Dünyada ən çox inkişaf etmiş bir beyinə sahibəm. Başqalarının illərlə çalışıb edə bilmədiyi şeyləri mən bir gündə edirəm. Zehnimi və bədənimi kontrol edə bilirəm. Beynindən mənim qədər istifadə edə bilən insan böyük ehtimalla yoxdur. Gerçək dünyada mən ən güclü insanam.
Amma hər şey böyük bir yalandan ibarətdir. Təkcə elm dünyası yox, bütün sektorlar böyük güclər tərəfindən idarə edilir. LLP kimi, Böyük Kölgələr Təşkilatı kimi. Bu insanlar yuxarıda - hər şeyin başında duran, dünya əhalisinin 1 faizinin içindəki 1 faizi tutan insanlar. Dünyada olan bütün pulun 80 faizi bu 1 faiz insanın əlindədir. Onlar həmişə qazanacaqlarını düşünürlər. Amma artıq qarşılarında mən varam. Əgər oğluma bir şey olsa onların hamısını bir- bir oturduqları taxtdan endirəcəm. Hamısını, bir - bir.Ləman qarşıma keçəndə mən hələdə yerdə oturub ağlayırdım.
- Orxan, yoxdur. Nicat hardadır?
Mən gözlərimi qaldırıb ona baxdım.
- Orxan nə olub? Niyə ağlayırsan?
- Ləman...
- Orxan, Nicata nəsə olub?
- Hələ yox.
- Necə yəni hələ yox? - Ləman panika ilə qışqırdı - demişdin bura gələcək.
- Gəlməyəcək. Ləman biz getməliyik.
- Nə? Niyə?
- Elnarə ilə qaçanda mən bir dəfə təslim olmaq istədim. Elnarə onda mənə yaxşılaşdırılması bir söz dedi. Dedi ki, əlindən gələn hər şeyi etdikdən sonra taleyə arxalanmaq lazımdır.
- Sən xatırlayırsan?
- Artıq hə. İndi isə vaxt itirməyək.*************************************
LLP - nin Azərbaycan filialının binası 2001- ci ildə əsl məqsədi gizli tutularaq tikilmişdi. Bütün bu illər ərzində hər kəs bu möhtəşəm binanı hansısa xarici sahibkarın nə işlə məşğul olduğu bilinməyən şirkəti olduğunu düşünürdü. Onsuz da adi camaat üçün bu binanın nə kimi əhəmiyyəti olduğunun önəmi yox idi. Onlar yeni çəkilən filmlərində Bakının üstdən görünüşünü götürərkən bu binanın kadra verdiyi gözəllikdən istifadə edir, yeni il günlərində binada işıqlardan yaradılan illüstrasiyadan zövq alırdılar. Qara camaata bundan artığı onsuz da lazım deyildi. İki il əvvəl Formula 1 yarışları zamanı bütün yollar bağlanmış və bundan istifadə edən LLP - ə üzv olan neyroelm insanları məhz Azərbaycanda, bu binada toplantılarını keçirmişdilər. Yolların bağlanması onları təsadüfi narahat edə biləcək hər şeydən qoruyurdu. İndi yenə də Mr. Hoffman ənənəvi smokinində əsasına söykənmiş halda fikirləşirdi. Tariyel müəllim və Nadir onun nə deyəcəyini və nə fikirləşdiyini təxmin etməyə çalışırdılar. Amma soruşmağa da cəsarət edə bilmirdilər. Çünki hər kəs bilirdi ki, LLP - nin prezidenti bu zəhmli ifadəni alıb düşünməyə başlayanda narahat edilməyi xoşlamır. Nəhayət o dilləndi :
- Az öncə burda nələrin olduğunu dərk edirsiniz?
- Bəli, Mr. Hoffman - birinci Nadir dilləndi.
- Orxanı yenə əlimizdən qaçırdıq - Tariyel müəllim də öz növbəsində əlavə etdi.
- Məsələ bizə lazım olan adamı əldən qaçırmağımızdan daha qəlizdi. Bu binanı dünyanın ən peşəkar idmançıları mühafizə edir. Bu mühafizəçilərin sadəcə iyirmi nəfəri adi əsgərlərdən ibarət bütöv bir orduya bərabərdir. Amma Orxan onları adi bir qum torbası kimi yumruqlayıb aradan çıxdı.
- Beyni çox inkişaf edib - Tariyel müəllimin bu sözü Nadirin qəribə baxmasına səbəb oldu.
- Bunu artıq bilirəm. Adi insanlardan daha çox zehnini və bədənini kontrol edə bilir. Amma bu necə olur? Bunu bilirsiniz?
- Orxanı müayinə edən həkim onun mutasiya keçirdiyini deyirdi.
- Tam olaraq onun mutasiyası nədir? Bunu bilirsiniz? Hansı gendə hansı amin turşu, hansı nukleotid dəyişikliyə uğrayıb ki, o beynini bu dərəcədə mükəmməl kontrol edə bilir. Mənə uşaq nağılları ilə gəlməyin. Ciddi və əsası olan elmi dəlillərlə gəlin. Bu sizin üçün spider man ya da X men filmləri deyil. Real həyatda hörümçək dişləməklə insan mutasiya keçirmir. Nə də doğulanda porsuq pəncələri ilə doğulmur.
- Tam olaraq siz nəyi öyrənmək istəyirsiniz? - Professor soruşdu.
- Onun mutasiyaya uğrama səbəbi nədir və onu necə durdurmaq olar? İllaki, genlərində baş verən bu dəyişikliyi tormozlamaq mümkündür.
- Bu sualların cavabını LLP də biləcək adam yoxdur? - Nadir istehza ilə soruşdu.
- Sən də LLP üçün çalışırsan Josef - Hoffman eyni istehza ilə cavab verdi.
- Josef? - Tariyel müəllim təəccüblə soruşdu.
- Nəysə, çıxın və dediyimi edin. Cənnətdəmizdəki atamız özü köməyiniz olsun.
ESTÁS LEYENDO
Bağlantı
Ciencia FicciónBeyinin dərinliklərinə səyahət etdiyinizi düşünün. Orda tapacağınız hər şey hamımıza aiddir. Bu bizim hekayəmizdi. Hər birimizin.