Bağlantının keçmiş bölümlərindən
Bir anda əllərim üstə qalxaraq ayaqlarımı düşmənimin boynuna doladım. Amma Nadir məharətlə bu fənddən çıxıb yuxarı tullandı. Mən növbəti təpiyin gələcəyini gözləyirdim. Amma bir anda başımın üstünü duman kəsdirdi. Gözlərim yaşardı. Bir dəqiqəyə yaxın müddətdə küləyi hiss etdim və qaranlığa qərq oldum.
-------------------------------------------------
Artıq Josef gecələr yatmır, kitablara qapılır və beyini anlamağa çalışırdı. Durmadan eksperimentlər aparır və ölümsüzlüyü kəşf etmək üçün bütün instinktləri araşdırırdı. Onun məqsədi Elizabeth ilə sonsuzluğa qədər yaşamaq idi. Həmişə gənc və ölümsüz.
-----------------------------------------------
O toparlanıb xəstəxanadan çıxmamışdan əvvəl LLP nin rəsmiləri onun palatasına gəldilər.
- Mr. Josef siz qanuni olaraq çoxdan ölmüsünüz. Bunun üçün həyatınızın geri qalanını başqa adla, başqa ölkədə yaşamalı olacaqsınız. Amma o ölkədən bizim işləri aparmalısınız həmçinin. Fikirləşin kim olmaq istəyirsiniz?
- Azərbaycanda yaşayan Nadir olmaq istəyirəm - Josef Elizabethi düşünərkən dedi.
----------------------------------------------------
- Bu çox iddialı bir çıxışdı Namiq həkim - aparıcı dedi - sizcə insanın təkamülü nəticəsində necə bir canlı yaranacaq?
- Bilmirəm. Və yəqin ki, milyon il yaşaya bilməyəcəyim üçün bunu heç vaxt bilməyəcəm. Amma bir şey dəqiqdir. Neyropsixoloji Araşdırmalar Mərkəzində aparılan bu təhqiqat təkamülü sürətləndirməklə qalmadı, həm də onun yönünü dəyişdi. Və bunun ilk örnəyi də məhz Orxan Rəsulovdu.
---------------------------------------------------
Ləman televizor qarşısında donub qalmış və stressdən əsirdi. Az öncə Orxanı bədheybət adlandırıb, onun haqqında qərar çıxartmağı hüquq mühafizə orqanlarının öhdəsinə buraxmışdılar. Leyla nə edəcəyini bilmədən tez evdən çıxdı. Taksiyə oturub televiziya binasının yolunu tutdu. Yarım saat sonra o aparıcı Anar Bayramovun yaxasından yapışacaq və Namiq həkimin üzünə tüpürəcəkdi.
---------------------------------------------------
Yarım saat sonra Nadir isə əlindəki tapançanı sıxaraq hirsindən əsirdi. Çünki az öncə Orxanın olduğu yerdə indi sadəcə boşluq vardı. Bu adam hara yoxa çıxdı axı?İndi
Dünya hadisələrin əvvəlcədən planlaşdırılmış axını deyil. Heç bir zaman gələcək daha öncədən bəlirlənmiş olmadı. Hər an bu və ya digər davranışı sərgiləməmişdən əvvəl sonsuz sayda alternativ ehtimallar var. Hansını qəbul etməyimizdən asılı olaraq gələcək dəyişir. Əsas olan bir neçə dəqiqəni özümüzə xeyir edən yöndə dəyişdirməkdir. Çünki uzun illərdən ibarət həyat da bir neçə dəqiqələrin birləşməsindən yaranır. Biz qərar verməmişdən əvvəl beynimiz hər seçimin simulasyon gerçəkliyini yaradaraq gələcəyə baxır. Beynimiz bu simuluzasiyanı yaratması üçün keçmiş təcrübədən, bilik və vərdişlərdən yararlanması mütləqdir. Bəs daha öncə beynimizdə olmayan bilikləri ora gətirməyin bir yolunu tapsaq? O zaman biz məğlubedilməz olarıq.
