Altıncı əlaqə

159 21 135
                                    

Multimediada İlya Repinin " Gözlənilməz qonaq " rəsmi var. Əziz oxucu, o rəsmə baxın və əsərdə Nadirin rəsm haqqında olan suallarına cavab verməyə çalışın.

Bağlantının digər bölümlərinin qısa özəti

Neyropsixoloji Araşdırmalar Mərkəzinin araşdırmaçı doktoru Orxan Rəsulov gənclər üzərində apardığı eksperimentdən sonra bu gənclər intihar edirlər. Orxan gənclərin intiharlarında təqsirkar bilindiyi üçün polislər onun haqqında həbs qərarı çıxardırlar. Çünki eksperiment zamanı gənclərin beyninə o girmişdi. Orxan bir tərəfdən polislərdən qaçarkən, digər tərəfdən də gənclərdən birinin atası olan Şahin adlı quldurdan qaçır. Bu işdə ona şirkətin mühafizə rəisi Elnarə də kömək edir. Orxan bu zaman hər şeyin şirkətin laborator alimi Nadir tərəfindən planlaşdırıldığını görür. Nadirin məqsədi gənclərin ölümünü təşkil edib, beyinlərini oğurlamaq, onların hüceyrələrindən götürmüş olduğu nümunə əsasında bədənlərinin surətini yaratmaq daha sonra bu beyinləri onlara yerləşdirmək idi. Bununla ölüm üzərində qələbə çaldığına görə Nobel mükafatını almaq istəyir. Nadirin oğurladığı gənc beyinlər laboratoriyada ion elektrikləşməsi hesabına həyatda qaldığından daxillərində başqa bir xəyali dünya yaranır. Orxan isə Nadirin planını pozmaq üçün həmin xəyali dünyaya girir.

---------------------------------------------------------
İndi

Nadir gözlərini açanda səhər açılmışdı. Pəncərədən işıq süzülür və ətrafdakı evlər yavaş-yavaş yuxudan ayılırdılar. Gecəliklə Şəfiqə xanım və Hüseyn Nadirə yuxu dərmanı verib gülləni çıxarmışdılar. Yarasını təmizləyib başının üstündə növbə tutmuşdular.
- Nadir necəsən? - Hüseyn soruşdu.
- Onlar qaçdılar hə?
- Hə - Şəfiqə xanım dedi.
- Amma narahat olma - Hüseyn dedi - necəsə yenidən tapacağıq.
- Ümid edirəm. Saat neçədir? 
- 10:30.
- Hay zibil. Məni niyə oyatmadınız?
- Sən yaralısan. Bu gün işə getmə.
- Axmaq - Nadir Hüseynə dedi - bəs beyinlərlə olan işi kim görsün.
- Nə iş? - Şəfiqə xanım soruşdu.
- Beyinlər ion elektrikləşməsi ilə həyatda tutulurlar. Həyatda olan beyin öz funksiyalarını yerinə yetirir deməkdir. Bu da daxilində bir dünya yaratdığı mənasına gəlir. Çünki bizim beyinlərə göndərdiyimiz elektrik qıcıqları neyronlar tərəfindən bir şəkildə analiz olunub informasiyaya çevrilirlər. Həm də bu zaman müxtəlif beyin mərkəzləri aktivləşir ki, bu da öz növbəsində şüuraltı yaddaşdan obrazların çıxardılaraq xəyali dünya yaranmasına səbəb olur. Bu dünyanın hafizədə əlavə yer tutmaması üçün arabir beyinləri sıfırlamalıyam.

Nadir üzünü turşudaraq ayağa qalxdı.
- Bir az dincəlməliydin amma - Şəfiqə xanım dedi.
- Getdik Hüseyn. Maşını işə sal.
- Oğlum...
- Dincəlmək üçün xeyli vaxtım olacaq - Nadir sərt şəkildə dedi.
Nadirlə Hüseyn maşına oturarkən Neyropsixoloji Araşdırmalar Mərkəzində Tariyel başını əlləri arasına alıb oturmuşdu. Bəlli idi ki, gecə Orxan və Elnarə bura gəlib. Amma onlar bu polislərdən ibarət səddi necə keçmişdilər.  Üstəlik Orxan laboratoriyada nə iş görmüşdü?  O beyinlər....
Tariyel müəllim şirkətə gələndə aldığı ilk xəbər laboratoriyanın qapısının qırılması oldu. O içəri girib baxdı. Üstündə intihar edən tələbələrin adı yazılmış beyinləri görərkən keçirdiyi hiss dünyanın ən dəhşətli hissi idi. Sanki yüzlərlə vedrə qaynar su professorun başına töküldü.
- Kim gəlib bura?- o mühafizəçiyə qışqırdı.
- Biz kameralara baxdıq. Orxan müəllim və Elnarə xanım gecə içəri giriblər.
- Bəs siz hara baxırdınız?
- Biz bütün gecə burda olmuşuq. Amma gecə Elmarın pristupu tutmuşdu. Bir müddət başımız ona qarışdı. Orxan müəllim və Elnarə xanım onda içəri giriblər.
- Elmarı bura çağırın.
- O indi növbədə deyil. Oğlunu dialezə aparıb.
- Ona xəbər edin, işi bitən kimi gəlsin.

Bağlantı Where stories live. Discover now