Bu bölümdə adları çəkilən qurumlar və elmi kəşflər nə qədər fantastik görünsə də real həyatda var və günümüzdə də fəaliyyət göstərirlər. Bəzi səbəblərdən dolayı onların adlarını olduğu kimi təqdim etməmişəm.
Biz əvvəlcə internet klubların birində mənim e - mailimə girib Nadirin ünvanını tapdıq. Onun evi şəhərdən xeyli uzaq yerləşirdi və ora çatanda həm hava qaralmağa başlamışdı, həm də mənim ağrılarım artırdı. Çünki dünən qəbul etdiyim ağrıkəsicilərin təsiri getdikcə azalırdı. Taksi Nadirin evinin qarşısında saxlayanda mən sakit durması üçün Elnarəyə göz ağardıb sürücüyə dedim :
- Əmi, burda gözləyin. İndi evdən pul götürüb gəlirəm.
- Yaxşı, oğul - o dedi.
Biz Nadirin evinə yaxınlaşıb əvvəlcə pəncərələrdən içəri boylandıq. Evdə ölü sükut və hərəkətsizlik hökm sürürdü. Elnarə taksi sürücüsünün görməməsi üçün evin arxasına keçib bir neçə zərbə ilə pəncərəni qırdı. Qapı Elnarə tərəfindən içəridən açılandan sonra mən də evə girdim.
- Birinci iş pul tapıb bu kişini yola salmaqdır - mən dedim.
- Bizim mədəniyyət simvolu oğurluq etmək istəyir?- Elnarə ironiya ilə dedi.
- Bu adam mənim həyatımı məhv edib Elnarə - mən sərt şəkildə dedim.
Biz vaxt itirmədən siyirmələri açıb pul axtarmağa başladıq.
- Narahat olmayın, pulunuzu ödədim - arxadan tanış səs gəldi.
Biz çevrildik və qarşımızda kifayət qədər sağlam görünən Nadiri gördük. Elnarə əlini tez silahına aparsa da Nadir cəld tərpənib yanındakı stolu Elnarəyə tərəf tulladı. Sonra qaçaraq Elnarənin üstünə hücum çəkdi. Elnarə burulan əlin ağrısı ilə tapançanı yerə buraxdı və eyni zamanda mənim üzümdən dəyən yumruq məni yerə sərdi. Nadir hər ikimizdən də cəld tərpənib silahı yerdən götürdü.
- Oturun sakit adam kimi - əmr etdi və bizdə çarəsizcə onun dediyinə əməl etdik.
Nadir özü də qarşımızda oturub danışmağa başladı.
- Orxan həqiqət anı gəlib çatıb. Sənə daha əvvəl də planımı danışmışdım. Amma sən bizə kömək etməkdən boyun qaçırdın.
- Etməyəcəm də. Mən belə bir qeyri-insani planın içində olmayacam - hələ də səhər reanimasiyada yatan bir xəstənin belə sağlam olmağına məna verə bilmirdim.
- Qeyri- insani hə? Sən anlamırsan ki, bu insanlığın xeyrinədir. Amma artıq mən sənə hər şeyi başa salacam.
- Nəyi başa salacan hə? - Mən qışqırdım.
Nadir ayağa qalxıb siyirtmədən fotoalbom çıxardıb mənə tulladı.
- Bax buna.
- İndi sənin uşaqlıq şəkillərinə baxacağıq? - Elnarə ironiya ilə dedi.
- Eynən. Vərəqləyin albomumu.
Mən albomu vərəqlədikcə ağ- qara şəkillərdə Nadirin gülümsəyən simasını görürdüm. Albomda gördüyüm bir şəkil mənim xüsusilə diqqətimi cəlb etdi. Şəkildə Sigmund Freud tələbələri ilə birlikdə idi. Freud ayağını ayağının üstünə aşırıb oturmuşdu və tələbələri başının üstündə dayanmışdı. Mən məşhur psixoanalitik Carl Yungu və onun yanında dayanan Nadiri gördüm.
- Heh, özünü belə fotoşoplarla önəmli adam hesab edirsən? - Mən dedim.
