Beşinci əlaqə

64 11 3
                                    

Bağlantının keçmiş bölümlərindən

Biz yavaş-yavaş otaqdan çıxırıq. Laboratoriyanın işığı yanır. Açıq qapıdan iki nəfərin olduğunu görürəm. Biri laboratoriyada işləyən və bütün bu aparatlardan istifadə etməyimizə kömək edən Nadirdir. Göy göz və sarışın bu gənc oğlanda böyük alim olmaq üçün çox güclü potensial görmüşəm hər zaman.
-----------------------------------------------------
Mən belə bir şeyin həqiqət olduğunu düşünməyimin axmaqlıq olduğunu bilsəm də əlim klaviaturada "Freud and his students"  sözünü yazdı. Və axtardığım şəkil qarşımda idi artıq. Şəkildə Carl Yungun yanında dayanan Nadir gülümsəyirdi.
--------------------------------------------------------
Sadəcə 1877- ci ildən bəridir ki, yaşayıram.
- Nə? - Mən gülməyimi saxlaya bilmədim.
- Orxan, Long Life for People proqramı haqqında eşitmisən? 
Mən Avstriyada yaradılmış bu təşkilat haqqında eşitmişdim. Bu təşkilatda çalışan insanlar ölümsüzlüyün sirrini tapmaq ümidi ilə gecə - gündüz çalışırlar. Bir gün ölümün çarəsi tapılarsa dirilmək istəyən insanlar bu təşkilata külli miqdarda pul ödəyib öldükdən sonra cəsədlərinin buzlaşdırılması üçün müqavilə imzalayırlar.
--------------------------------------------------------
Təxminən 1905 - ci il olardı. - Nadir danışmağa başladı - Siqaret çəkməkdən ağciyər xərçəngi bəlasına mübtəla olmuşdum. Mənim üçün ümid görünmürdü. Dostlarımdan biri mənə LLP haqqında danışdı. Mən də bu təşkilatın ofisinə gedib ölmədən buzlaşmağı qəbul elədiyimi dedim.
--------------------------------------------------------
Bu nə nağıldır, sən danışırsan hə?  Avstriyalı alimsən, yüz il yatmısan, ölümə qalib gəlmisənmiş falan filan - mən qışqırdım - ayılandan sonra da seçə- seçə bu ölkədəmi yaşamağa qərar verdin?!
- Təbii ki, Azərbaycana gəlməyimin də bir ayrı hekayəsi var.

İndi

Hər şey dibə çatanda və həyat qaranlıq bir dünyaya çevriləndə geriyə qalan hər şey öz dəyərini itirir. Hər şeyin öz ölçüsünü itirdiyi bu anda geriyə qayıtmaq və olanlara ordan baxmaq baş verənlərin rəngini dəyişdirməsi üçün kifayətdir.

1902 - ci ilin mart ayı. Vyanada gənc bir oğlan pubda təkbaşına oturub siqaret çəkirdi. Ətrafdakılar onun son yarım saat ərzində çəkdiyi 7 siqaretə qəribə nəzərlərlə baxırdılar. Heç kim bilmirdi ki, bir gün bu oğlan dünyanı dəyişdirəcək işlər edib, ən çox yaşamış insan olaraq tarixə düşəcək. Hələki o, Avstriyanın 6 milyon əhalisindən biri idi. Onun sadəcə 25 yaşı var idi. Amma bu oğlan dünyanın ən məşhur həkiminin tələbəliyini qazanacaq qədər zəkaya sahib idi. Sigmund Freud onu gənc nəslin yeni dahisi adlandırırdı. Müəlliminin dediyi sözlər onun heç vaxt yadından çıxmırdı.
- Josef bir gün sən dünyanın axarını öz ardınca aparacan.
Josefin ən böyük özəlliyi xəyallarının ucsuz-bucaqsız olmağı idi. O Robert Maranini, Qreqor Mendili və yenicə çıxmış kvant nəzəriyyəsini maraqla oxuyurdu. Oxuduqca insanın necə möhtəşəm bir sistemə malik olduğunu anlayırdı. Həmçinin onun əsas ixtisası olan psixoanalizi öyrəndikcə başa düşürdü ki, insan o dərəcədə mürəkkəbdir ki, özünü belə anlaya bilmir. Psixoanaliz göstərirdi ki, insanın davranışlarının səbəbkarları arasında şüuraltı deyə bir şey var, hansı ki, etdiklərimizin böyük qismindən o məsuliyyət daşıyır. Maraqlarımız, istəklərimiz, zövqlərimiz şüuraltından gələn səbəblərdən qaynaqlanır. Etdiyimiz dil sürüşmələri, oxuyarkən və yazarkən buraxdığımız səhvlər, qəzai davranışlar, bir şeyi unutmamız və dara düşdüyümüzdə baş vurduğumuz özünü müdafiə mexanizmləri şüuraltında toplananların nəticəsidir. Amma Nadiri ən çox düşündürən bütün zamanların ən məşhur ateist filosofu və şairi Fridrex Nitsşe idi. Onun kitabları və Fövqəlbəşər nəzəriyyəsi Josefin beynində yeni ideyalar doğurmuşdu. Nadir Nitsşedən elə ruhlanmışdı onun şeirindən bir misranı qeyd dəftərinin birinci səhifəsinə yazmışdı.
" Tanrı öldü və onu biz öldürdük "
Misranın altından Josefin yenə əlyazısı ilə bir cümlə daha yazılmışdı.
" Görəsən Tanrını öldürən biz daha nələrə qadirik? "
Josef siqaretindən bir tüstü daha alıb gözlərini yumdu. Ona elə gəlirdi ki, bütün bu əsrlər boyu yaşamış filosoflar onun ideyası üçün ipucları buraxmışlar. Yadına Dante Aligyerinin " İlahi komediya" sından bir parça düşdü.

Bağlantı Opowieści tętniące życiem. Odkryj je teraz