Xatırlayırsanmı? Mən kapüşona sığınıb Leyla ilə sonuncu dəfə həm də uzaqdan vidalaşırdım. Gözlərimlə " özünə yaxşı bax " deyirdim. Leyla mənə bu qədər yaxınkən əslində bir o qədər də uzaq idi. Sonra oğlumu görmək ümidi ilə baxışlarımı başqa səmtlərə yönəltdim. Oğlumu görə bilməsəm də Nadiri gördüm. Bir küncdə oğrun - oğrun dayanmışdı. On beş illik elmi fəaliyyətimin mənə qatdığı bir şey varsa da o da hər şeydən şübhələnməkdi. Hər ehtimalı nəzərə almaq və " ola bilməz " sözünü lüğətindən çıxarmaqdı. Çünki elm aləmində hər an hər şey ola bilər. Yadıma 1920- ci ildə New York Times qəzetinin raketlərin yaradıcısı Goddard haqqında yazdıqları düşdü. Bu qəzetdə yazılırdı ki, raketlərin vakuumda hərəkət edə bilmələri üçün onlara hər hansı bir maddənin təsir etməsi lazımdır. Bu da o deməkdir ki, raketlərin atmosferi tərk edəcəklərini söyləyən Goddard fizikanı məktəb səviyyəsində belə bilmir. Bir raket heç vaxt atmosferdən çıxa bilməyəcəkdir. Sonradan 1969 - cu ildə insanoğlu ilk dəfə aya ayaq basanda New York Times qəzeti bu məqalə üçün üzr istəmişdi.
Mən də Nadirdən şübhələnərkən həm ona baxmağa həm də baxdığımı hiss etdirməməyə çalışdım. Nadir çevrildi və telefonunu çıxardı. Vaxt itirmədən pəncələrimin üstündə ona tərəf qaçdım. Arxadan mən ona yaxınlaşdıqda planımı gözdən keçirməyə səbəb olacaq cümlələri eşitdim.
- Tariyel müəllimə xəbər uçurun. Hər şeyi həll etmişəm. Orxan dediklərimə inandı. Bu gecə bitmədən polis şöbəsinə gəlib bütün günahı üzərinə götürəcək.Nadir bunu dedikdən sonra gözlərimin qarşısında yox oldu. Mən hələdə nə edəcəyimə qərar verə bilmirdim. Amma vaxt itirmək olmazdı. Küçə telefonlarından birinə doğru qaçıb dəstəyi qaldırdım. Nömrəni həyəcandan səhv yığma ehtimalım belə ola bilərdi, lakin mən xəttin o biri tərəfində Ləmanın səsini eşitdim.
- Alo.
- Ləman mənəm.
- Or...
- Sakit. Adımı çəkmə. Səninlə görüşməliyəm.
- Hardasan?
- Adımızı yazdığımız yerdə.Bu illər əvvəl olmuşdu. Yeni evlənməyimizə baxmayaraq özümüzü şıltaq sevgililər kimi aparmağa davam edirdik. O dönəmdə mənim həyatıma xoşbəxtlik qatan bəlkə də yeganə varlıq Ləman idi. O gün biz parkdan gəlirdik və mən olan qalan pulumu belə xərcləmişdim. O zamanlar avtomobilim olmadığından sadəcə metro pulumu saxlamışdım. Bunun stressini ayaqlarımda hiss etsəm də çox da önəm vermirdim. Nə də olmasa Ləman üçün hər şeyimi verə bilərdim. Gələrkən küçənin başında dayandım. Yerdən iti uclu daş götürüb Ləmana sarı çevrildim.
- Sevgimizi əbədiləşdirilmək üçün - dedim.
Və ağaca böyük bir əziyyət və səliqəsizliklə adlarımızı yazdım. Düzdür, sonradan bunu məni tanıyanların görəcəyi təqdirdə yaxşı düşünməyəcəklərini bilirdim. Amma heç vaxt o yazını ordan pozmağa ürəyim əl vermədi.Ləman gələn kimi ilk sualı bu oldu :
- Sən hara yox olmuşdun?
- Ləman nələr baş verdiyini öyrənmək istəyirəm.
- Uzun müddət idi ki, komada idin. Ayılar - ayılmaz hara qaçmısan?
- Mən xatırlamıram heç nəyi. Mənə nə olub?
Ləman mənə bütün hekayəni danışdıqca gözlərim bərəlirdi. Bunlar həqiqətən olmuşdu mu? Niyə xatırlamıram.
- Hələ üstəlik Nadir bu gün sən yatan xəstəxananın müdürünü şantaj edib. Yazıq kişi necə qorxmuşdu?
- Nə deyib ki?
- Sənin üstündə nəsə əməliyyat etdirmək istəyib. Həkim razılaşmayıb və Nadir də başqa cür görüşəcəklərini deyib gedib.İndi mənə təkcə Ləmanın danışdıqları yox, başqa şeylər də aydın olmuşdu.
- Xəstəxanada polislər var? - mən həyəcanla soruşdum.
- Var. Necə ki?
- Nadir hal - hazırda xəstəxanadadır. Namiq həkimi öldürməyə gedib. Onlara xəbər vermək lazımdır.Ləman evin önündəki polislərə doğru tələsərkən, məndə ayaqlarıma güc verdim. Bacardığım ən yüksək sürətlə qaçır və beynimdəki ağrıya məhəl qoymamağa çalışırdım. Qaçırdığınız şeylər bunlar idi. Sonrasını təxmin edə bilirsiniz. Mən aidiyyəti orqanları xəbərdar etdim və növbəti günlərdə Nadirin beynindəki implantı əməliyyatla götürdülər. Həmçinin mən sağ qalan digər tələbələrlə görüşdüm. Onlar iki nəfər idilər. Biri idmançı, digəri isə riyaziyyatçı idi. Riyaziyyatçı qız fakültənin ən öndə gələn tələbəsi idi, lakin bizim onun başına açdığımız bu bəla üzündən universitetdən və dərslərdən geri qalmışdı. Mən onlara dərslərində kömək etmək istəsəm də təəssüf ki, idmanda və riyaziyyatda zəif idim. Nadirə gəlincə o dörd gün sonra oyandı və işıqlanma qabiliyyətinin olmadığını kəşf etdi.
- Axı kim? - deyə sual etdi və o anda qapının ağzında dayanan məni gördü. Mən onun üzünə bütün nifrətimlə baxdığım an birdən Nadirin üzündə əzabkeş ifadə yarandı.
- Nə oldu? - Polislər narahat oldu.
- Siz nə etmisiniz? Mən öləcəm.
- Nə?
- Dizlərim. Dizlərimdə cihazlar olmalı idi.
- Onları incələyirik.
- Ölürəm - Nadirin üzündəki ifadə həqiqətən də onun ağrıdan gəbərdiyini bildirirdi.
- Nə? Onlar nədir ki? - deyən polislərdən biri əlini cibinə saldı.
- Onlar məndəki revmatizməni dindirə bilən yeganə şeylərdi.
- Mən indi rəisimlə danışaram. Əgər icazə versə sizə kömək edəcəm.
- Onlar sizdədir?
- Bəli. Onların nəsə qəribə aksesuarlar olduğunu düşünürdük.
YOU ARE READING
Bağlantı
Science FictionBeyinin dərinliklərinə səyahət etdiyinizi düşünün. Orda tapacağınız hər şey hamımıza aiddir. Bu bizim hekayəmizdi. Hər birimizin.