Gözlərimi yumdum. Qarşımda məni öldürmək üçün əlində silah dayanarkən qərar qəbul etmək üçün bir neçə saniyəm vardı. Onsuz da həyatda ən vacib qərarlar bir neçə saniyə ərzində alınır. İndi mən görəsən əllərim bağlı şəkildə qatilin önündə durarkən necə xilas ola bilərəm? Bağlantılı olduğum beyinlərdən biri riyaziyyatçı idi elə deyil? Onun beyninə girərək bütün ehtimalları hesablamağa başlayıram. Qurtulmaq üçün bir yol var. Gözlərimi açanda Nadir tətiyi çəkməyə hazırlaşırdı.
- Dur - dedim - məni öldürəcən, amma bir şeyi bilməlisən.
- Danış - Nadir sərt şəkildə dedi.
- Sənə yazığım gəlir. Yüz ildən çoxdur ki, yaşayırsan və həmişə ölümsüzlüyü tapmağı arzulamısan. Amma bacarmadın. İndi məni öldürsən belə bir şey dəyişməyəcək. Artıq layihən iflasa uğrayıb.
- Sus - istədiyim olur, Nadir əsəbiləşir.
- Sən məni öldürürsən, amma sən çoxdan mənə məğlub olmusan. Çünki yüz illik planın suya düşdü. Nə üçün edirdinsə o da artıq suya düşüb. Valideynlərin üçünmü, elmi kəşf üçünmü yoxsa sevdiyin qıza verdiyin söz üçünmü? - Sonuncu cümləni niyə dediyimi bilmədim - sözünü tuta bilmədin. Heç vaxt istədiyin adam ola bilməyəcən.
Sonuncu cümləm Nadirin sifətinə üzüntü qarışıq qəzəb qatdı. Bu mimika adətən bildiyimiz amma özümüzə etiraf etmədiyimiz acı gerçəkliyin bizə deyilməsi zamanı yaranır.
- Dayan - deyə qışqıraraq Nadir təpiyini havaya qaldırdı. Diz generatorlarının verdiyi güclə sinəmdən vursaydı qabırğalarım qırılardı. Buna görə azacıq yana tərpəndim və onun zərbəsi stola dəydi. Mən stol qarışıq geriyə uçarkən arxadakı sınıq-salxaq divara çırpılıb çölə yıxıldım. Burda duraq. Bunun olacağını hardan bilirdim? Beynim düşdüyüm vəziyyətdən çıxış yolu axtararkən bütün bildiklərini bir araya gətirdi. Nadirin dedikləri, buranın çürük divarları və düşmənimin psixologiyası. Nadiri illərlə tanıyıram və kifayət qədər müddətdir ki, siz də tanıyırsınız. Özünü sakit göstərən amma uğursuzluq qarşısında impulsiv reaksiya göstərən bir tipi var Nadirin. Və bu halı onu gərəktiyində onu qəddar qatil edə bilir. Hüquq psixologiyasında Nadir kimi insanlara situativ qatil deyirlər. Yəni bu insanlar normalda sakit insanlar olsalar da müəyyən situasiyaya düşəndə cinayi davranışlar sərgiləyə bilirlər. Nadirdə təşviş nevrozu deyə biləcəyimiz nevrotik pozğunluğun olması çox bəlli idi. Təşviş nevrozu terminini elmə ilk dəfə Sigmund Freud gətirmişdi. O ilk dəfə " Psixopatalogiya üzərinə " kitabında təşviş nevrozunu digər bütün nevrozlardan ayırmışdı. Freuda qədər əksər nevrotik pozğunluqlar nevrasteniya termini altında birləşirdi. Nevrasteniya zəif qıcıqlara qarşı güclü reaksiya verməklə xarakterizə olunur. Bu tipli insanlar mənasız səbəblər üzündən hirslənib özlərindən çıxmaqla qalmır, həm də suyun damla ya da saatın əqrəbinin səsindən qıcıqlanırlar. Təşviş nevrozu dediyimiz şey isə bir çox açıdan nevrasteniyanı xatırlatsa da fərqli yönləri onu əlavə kriteriyaya salmağı təmin edir. Daha dəqiq şəkildə təşviş nevrozunun kliniki simptomları aşağıdakılardır :
- Ümumi əsəbilik. Daima mövcud olan və artan əsəbilik təşviş hissini qaldırır və bu bəzən diqqət çəkmək istəyi şəklində özünü göstərir. Ümumi əsəbilik simptomu arasında almanca auditory hyperaesthesia adlanan səsə qarşı həddindən artıq həssaslıq özünü göstərir.
