Dördüncü əlaqə

206 22 37
                                    

Mən Nadirin yaxasından tutub onu divara sıxdım.
- Nə etdin hə sən nə etdin? - deyə qışqırdım.

Hüseyn arxadan mənə hücum etmək istəyirdi ki, Elnarənin ona yönəltdiyi tapançanı görüb sakit dayandı.

- Orxan müəllim - Nadir bir anda məni qarşısında görəndə özünü itirdi.
- Mən sənə nə pislik eləmişəm Nadir - mən onu sorğulamağa başladım - niyə mənim üzərimdən karyeranı qurursan.
- Orxan müəllim, mən... Bunun sizinlə bir əlaqəsi yoxdur. Hər şey elm naminədir.
- Söydürmə elminə. Burda insanların həyatından söhbət gedir.
- Ölən hər kəs yenidən həyata qayıdacaq.
- Bəs mən?  Bu yolda mən günahsız yerə həbsxanaya düşəcəm hə?
- Amma bütün layihə ortaya çıxanda bu işin bir parçası kimi siz də şöhrət qazanacaqsınız. Müvəqqəti olaraq həbsxanada keçirəcəyiniz günlərin əvəzini gözəl şəkildə doldura biləcəksiniz.
- Sən nə danışırsan?  Səni öldürərəm, başa düşürsən öldürərəm?!

Bu an dəhlizdə ayaq səsləri eşidilir. Elnarə boylanıb səs gələn tərəfə baxır.
- Kimdir? - mən soruşuram.
- Yuxarı mərtəbənin mühafizəçisi. - Elnarə cavab verir.
- Nə olub ki?
- Nə olub Həsən?  - Elnarə mühafizəçidən soruşur.
- İndicə aşağıdan xəbər verdilər. Polislər binaya doluşub.
- Qaçmalıyıq - Elnarə mənə baxaraq deyir.
- Bizim burda olduğumuzu heç kim bilməyəcək - deyə ətrafdakı hər kəsə xəbərdarlıq edirəm. - Əks halda az öncə danışdıqlarının səs yazısı polislərin əlinə keçəcək - deyib son dəfə Nadirə baxıram.

Təbii ki, mən onların səsini yazmağı heç ağlıma belə gətirməmişdim. Amma Nadir hər halda inandı. Biz arxa qapıdan çıxıb Elnarənin maşınına bitirib. Ağrıkəsicilər xeyli keyfiyyətli olmalıdırlar ki, mən heç bir ağrı hiss etmədən bu şəkildə sürətli qaçmışam. Təxmin edə bilirəm ki, digər tərəfdə Nadir və Hüseyn elektriklə təmin edilmiş beyinləri polislərin görməməyi üçün necə cəldliklə laboratoriyanı bağlayırlar. Nə də olmasa polislər mənim otağımda Elnarənin telefonunu tapdıqdan sonra gedəcəkdilər. Çünki biz polislərin bura gəlmə səbəbini təxmin edərək Elnarənin telefonunu çıxmazdan əvvəl mənim otağıma qoya bildik. Mühafizəçi də az əvvəl bura gəldiyimizi, bir iki sənəd götürüb çıxdığımızı deyəndən sonra heç bir problem qalmayacaqdı. İndi də Elnarə sürətlə maşını sürərək bizim şirkətdən uzaqlaşmağımızı təmin edirdi.
- Nə vaxta qədər qaçacağıq belə? - O deyindi.
- Özümüzü təmizə çıxarana və Nadirin işlərini pozana qədər.
- Bir planın var deyəsən.
- Tələbələrin beyni ion elektirkləşməsi hesabına hələ də həyatda tutulur.
- İon?  Məgər elektrik elektronların nizamlı hərəkəti nəticəsində yaranmır?
- Adi elektrik sən deyən kimidir. Amma beyində elektrik elektronların yox, ionların hərəkəti nəticəsində mövcud olur. Xüsusilə burda natrium və kalium ionlarının rolu böyükdür.
- Bu beyinlərdən biz öz xeyrimiz üçün istifadə edə bilərik? 
- Əlbəttə. Çünki mövcud olan bir beyin heç vaxt boş durmur. Öz daxilində hansısa bir yaşam hekayəsi uydurur. Yuxu kimi. O laboratoriyada olan beyinlərin də daxilində hal- hazırda bizim yaşadığımız bir həyat kimi həyat dövr edir. Bəlkə də bizim də beynimiz bu dəqiqə o şəkildə hansısa bir laboratoriyadadır. - fikrimi izah etmək bu cümləni dedim.
- Aha, bu haqda hardasa oxumuşdum. Amma bunun bizə xeyri nədir? 
- Beyinin yaratdığı bu həyatı daha normal etmək üçün xarici mühitdən də ona təsir etmək lazımdır. Bunun üçün sözsüz ki, Nadir öz beyni ilə bu beyinlər arasında bağlantı quraraq onlara müəyyən fikirlər ötürür. Əgər o laboratoriyaya heç kim olmayanda gizli şəkildə girib onlara təsir etsəm, Nadirin növbəti bağlantısında bu beyinlərdən onun beyninə bir fikir keçəcək. Nəticədə Nadir polisə gedib, hər şeyi etiraf edəcək.
- Bu sənin təmizə çıxmağını təmin edəcək - Elnarə deyir - bəs mən?  Mən bir insanı öldürmüşəm.
- Özünü müdafiə maddəsi ilə səni də türməyə düşməkdən xilas edə bilərik. Amma bunun üçün Şahinin hər şeyi etiraf etməsi lazımdır.
- Heç vaxt etiraf etməz.
- Onu qaçırmağın və hipnoz etməyin bir yolunu tapmasaq əgər - mən cavab verdim.
- Hə, bax bu işə yaraya bilər. Bəs indi hara gedirik?  Planımız nədir?
- Düşündüyüm bir şey var.Laboratoriyadakı beyinlərdə həyat davam edirsə bu beyinləri Nadir bir bədənə qovuşduranda indiyə qədər yaşanmış olan həyat xatirələrinin üstünə həmin tələbələrin öldükdən sonra beyinlərinin qurduğu həyat da gəlir. Bu isə həmin tələbələrin həyatlarına qaldıqları yerdən davam etməyəcəklərinin göstəricisidir. Bax bunu Nadir necə həll edəcək bilmirəm. Bunu bilmədən də əlimiz qolumuz bağlıdır.
- İndi nə edək? - Elnarə səbrsizliklə soruşur. - Oturub teoriya yaradaq?
- Yox. Bunu biləndən soruşaq. Belə bir adam da tanıyıram. Şəfiqə Hümbətova haqqında eşitmisən?
- Adı tanış gəlir.
- Bir neçə il əvvəl bizdə işləyirdi. Hafizə ilə bağlı məsələləri o araşdırırdı. Həm də tibb universitetində psixiatriya kafedrasının dosenti olub.
- Həəə, sonradan Tariyel müəllimlə dalaşıb işdən çıxdı.
- Ay sağoool.
- Bəs onu necə tapacağıq?
- Çox sadə. Evinə gedəcəyik.

Bağlantı Donde viven las historias. Descúbrelo ahora