- Fotoşop?- deyən Nadiri komputerini açdı və internetə girdi. - Eyni şəkildə internetdə axtar.
Mən belə bir şeyin həqiqət olduğunu düşünməyimin axmaqlıq olduğunu bilsəm də əlim klaviaturada "Freud and his students" sözünü yazdı. Və axtardığım şəkil qarşımda idi artıq. Şəkildə Carl Yungun yanında dayanan Nadir gülümsəyirdi. Mən şəkili hansı saytın yayımladığına baxdım. Anlayanda ki, bu sayt bir alman saytıdır, başa düşdüm ki, bu şəkil Nadir tərəfindən yayımlana bilməz.
- Hə, bu adam sənə çox oxşayır - dedim.
- Mənə oxşayır? - Nadir güldü - o mənəm Orxan.
- Ağlına gələni danışma. - Mən komputeri geri itələdim - məzələnməyə adam tapmısan?!
Nadir mənim gözlərimin içinə baxıb təkrar etdi :
- O adam mənəm Orxan.
- Yəni zamanda səyahət etdiyini iddia edirsən? - Elnarənin bu sualı məndə belə bir hiss oyandırdı ki, o Nadirə inanır.
- Yox. Sadəcə 1877- ci ildən bəridir ki, yaşayıram.
- Nə? - Mən gülməyimi saxlaya bilmədim.
- Orxan, Long Life for People proqramı haqqında eşitmisən?
Mən Avstriyada yaradılmış bu təşkilat haqqında eşitmişdim. Bu təşkilatda çalışan insanlar ölümsüzlüyün sirrini tapmaq ümidi ilə gecə - gündüz çalışırlar. Bir gün ölümün çarəsi tapılarsa dirilmək istəyən insanlar bu təşkilata külli miqdarda pul ödəyib öldükdən sonra cəsədlərinin buzlaşdırılması üçün müqavilə imzalayırlar. Dondurulma prosesində toxumaların ziyan görməməsi üçün daimi diqqət və məsuliyyətlilik lazımdır. Bunun üçün ilk günlərdə cəsədin temperaturunu -160 dərəcəyə endirirlər. Bədən kifayət qədər soyuyandan sonra temperatur -192 dərəcə olur. Soyuq mühitə bədən adaptasiya olandan sonra temperatur - 210 dərəcə olur və bütün vücud buz örtüyü ilə bağlanmış şəkil alır. Hal-hazırda da 200-ə yaxın insan LLP təşkilatının kabinələrində bulaşmış şəkildə uzanmaqdadır. Əgər alimlər ölmüş beyini yenidən həyata qaytaracaq bir vasitə tapsalar onlar yenidən həyata qayıdacaqlar. Bu çox kiçik ümid olsa da insanlar LLP də donmaq üçün külli miqdarda pul ödəyirlər. Alimlər isə yaxın 80 ildə çarənin tapılacağını bildirirlər. Bütün bunlar fantastik filmlərin ssenarisinə uyğun gəlsə də əslində bu həqiqətdi.
- Təbii ki, eşitmişəm - mən dedim.
- Təxminən 1905 - ci il olardı. Siqaret çəkməkdən ağciyər xərçəngi bəlasına mübtəla olmuşdum. Mənim üçün ümid görünmürdü. Dostlarımdan biri mənə LLP haqqında danışdı. Mən də bu təşkilatın ofisinə gedib ölmədən buzlaşmağı qəbul elədiyimi soruşdum. Təbii ki, əvvəl razılaşmırdılar. Amma kifayət qədər pul versən hər istədiyini edə bilərsən. Mən uzun illər bulaşmış şəkildə qalırdım. Bütün toxumalarım bu şəraitdə passivləşdiyindən nəinki xəstəliyim inkişaf etmədi, hətta sağaldım da. 2010- cu ildə ayıldığımda həkimlər məni xəstəliyimi tam müalicə edə bilmişdilər. İlk vaxtlar bu dünya mənə yad gəlirdi. Fərqli ölkələr, bu televizorlar, telefonlar və s. Amma yavaş-yavaş kitablar oxuyaraq mən yuxuda olarkən nələr olub, hamısını öyrəndim. Sonra qərara gəldim ki, mən ölümü məğlub edə bildimsə deməli bu mümkündür. Və indi üstündə çalışdığım ideya da beləcə doğdu. Bu işdə tək deyiləm. LLP - nin alimləri ilə birgə işləyirik.