- Narahat gözlənti. Bu uşağının başı ağrıdığı zaman onun menengit ya da başqa ağır xəstəliyə tutulmasından narahat olan valideynlərə aid ola bilər. Bu zaman insanlar hər şeyə pessimistik şəkildə yanaşır və ən xırda müəmmanın belə pis nəticələnəcəyindən narahat olurlar. Bu hal daha çox xəstəlik xəstəliyi adlanan hipoxondriada müşahidə olunur. Məsələn hipoxondrik insanlar hansı xəstəlik haqqında oxusalar o xəstəliyin simptomlarını özlərində tapırlar.
- Psixosomatik səbəblərdən qaynaqlanan müvəqqəti ürək aritmiyası. Bu insanlar daima təşviş içində olduqlarından ürək ritmlərinin ritminin dəyişməsi kimi orqanik pozuntulara düçar olurlar.
- Nəfəs darlığı. Təşvişin təsiri ilə insanların nəfəs almasında çətinliklər yaranır.
- Tərləmə. Bu hal xüsusilə gecələr daha çox müşahidə olunur.
- İsterik şəkildə başlayan və titrəmə ilə müşahidə olunan tutmalar.
- Orijinal alman adı ilə ravenous hunger. Bu həddindən artıq çox olan aclıq hissidir.
- Tutma şəklində gələn ishal.
- Gecələr kabus yuxular görərər qorxu hissi ilə oyanmaq.
- Vertigo yəni baş gicəllənməsi.
- Cartigo corpus adlanan bayılma halları.
Və mən Nadirdə təşviş nevrozunun olduğunu çoxdan müşahidə eləmişdim. Əgər sizin də aranızda kifayət qədər psixoloji bilikləri olan varsa o da hiss edib. Çətin vəziyyətlərdə Nadirin vurnuxmasını başqa necə izah etmək olar ki? Ona görə bilirdim ki, onu əsəbiləşdirmək kifayət idi ki, o qeyri-ixtiyari olaraq özünün ən güclü tərəfini nümayiş etdirsin. Və Nadirin ən güclü tərəfi onun ayaqlarıdı. Mən divardan qopan daşlarla birgə çölə yıxılandan sonra ümid etdiyim şey olmuşdu. Stol parçalanmış və mən məni stola bağlayan kəndirlərdən azad olmuşdum. Hər nə qədər əzilsəm də vaxt itirmək olmazdı. Gözlərimi yumub idmançı tələbənin beyninə girdim. Nə də olmasa o ağrı hissinə öyrəşmiş və peşəkar qaçmağı bilən adamdır. Qeyd edim ki, bu halətin gəlməsi də izah edilməz bir şeydir. Sanki öz bədənindən uzaqlaşırsan. Amma bu uzaqlaşma fiziksəl anlamda olmur. Getdikcə bədənin sənə yadlaşır və beynində sənə yad olan düşüncələri hiss edirsən. Beləcə mən ayağa qalxdım və qaçmağa başladım. Beç dəqiqə sonra isə Nadir əlindəki tapançanı sıxaraq hirsindən əsirdi. Çünki az öncə Orxanın olduğu yerdə indi sadəcə boşluq vardı. Bu adam hara yoxa çıxdı axı?
