanın səsi bu aləmə məlhəm kimi yayıldı.
- Orxan hardasan?
- Professor bir çox şey öyrənmişəm. Görüşməliyik.
- Hardasan sən Orxan?
- Mən Bakıdan kənardayam. Şəhərə necə qayıdacağımı bilmirəm. Sizə harda olduğumu göndərəcəm indi. Bura gəlin tez.
- Yaxşı Orxan, indi gəlirəm.
Professor telefonu qoyub fikrə getdi. Bütün bu dağılmış və bir - birinə qarışmış işləri kim düz- qoş edəcək? Onun buna gücü çatacaqmı? Professor güzgüdə öz əksinə baxıb pıçıldadı:
- Tariyel Hacıyev bunu etməlisən.
Professorun telefonu növbəti dəfə çalanda onun şübhəsi yox idi ki, bu Şahindir.
- Şahin.
- Ə professor vaxt bitdi ee. Bə niyə səndən səs- səmir yoxdur.
- Orxanı tapmışam. İndi onu gətirməyə gedirəm.
- Bə professor biz söz danışdıq axı. İndiyədək sən o gədəni gətirməliydin. Yoxsa bu Ləmandı nədi öləcək.
- Dur, bir neçə saat vaxt ver mənə. Orxanı gətirəcəm.
- Ə bə vallah lazım deyil. Qoy Orxan yaşasın. O mənim oğlumu öldürüb, mən də onun oğlunun anasını öldürəcəm.
- Yox, dur....
- Öldürəcəm.
Telefonda Tariyel müəllimin eşitdiyi atəş səsi tüklərini biz- biz etdi. İndi o Orxana nə deyəcəkdi?********************************
Mən telefonu qoyub evinə girdiyimiz xalaya baxdım.
- Çox sağolun xala. Dediyim kimi telefonumu itirmişəm. Yoxsa gecə vaxtı sizi narahat etməzdim.
- Eybi yox oğlum, narahat olma. Gedəcəyiniz yer yoxdursa bu gecə burda qala bilərsiniz. Onsuz da məndə tək yaşayıram.
- Təşəkkür edirəm. Amma biz getməliyik.Biz çölə çıxanda ayaq üstə durmaq mənim üçün çətinləşirdi. Dünən qəbul etdiyim ağrıkəsicilərin təsiri artıq tamamilə getdiyindən vücudumu ağuşuna alan sancılar mənə Şahinin adamları tərəfindən döyüldüyümü xatırladırdı. Doğurdan görəsən indi Şahin neyləyir? Biz yerə oturduq və mən onda nə qədər yorulduğumu anladım. Başım yavaş-yavaş ağırlaşdı və Elnarənin çiyninə düşdü.
İsti bir yaz səhəri idi. Ətrafda çiçəklər, kəpənəklər və cənnət var idi. Oğlum itimizlə oynayırdı. Ağzını geniş açaraq gülür və itdən qaçırdı. İtimiz isə onu arxadan vurur və o yumşaq otların üstünə yıxılırdı. İt onun boynunu, üzünü yalayarkən o da uğunub gülürdü. Mən və Ləman bu gözəl mənzərəyə baxırdıq. Arada bir - birimizin üzünə gülümsəyir və oğlumuzun gözündən gizlənib öpüşürdük.
- Ayıl Orxan. Deyəsən Tariyel müəllim gəldi.
Mən gözlərimi açıb yuxunun təsiri ilə qaranlıq küçəni işıqlandıraraq uzaqdan yaxınlaşan qara limuzini gördüm.
- Bu Tariyel müəllimin maşını deyil axı.
Qara limuzin düz bizim qarşımızda dayandı. Sürücü maşından düşüb arxa qapını açdı. Mən onun Ceyms Bondu xatırladan görkəminə baxarkən o mənə dedi :
- Mister Rəsulov, please. ( Cənab Rəsulov, buyurun)
- Sorry? Who are you? ( Üzr istəyirəm, siz kimsiniz?)