- Bu nə nağıldır, sən danışırsan hə? Avstriyalı alimsən, yüz il yatmısan, ölümə qalib gəlmisənmiş falan filan - mən qışqırdım - ayılandan sonra da seçə- seçə bu ölkədəmi yaşamağa qərar verdin?!
- Təbii ki, Azərbaycana gəlməyimin də bir ayrı hekayəsi var. Amma danışdığım hər şey həqiqət.
- Şərəfsiz - mən ayağa qalxdım - uşaq başı aldadırsan sən?
- Yerinə otur Orxan - Nadir soyuqqanlılıqla dedi - yoxsa qarnını güllə ilə dolduracam.
- Nadir...
- Orxan - Elnarə mənim qolumdan tutub aşağı dartdı - otur.
Mən oturandan sonra Nadir danışmağına davam etdi.
- Sənə bir sual verim Orxan. Tutaq ki, danışdıqlarım külliyən yalandır.
- Yalan deyil ee sayıqlamadı sayıqlama.
- Orxan səsinin tonunu aşağı sal və düşün. Bu səhər beş güllə yarası almış və reanimasiyaya yatırılmış bir xəstə indi necə bu qədər sağlam ola bilir?
- Nə bilim ee mən - mənim artıq səbrim daşırdı - nə bilim bu nə fırıldaqdır.
- Həmişə mənim yaşıma görə çox savadlı olduğumu deyirdin. İndi bütün bu bilikləri necə və hansı müddətə yığdığımı bilirsən.
- Sən doğurdan keçmişdən gəlmisən? - Elnarənin bu sualı məni özümdən çıxardı
- Sən ağlını itirmisən Elnarə? Belə bir şey ola bilməz.
- Orxan - Nadir mənim səsimi batırmaq üçün qışqırdı. O zaman fikirləş ki, sizin burda olacağınızı hardan bildim?
- İndi deyəcən gələcəyi görmə qabiliyyətin də var?
- Sənə amerikalı neyropsixoloqların VEST jileti kəşf etdiklərini demişdim. İctimaiyyətdən gizlədilsə də onlar VESTdən daha yaxşısını kəşf etdilər. İOS yəni İntermediary of Other Senses. Düşün VEST nələrə qadir idi, ondan daha yaxşı olan İOS nələrə qadirdir.Bunu təsəvvür etmək belə insanı bir anlıq havalandıra bilərdi. İşin sirri beynimizin çox maraqlı bir xüsusiyyətində yatır. Beynimiz daim ətraf aləm haqqında informasiyaları alır, amma bu informasiyanı hansı yolda əldə etmək heç beyinin vecinə də deyil. Eşitmə qüsurlu insanlar üçün David Eagleman və Scott Novich VEST yəni Variable Extra Sensory Transducer adını verdikləri köynək hazırladılar. Bu köynəyin özəlliyi səs dalğalarını tutaraq elektrik impulsuna çevirib beyinə göndərməkdir. Bunun sayəsində insanlar qulaqlarında problem olmasına baxmayaraq səsləri eşidirlər. Çünki beyin üçün fərqi yoxdur bu impulsları qulaq vasitəsilə alır yoxsa bu köynək vasitəsilə.
- Tam olaraq İOS un işlənmə mexanizmi necədir? - Özümü saxlaya bilməyib alimsayağı marağımla soruşdum.
- Beyinə bəzi implantlar yerləşdirirlər. Eyni zamanda dəri altına yerləşdirilən elektrodlar bu implantlardan impulsları qəbul edir. Sən də bilirsən ki, Orxan, biz ətraf aləm haqqında bilikləri sadəcə 5 duyğu orqanımız vasitəsilə alırıq. Amma ətrafda bir çox şeylər var ki, sırf onları qəbul edən orqanımız olmadığı üçün onun haqqında informasiya almırıq. İOS bizdə yeni duyğu orqanı yaradır. İOS fiziksəl bədəndən əlavə istifadəçilərində daxili bədəni də yaradır. Bunu bədənin ikiləşməsi kimi başa düş. Beyinə yeni bacarıqlar əlavə olduğundan o bədəni bir kopyasını da yarada bilir. Beləcə biz burda oturub söhbət edərkən mən həm də reanimasiyada yatıram. Beyin yaşadıqca da bu mümkün olacaq.