**************************************
Az öncə ölkənin ən sensasion xəbərini yayımlamış olan televiziya binasında isə qalmaqallı abu- hava hökm sürürdü. Orxan Rəsulovun həyat yoldaşı sözün həqiqi mənasında içəri hücum etmiş və qışqırmağa başlamışdı.
- Siz guya jurnalistsiniz hə? Siz düzgün xəbərləri yaymırsınız. Gözünüz ancaq pulu görür. Reytinq uğrunda bir insanın, bir ailənin həyatını qaraltdığını bilirsiniz? Sizin başınıza oyun açacam mən.
Ümumiyyətlə qorxmaz olan Anar Baxışov isə bu hədə - qorxu qarşısında öz təmkinini saxlamışdı.
- Mən heç bir hüququ pozmamışam. Azad jurnalistika imkanlarımdan istifadə etmişəm.
- Azad jurnalistika?
- Eynən. Dəqiq, obyektiv və qərəzsiz.
- Obyektiv və qərəzsiz hə? - Ləman qışqırırdı - deməli obyektiv və qərəzsiz? Siz Orxanın keçmişini araşdırmısınız? O necə bir alim olub bilirsiniz? O neçə insanın həyatını xilas edib bilirsiniz?
- Ləman xanım - deyə Namiq həkim sözə başladı - baş verənlər Orxanın günahı deyil. Hər nə olduysa oldu və Orxan bu gücləri qazandı. Hər kəsin xoşbəxtliyi üçün Orxana daima nəzarət olunmalı və gücləri kontrol altında tutulmalıdır.
- Nə siz onu həbs etmək istəyirsiniz?
- Orxan komada olduğu dönəmdə heç bir şey olmadı. Çünki şüuru qapalı idi. Mən bir həkim kimi düşünürəm. Orxanın şüuru daim qapalı tutulmalıdır.
- Ona nə ediləcəyini təyin etmək mənim işim deyil - Anar Bayramov dedi - amma belə görünür ki, o ya öldürülməli ya da koma vəziyyətinə salınmalıdır.
Bu məqamda Ləman atılıb aparıcının yaxasından yapışdı.
- Sən nə danışırsan? Birini öldürmək bu qədər asandır?
Anar Bayramov əli ilə onlara yaxınlaşan mühafizəçiləri saxladı.
- Birini öldürmək heç vaxt asan olmadı. Mən müharibədə olarkən çox düşmən öldürmüşəm. Bunu digər məsum insanların yaşaması üçün etdim. Başa düşürdüm ki, öldürdüyüm əsgərlərdə günah yoxdur. Onlar komandirlərinin əmrini yerinə yetirirlər. Lakin onların ölümü çox saylı məsum insanları xilas edirdi. Eyni ilə Orxanın ölümü kimi.
- Ləman xanım - deyə Namiq həkim onlara yaxınlaşsa da bu hərəkətinə peşman oldu. Çünki Ləman çevrildi və bütün nifrəti ilə onun üzünə tüpürdü.
- Kəs səsini xain - Ləman sərt səs tonu ilə dedi.
Namiq həkim üzünü silib qışqırmağa başladı.
- Mən bir həkiməm. İnsanların həyatını qurtaran insanam mən. Bu haqda içəridəki hər kəsdən daha çox məlumatlıyam. Mənim edə bildiyim şeyləri etməsən ətrafda baş verən pis şeylər sənin günahın olur. Xəstəliklər və ölümlər. Ona görə də cəmiyyəti Orxan adlı o bəladan, o bədheybətin təhlükəsindən xəbərdar etmək mənim vəzifə borcum idi.
- Deməli insanları xilas edirsən hə? - Ləman aparıcının yaxasını buraxıb ona çevrildi. - Orxan insan deyilmi bəs?
