Onuncu əlaqə

77 18 10
                                    

Bağlantının keçmiş bölümlərindən

Şahin müəllim maşınına mindi. Nadir və Hüseyn sanki yerlərində donub qalmışdılar. Ardıcıl olaraq açılan atəşlər bu iki dostu Neyropsixoloji Araşdırmalar Mərkəzinin pilləkəninə tulladı.

---------------------------------------------------
Şirkətdə isə laboratoriyanın qapısı açıldı. Orxanın bilinməyən düşməni içəri girərkən pıçıldadı :
- İmkan vermərəm planımızı pozasan Orxan. Hansı beyinin içinə girdiyini bilirəm.
O əlindəki əməliyyat avadanlıqlarını həmin beyinin yaxınlığına qoydu. Orxanın bu beyinə etdiyi təsiri təmizləmək üçün qərar verməyə xidmət edən orbitofrontal korteksi kiçik zədələməsi kifayət edəcəkdir.
- Eybi yox, bu tələbə yenidən doğulanda bir az qoyun kimi olacaq.
-------------------------------------------------
Mənim dodaqlarım Ləmanın dodaqlarına toxunur və hər ikimiz anı yaşamaq üçün gözlərimizi yummuşduq. Amma mən birdən görməyə başladım.

- Əl çəkin məndən. Ömür boyu evdə həbs olaraq yaşamalı deyiləm.
Qışqıraraq evdən çıxdım. Hələ üstəlik qapını da çırpdım. Evdəkilər arxamca gəlməsinlər deyə qaçmağa başladım. Niyyətim bəlli idi. Bu həyat bir gün daha yaşanacaq bir həyat deyildi. Özümü öldürəcəkdim. Mən indi evdən ölümə doğru qaçırdım.
--------------------------------------------------------
Bir saat sonra isə həyatda qalan tələbələrdən biri dənizin kənarında dayandı. Bir az mavi sulara baxıb ölümünün əzabsız olacağına ümid etdi. Qız göz yaşlarını silərək irəli addım atdı.
----------------------------------------------------
Heç kim tərpənməsin - deyə səs gəldi hardansa. Mən səsin sahibinin polis olduğunu görüb qaçmaq üçün ayağa qalxdım.
Amma artıq gec idi. Polislər ərazini mühasirəyə alarkən Mən və Elnarə də çəmbərin ortasında qaldıq.
- Tariyel müəllim - deyə mən qəzəblə pıçıldadım.

İndi

Polislər ətrafı mühasirəyə alarkən Elnarə ilə mən divarın arxasında əyilərək görünməz olmağa çalışırduıq. Amma başa düşürdük ki, bu uzun müddət sürməyəcək. Mən Elnarənin tapançasını çıxartdığını gördüm.
- Nə edirsən Elnarə? - Mən dedim - polislərə atəş açacaq deyilsən ki.
- Mən boş yerə həbs yatmaq istəmirəm.
- Onu mənə ver - deyə tapançanı əlindən aldım. Bizim yaxınlığımızda oğlan və qız velosipedlərindən düşüb dayanmışdılar. Onlar görməsin deyə tapançanı arxamda gizlətdim. Polislər irəlidə ətrafda olan hər kəsi sıraya düşmüşdülər.

Serjant Aslanov birdən divarın yanında çöküb başlarını aşağı salan cütlüyü gördü. Tapançasını çıxarıb onları nişan aldı.
- Sakitcə ayağı qalxın. Sizi həbs etmək barəsində əlimizdə əmr var.
Aslanovun səsinə bir neçə polis də onlara yaxınlaşdı. Cütlük onlara yönəlmiş silahların müşayiəti ilə ayağa qalxanda polislər anladılar ki, bunlar axtarılan şəxslər deyirlər.
- Onlar velosipedlərimizi alıb qaçdılar. - Oğlan qışqırdı.
- Bizə burda başımızı aşağı salıb oturmamızı dedilər. Silahları vardır.

Bayraq meydanı bu ölkənin ən geniş meydanlarından olmaqla yanaşı həmdə burda dalğalanan üçrəngli Azərbaycan bayrağı dünyada ən hündür bayraq hesab edilir. Elə bu səbəbdən dolayı Azərbaycan bayrağı Jinnesin " Rekordlar kitabına " düşmüşdür. Polislər bu meydanı tam mühasirəyə ala bilmədiklərindən biz oğurladığımız velosipedlərlə meydanın sonuna getdik. Görünməyək deyə velosipedləri dairəvi divarın kənarı ilə sürürdük. Bir xeyli uzaqlaşandan sonra kənardakı parkın içindən keçib dənizkənarı gəzinti sahəsinə keçdik. Normalda heç kim burda velosiped sürməzdi. Çünki hər kəs əks halda cərimə olunacağını bilir. Lakin bizim üçün bu çox da önəmli deyildi. Nəzarət polisi bizi görməmiş velosipedləri bir kənara atıb qaçmağa başladıq.
- Dur - Elnarə məni saxladı - polislər.
Həqiqətən də bir neçə polis bizi görmək ümidi ilə ətrafa boylanırdı. Mən Elnarənin əlindən tutub onu kənara çəkdik. Dənizi əhatə edən çəpər hissəni keçərək suya yaxınlaşdıq.
- Özümüzü suya atacağıq?  - Elnarə yarı zarafat, yarı ciddi soruşdu.
- Yox, sadəcə ayaqlarımızı.
- Nə?
- Gəl burda oturaq.
Biz gənc sevgililər kimi ayaqlarımızı suyun üzərinə sallayaraq yerdə oturduq. Ümid edirdim ki, ən azı arxadan yeniyetmələrə bənzəyirik. Elnarə də oyuna uyaraq başını çiynimə qoydu.

Bağlantı Where stories live. Discover now