Bağlantının keçmiş bölümlərindən
Elnarə uzun müddət idi ki, bu işdə işləyirdi. Neyropsixoloji araşdırma mərkəzinin güvənlik kameralarına illərdir ki, hər gün nəzarət edirdi. 32 yaşlı bu qadına şəxsi həyatını qurmaq heç vaxt qismət olmamışdı. 17 yaşı olarkən bir gün həyatının ən qara günü olmağı bacarır. Məktəbdən gələrkən qara cip onun yolunu kəsir, içindən düşən oğlanlar onu maşına basıb qaçırırlar. Elnarə iki gün oğlanların əlində qalır. Öz sevgisinə bu yolla çatmağı düşünən onu qaçıran oğlan Elnarəyə təcavüz edir.
---------------------------------------------------------
- Orxan, hazır bu qədər sona və uçuruma dirənmişkən bir şey soruşum. Tanrıya inanırsan?
- Mən inanmaq istəyirəm və ümid edirəm ki, o var.
- Məndə. Əgər varsa o biri dünyada ona deyəcəklərim var. Gözlərinin içinə baxıb " niyə? " deyə hayqıracam. Sən Tanrının yerində olsan etdiklərinə necə haqq qazandırardın?
- Tanrının yerində olmaq istəməzdim.
----------------------------------------------------
Nadir, sən nə danışdığının fərqindəsən?
- Siz necə bir bəla ilə qarşı - qarşıya olduğunuzun fərqindəsiniz? Sizə deyirəm ki, Orxanın qarşısını almaq lazımdır, yoxsa...
- Yoxsa?
- O Tanrı olacaq.
---------------------------------------------------------
- Elnarə niyə indiyədək evlənməmisən? -Mən onun fikrini yayındırmaq üçün soruşdum.
- Tale deyək. Qarşıma bir halal süd əmmiş çıxmadı - dedi Elnarə gülərək.
-----------------------------------------------------------
Mən komadan 6 ay sonra dünyaya gözlərimi açmışdım. Heç nəyi xatırlaya bilmirdim. Hafizəmdə olan sonuncu şey tələbələrlə bağlı keçirdiyim eksperiment idi. Sonra nə oldu? Necə oldu ki, bura düşdüm?İndi
Gözlərimi açıram. Tanımadığım bir evin divarları arasında, çarpayıda uzanmışam. Ayağa qalxmaq istəyirəm, ancaq hərəkət edə bilmirəm. Ətrafa baxıram və gözlərimi açıram. Gördüklərim yuxu imiş. Çarpayıdan qalxıram. Bu ev mənə tanış deyil. Qaçmaq lazımdır. Qaçmaq istəyirəm amma ayaqlarım yer tutmur. Zibilə qalsın, mən hələdə yuxu görürəm. Çünki ancaq yuxuda qaçmaq olmur. Biz yatarkən bütün əzələlərimiz boşaldığından beynimiz dərk edir ki, bu halda olarkən biz qaça bilmərik. Onun üçün yuxuda qaçmaq istədiyimizdə ya ayaqlarımız dolaşır, ya da yıxılırıq. Bunu düşünürdüm ki, yuxudan ayıldım. Həqiqətən də yenə eyni çarpayıdayam. Bu ev kimindir? Bura necə gəlmişəm? Ayağa qalxıram. Nəsə düzgün deyil? Ayaqlarımın yerə dəydiyini hiss etmirəm. Əlimi üzümə vururam. Yox, heç nə hiss etmirəm. Bu artıq həddindən çox oldu. Dərk edirəm ki, yenə yuxudayam. İçimə bir qorxu yayılır. Deyəsən ayıla və real dünyaya qayıda bilməyəcəm. Amma necə ola bilər axı? Ətrafdakı hər şey o qədər realdır ki. İlahi, yuxum gəlir. Gözlərim bağlanır. Ayaqlarım boşalarkən gözlərim yumulur və yerə yıxılıram. Nəhayət yuxudan oyandım. Eyni naməlum evin eyni naməlum çarpayısında uzanmışam. Ayağa qalxdım. Mən hardayam? Məni burda öldürüb bir kənara atacaqlar. Ya da yalandan öz əcəlimlə öldüm kimi bir görüntü yaradacaqlar. Ölsəm belə əsl cinayətkarların cəzalanacağını istəyərəm. Stolun üstündən qələmi götürüb, köynəyimin sol qolunu çəkirəm. Dərimə çətinliklə də olsa " mənim ölümümü araşdırın yazıram. Elə onda fərqinə varıram ki, toxunuşu hiss etmirəm. Yenə yuxuda olduğumu özümə söyə-söyə etiraf edirəm. Gözlərimi açdım. Eyni çarpayı və eyni otaq. Əlimi üzümə vururam. Yenə hissiyyat yoxdur və rahat hərəkət edə bilmirəm. Yuxudan tamamilə oyanmaq üçün özümü öldürməli olduğumu bilirəm. Bu çox bilindik bir psixoloji faktdır. Pəncərəyə yaxınlaşıb aşağı baxıram. Yəqin ki, təxminən səkkizinci ya doqquzuncu mərtəbədəyəm. Həqiqətən də yuxuda olduğuma ümid edərək pəncərəyəyuuda çıxıram. Özümü atmağa macal tapmamış gözlərimi açıram. Deyəsən bu dəfə həqiqətən oynamışam. Bədənimin çarpayıya dəydiyini hiss edirəm. Üzümə toxunuram. Hissiyyat var və rahat hərəkət edə bilirəm. Dəqiq bu artıq yuxu deyil. Amma yenə də bir problem var. Bu ev haradır və mən bura necə gəlmişəm? Ayağa qalxıb otaqdan çıxıram. Mətbəxdə deyəsən kimsə var. Qapıdan içəri girəndə gözəl bir qızın yemək yediyini görürəm.
- Salam - deyirəm və o başını qaldırıb mənə baxır.
- Oyandın sehrbaz? - O gülərək soruşur.
- Hə ee mən... Bura haradır?
- Demə ki, gecəni xatırlamırsan.
Ağlımda çox pozğun səhnələr canlanarkən deyirəm.
- Sadəcə gecənin bir hissəsini.
- Dalımca düşən oğlanı döydüyünü xatırlayırsan?
YOU ARE READING
Bağlantı
Science FictionBeyinin dərinliklərinə səyahət etdiyinizi düşünün. Orda tapacağınız hər şey hamımıza aiddir. Bu bizim hekayəmizdi. Hər birimizin.