- Deyil. Artıq deyil - həkim cavab verdi.Üç saat sonra şəxsi təyyarə Vyana hava limanına endi. Bu təyyarə içinə maksimum üç nəfər sığacaq qədər balaca təyyarə olsa da sərnişinlərinin komfortunu tam şəkildə təmin edəcək şəraitə sahib idi. LLP - nin şəxsi təyyarəsinin sərnişini gizli tutulmuşdu. Çünki onun kimliyi bəlli olsaydı ölkədən çıxışına əngəl törədə bilərdilər. Nadir təyyarədən düşüb onu gözləyən limuzinə mindi. Üç saat əvvəl o LLP - nin prezidenti ilə təcili görüşmək istədiyini bildirmişdi. Buna görə bu şəkildə operativcəsinə Avstriyaya gətirilmişdi. Nadir limuzinlə keçdiyi küçələrə baxarkən yüz il əvvəl burda keçən gəncliyini xatırlayırdı. Bu küçələrdə o dünyanı dəyişən insanlardan olan Sigmund Freudla görüşmüşdü. İlahi Vyana necə də dəyişilib? LLP - nin binasının qarşısında sürücü qapını açdı və Nadir avtomobildən endi. Görüşmək istədiyi şəxsin kabinetinə girdi.
- Salam Mr. Hoffman. Sizinlə təcili görüşmək istədim çünki başımız böyük dərddə.
- Problem nədir? - kostyumlu və əsa ilə gəzən Mr.Hoffman soruşdu.
- Orxan sadəcə bağlantı qurduğu beyinlərə girmir. Düşünürəm ki, hadisələrin gedişatında beyni elə inkişaf edib ki, artıq hər kəsin beyninə girə bilir.
- Josef...
- Nadir. Mənim adım Nadirdir. Azərbaycanlı Nadir.
- Tamam, Nadir özün bilirsən ki, dediyin kimi bir şey mümkün deyil.
- Elmin yaratdığı ən möhtəşəm şey mənəm desəm yəqin ki, çox şişirtmiş olmaram - Nadir dedi - insanlar raketlərlə kosmosa qalxır və robotlar hazırlayırlar. Amma bunların heç biri ölümə qalib gələn bir insanın möhtəşəmliyi ilə müqayisə edilə bilməz. Mənim kimi bir insan dünyada varmı? Yüz ildən çoxdur ki, gəncəm. Məni görməmiş belə bir şeyin mümkünlüyünə inanardınız?
- Bilmirəm, bəlkə də yox.
- İndi mən nə dediyimi bilirəm. Orxan elə şeylərə işarə vurdu ki, bunu mən heç kimə danışmamışam. Əminəm ki, Orxan mənim zehnimin içində eşələnib.
- Bunu Orxan necə edə bilər?
- Bunu Orxan etmir. Məsələ ondadır ki, o heç özü də nə dediyini bilmirdi. İnformasiya axını öz - özünə başqa beyinlərdən onun beyninə keçir. Orxanı ancaq sizin sahib olduğunuz imkanlarla yaxalamaq olar. Daha sonra isə onu dondurmaq lazımdır. Onun fiziologiyası həm də elmi araşdırmalar etmək üçün idealdır.
- Nadir, sən nə danışdığının fərqindəsən?
- Siz necə bir bəla ilə qarşı - qarşıya olduğunuzun fərqindəsiniz? Sizə deyirəm ki, Orxanın qarşısını almaq lazımdır, yoxsa...
- Yoxsa?
- O Tanrı olacaq.
- Nə?
- Hər şeyi görən və bilən. Tanrı kimi.
- Nadir cənnətdəki atamız səni hidayət etsin. Etdiyin açıq - aşkar şirkdir.
- Cənnətdəki atamızı görməmişəm. Amma Orxanı görmüşəm. Məsih eşqinə onu durdurun. O insan deyil artıq.
YOU ARE READING
Bağlantı
Science FictionBeyinin dərinliklərinə səyahət etdiyinizi düşünün. Orda tapacağınız hər şey hamımıza aiddir. Bu bizim hekayəmizdi. Hər birimizin.