- Please, dont ask. Just sdeam please. ( Xahiş edirəm sual verməyin. Sadəcə əyləşin)
Mən bu ingilis və mədəni insanın Şahinin adamı olmadığını düşündüm və qorxsam da maşına oturdum. İçəridə başındakı şlyapa ilə Çerçili xatırladan bir kişi oturmuşdu. Elnarə də yanımda əyləşəndən sonra maşın hərəkət etdi.
- Mənim kim olduğum sizə maraqlıdır hər halda Orxan bəy - o sınıq salxaq azərbaycan dilində dedi.
- Çox maraqlıdır mən cavab verdim.
- Mən LLP - nin Azərbaycan filialının direktoruyam.
- LLP - nin ölkəmizdə filialı var?
- Bizim hər ölkədə filialımız var. Amma bunu çox adam bilmir. Çünki biz bilməməsini istəyirik.
- Sizin etdikləriniz heç düz deyil. Məndən sizə dəstək olacağımı gözləməyin.
- Bunu bilirəm. - O tərzini pozmadan cavab verdi - bunun üçün sizlə görüşmək istədim. Hesab edirəm bizim superman sizə kifayət qədər informasiya verməyib.
- Superman dediyiniz Nadirdirsə verdiyi informasiyalar kifayət etdi.
- O sadəcə işin onu maraqlandıran tərəfini bilir. Bizim işimiz təkcə ölümü məğlub etmək deyil. Daha yaxşı gələcək üçün beynimizi yenidən dizayn etməkdir. Sadəcə təkamül prosesini sürətləndirmək.
- Nə etdiyiniz mənim heç vecimə də deyil və bu haqda heç nə eşitmək istəmirəm. Mən sadəcə ailəmlə birlikdə xoşbəxt həyat sürməyin dərdindəyəm.
- Sizin kimi alimin belə bəsit arzularının olması təəccüblüdür.
- Mənə bax. Dediyin heç bir şey mənim sizə qoşulmağıma səbəb olmayacaq.
- Tamam o zaman. Elə indi gedək cümlə aləmə sənin günahsız olduğunu göstərək. Polislər də əl çəksin səndən, o mafiozda.
- Və? - Belə bir çıxışın sonunda bir " amma " nın olduğunu təxmin edə bilirdim.
- Bəs beyninə olan nə olacaq? Səncə hansı olacaq? Ağlını itirəcəksən yoxsa öləcəksən?
- Eee...
- Görürsən problemin həlli sən düşündüyün qədər sadə deyil. Amma bizə kömək etsən və layihəmizi bitirmək üçün vaxt yaratsan həm sağlamlığına həm də xoşbəxtliyinə qovuşacaqsan.
- Baxın, mən həbsə düşə bilmərəm. Mənim qayğısına qalmalı olduğum bir oğlum və bir həyat yoldaşım var.
- Bunu da fikirləşmişik. Sən həbsdə olanda həm də evdə ailənin yanında olacan.
- Nə?
- Eyni anda iki yerdə olmaq teorelərini eşitməmisən?
- Başa düşmürəm.
- Ümumiyyətlə sizin ölkənizdə elm adlı bir şey demək olar ki, yoxdur. Bütün dünya alimləri 20 ildən çoxdur ki, bu nəzəriyyə üzərində işləyirlər. Və biz bunu tapdıq.
- İndi mənə hansısa elmi - fantastik filmdə gördüklərini danışacan?
- Yox, laboratoriyada gördüklərimi danışacam. Sənə bir sual verim. Fiziki bədəninmi səni yaradır, yoxsa beyninmi?
- Beyinim - mən bu sadə suala cavab verdim - beyinim fiziki bədənimi təşkil edən atomları yaradır.
- Elə isə sənin beynini kopyalayıb başqa bir yerə qoysaq orda ikinci bir sən yaranacaq elə deyilmi?
- Amma bu mümkün deyil. Beyinin içində olan bütün informasiyaları bir yaddaş kartına sığdırmaq mümkün deyil.
- Bəs nəhəng bir hiperkomputeri yaddaş kartı kimi istifadə etsək?
- Necə yəni?