- İndi demək istəyirsən səndən iki dənə var?
- Bax stolda oturarkən əlini uzadıb masanın üstündən kompüteri götürə bilərsən. Bu zaman sən həm masanın üstündə olacan həm də stolda. İOS u da belə düşünmək lazımdır. İOS sadəcə bütün bədənimizlə bir yerə uzanmağımızı təmin edir. Yəni sənin indi gördüyün mən reanimasiyada yatan bədənimin uzantısıdır.
- Bu absurddur, cəfəngiyyatdır - mən qışqırdım.
- Əsla, deyil. İOS sayəsində sizin yerinizi bildim. Çünki İOS bizə əlavə duyğular qazandıraraq adi insanların ala bilmədiyi informasiyaları bizə çatdırır. İOS sayəsində mən bu dəqiqə Amerikada havanın necə olduğunu hiss edirəm. Bunu heç kim bilmir bu arada. Hüseyn belə. Sən də heç kimə deməsən yaxşı olar. İndi bütün hekayəni bilirsən Orxan. Biz pis işlərlə məşğul olmuruq. İnsanlığa xidmət edirik. Sən də bu planın bir parçası ol.
- Yəni hər şeyi öz boynuma götürərək polisə təslim olum eləmi?
- Ən yaxşı yol budur. Sən həbsdə olarkən ara sakitləşəcək və bizdə başladığımız işi sona çatdıra biləcəyik. Təbii ki, reanimasiyada məni sağaltmağı bacarsalar çox daha yaxşı olacaq.
- Şahin məni içəridə öldürməsə birdə. Birdə oğlum bağlantının təsiri ilə intihar etməsə təbii ki.
- Ailənin və sənin təhlükəsizliyi üçün əlimizdən gələni edəcəyik.
- Bəs əlinizdən gələnlər kifayət etməsə?
- Sizi yenidən həyata qaytara bilərik.
- Nadir ağlına gələni danışma. Bu işdə mən yoxam. Və günahsızlığımı sübut etmək üçün də əlimdən gələni edəcəm.Nadir təəssüf dolu gözlərlə mənə baxıb geri çəkildi. Bir anlıq onun olduğu yerdə qığılcım yarandı. Nadir yoxa çıxdı və əlində tutduğu tapança yerə düşdü.
- Nə oldu? Hara yox oldu o? - Elnarə dəhşətlə dedi.
- Beyininə çəkildi. Böyük ehtimalla uzantısını palatasına çəkdi.
- Eyni ilə bir şeyə tərəf uzanmış əlimizi çəkməyimiz kimi?
- Eynən - mən cavab verdim gördüklərim qarşısında şoka düşərək. Elmin fantastikanı bu dərəcədə geridə qoyduğunu təsəvvür etmək çətin idi.
* * * * * * * * * * * * * * * * * * * *
Tariyel müəllim hava qaraldıqca narahat olur və evin ətrafını mühafizəçilər və polislərlə qoruyurdu. Şahin hər an hardansa çıxa bilərdi. Bunun üçün professor bir an ailəsinin yanından ayrılmırdı. Birdən onun telefonuna gizli nömrədən zəng gəldi.
- Ə Tariyel - telefonda Şahinin səsi eşidildi. - Bəlkə bu gecə sənin ailənə heç nə olmayacaq. Amma bə Orxanın ailəsi. O əlimdədir. Orxanı mənə ver, Ləmanı al.
ESTÁS LEYENDO
Bağlantı
Ciencia FicciónBeyinin dərinliklərinə səyahət etdiyinizi düşünün. Orda tapacağınız hər şey hamımıza aiddir. Bu bizim hekayəmizdi. Hər birimizin.