- Biz bu layihəni dünyanın ən öndə gələn fizik və astronomları ilə birlikdə yaratdıq. Məqsədimiz başqa bir planetdə həyatın olub olmadığını öyrənmək idi. Bunun üçün böyük bir hiperkomputer inşa etdik. Bir astronoftun beynində olan bütün informasiyaları ora köçürüb sonra onu kosmosa fırlatmaqdı məqsəd. Hiperkomputer bizim qalaktikadan kənarda bir planetə çatanda biz köçürmə proqramlarını işə salacağıq və bizim astronoft bir saniyə içərisində həmin planetdə peyda olacaq. Çünki onun beyni ordadır. Anlayırsanmı?
- Bunlar nağıldır.
- Kompüter oyunları sadəcə 1 və 0 rəqəmlərindən ibarət kodlardan yaradılır. Nəticədə kompüterin sanal gerçəkliyində insanlar yaranır. Onlar hərəkət edir, qışqırır və situasiyaya uyğun davranırlar. 20- ci əsrdə fiziklərin kosmosla bağlı tapdıqları əsl sensasiya idi. Orxan bəy bizim dünyamızda eyni ilə komputerimiz kimi 1 və 0 rəqəmlərindən ibarət kodlardan yaranıb və ətrafda gördüyün hər şey sadəcə piksellərdən təşkil olunub.
- Demək istəyirsən ki, biz bir kompüter oyununun içərisindəyik? - Elnarə soruşdu.
- Belə bir şeyi iddia etmək şizofreniyalı xəstələrə xasdır. Amma həqiqət budur ki, komputerimizdəki virtual gerçəkliklə bizim gerçəkliyimiz arasında fərq yoxdur. Və əgər biz kompüterdə peşəkar döyüşə bilən əsgər yarada biliriksə dünyada niyə sadəcə beyinin imkanlarından istifadə edərək bunu edə bilməyək?!
- Bu axmaqlıqdır. Bizim dünyada zaman deyə, determinist sistem deyilən bir şey var - mən dedim - eyni anda iki yerdə olmaq sadəcə olaraq mümkün deyil.
- Amma mümkün olduğunu gördün sən. Nadir həm xəstəxanada yatır, həm də sənin qarşısında peyda ola bilirdi. Təbii ki, bunun mexanizmi fərqlidir onda. Biz beləcə yeni dizayna malik beyinli insanlar yaradıb digərlərini öldürəcəyik. Nəticədə planetimizdə möhtəşəm nizamlı sistem yaranacaq.
- Mən...
- Orxan bəy sadəcə biz deyəni edin. Beləcə həm hər şeyi öhdənizə götürərək həbsxanada yatıb bizim istədiyimizi edəcəksiniz, həm də ailənizin yanında xoşbəxt bir həyat sürəcəksiniz.Limuzin bir binanın önündə dayandı. Mən artıq qərar verməli olduğumu dərk edirdim.
- Razıyam - dedim. - Amma bir şərtlə. Bütün bu dediklərinizi edə biləcəyinizi isbat edin.
Limuzinin qapısı açıldı və mən qarşımda gördüyüm adamdan dolayı şoka düşdüm. Bu qarşımdakı adam Stiven Kinqin qorxulu personajları olsaydı bu qədər təəccüblənməzdim. Əgər o, Qulliverin liluputları olsaydı da bu qədər təəccüblənməzdim. Amma qarşımdakı adam Neyropsixoloji Araşdırmalar Mərkəzinin direktoru professor Tariyel Hacıyevin özü idi. O mənə baxıb gülümsədi.
- Doğru qərar verdin Orxan. Sənə dediyimiz hər şeyi sübut edəcəyik.
- Professor - mən gözlərimə inana bilmirdim. - Siz də bu işin içərisindəsiniz?
- Mən bu işin Azərbaycan filialının direktoruyam Orxan. Bütün plan və baş verən hər şey mənim ideyam idi.
VOUS LISEZ
Bağlantı
Science-FictionBeyinin dərinliklərinə səyahət etdiyinizi düşünün. Orda tapacağınız hər şey hamımıza aiddir. Bu bizim hekayəmizdi. Hər birimizin.