Bağlantının keçmiş bölümlərindən
- Orxanla onların beyni arasındakı bağlantı heç vaxt qırılmadı. Bu aralar Orxanın pasiyentlərinin çoxu intihar yönümlü olduqlarından onlar da elə sakitcə intiharı seçiblər.
-----------------------------------------------------
Qız əyilib suya baxdı. Mən qaçarkən o da gözünün yaşını sildi. Mən qaçıram. O isə ətrafa birdə baxdı. Sürahiyə tərəf əyildi. Mən ona çatmamış o ayaqlarını yerdən üzdü. Sürahi boyunca çevrə vuraraq suya düşdü. Ətrafdakı insanlar panika içərisində qışqırmağa başladılar. Mən tullanıb ayağımı sürahinin üstünə qoydum. Bir saniyə sonra özümdə aşağı - dənizin mavi sularına düşdüm.
-------------------------------------------------------
- Səni o idarə edir - dedi qızı göstərərək - və başqa bağlı olduğun beyinlər. Sən artıq müstəqil insan deyilsən. Bu vəziyyətdə də tezliklə ağır dərəcə epilepsiya xəstəsinə çevriləcəksən.
- Və - dedim mən - əqli gerilik yaranacaq məndə. Yəni dəli olacam.İndi
- Bir dəqiqə, bir dəqiqə - Elnarə söhbətə müdaxilə etdi. - Siz təcrübə aparıb insanların beyninə girəndə onlarda epilepsiya falan yaranmırdı. İndi Orxanda niyə yaransın?
- Haqlısınız - tələbə qız müdaxilə etdi - bizdə epilepsiya yaranmadı. Əvəzində biz ölməyə başladıq. Siz bizim bütün yaşama eşqimizi əlimizdən aldınız.
- Bunu edən biz deyildik - mən müdaxilə etdim - şirkətimizin başqa bir alimi işləri qarışdırıb. Biz indi onun zibillərini düzəltməyə çalışırıq.
- Tələbələrin beyninə olan şeylə sənin beyninə olanlar eyni mexanizmə dayanır.- professor mənə çevrildi - Amma hər şeydən göründüyü kimi sənin beyininlə məsələ daha qəlizdir. Çünki tələbələr beyinlərinə girən intihar düşüncələrinin başqa beyindən gəldiyini anlamırlar. Onlara elə gəlir ki, bu fikirlərin yaradıcısı onların özləridir.
- Və?
- Sən tələbələrin beyninə girə bilirsən və sənin beyinin tutduğu fikri maksimum düzgün şəkildə yerinə yetirmək üçün ehtimalları hesablayır. Bu isə qəbul elədiyin qərarların arasında ziddiyyət yaradaraq səni təkcə nevroz xəstəsinə çevirmir. Həm də iradəni formalaşdıran beyin bölgələrində ciddi şəkildə pozulmaya səbəb olur. Beyin bölgəsində impulsları buraxan bir pozuntunun olması nəyə yol açır?
- Epilepsiya. Amma Epilepsiya insan üçün təhlükəli bir xəstəlik deyil. Yəni epilepsiya zamanı insan ağlını itirmir və ölmür.
- Əgər səndə olan kimi epilepsiya və nevroz birlikdə və qarşılıqlı şəkildə inkişaf edirlərsə bu Rasmussen ensefaliti adlanan bir xəstəliyə yol açır. Bu epilepsiyanın çox nadir görünən bir növüdür. Müalicə almasan üç variant ola bilər. Ağlını itirmək, iflic və ölüm.
- Nə? - Məni soyuq tər basdı.
- Ona görə də təcili olaraq beyin əməliyyatı keçirməlisən. Beyin yarımkürələrindən biri tamamilə çıxarılmalıdır.
- Müalicə budur? - Elnarə kinayə ilə soruşdu - beyni çıxarılan bir insan necə yaşaya bilər?
- Bir beyin yarımkürəsi bütün işləri öz üzərinə götürəcək. Heç bir problem olmadan normal həyatına davam edə bilir insan bu zaman. Sadəcə bədənin yarısı bir az daha zəif olacaq. Amma bu çox da önəmli deyil. Beyin plastikliyi bu hallarda problemi çox asanlıqla həll edə bilər. Yox olan hissələrin vəzifəsini canlı toxuma öz üzərinə götürərək.
- Bəs pozuntu əgər hər iki yarımkürədədirsə? - Mən soruşdum.
- Türklər demiş bu umutsuz vaka siyahısına girir.
- Professor hal- hazırda mən nə ətraflı müayinə oluna bilərəm, nə də əməliyyat oluna bilərəm. Başqa bir çıxış yolu olmalıdır.Bu an katerin ekipajından biri yaxınlaşdı.
- Sizdə hər şey yaxşıdır?
- Hə, biz yaxşıyıq - mən yalan danışdım.
- Biz baş verənlərlə bağlı sahilə xəbər ötürdük. Polislər və təcili tibbi yardım bizi qarşılayacaq.
- Polislər niyə? - Elnarə həyəcanla soruşdu.
- Ortada bir intihara cəhd faktı var. Polislər bunu araşdırmalıdırlar.
- Aydındır - Tariyel müəllim dedi - problem yoxdur. İndi isə xahiş edirəm bizi tək buraxın.
- Tamam. İstədiyiniz bir şey olsa deyin.
- Çox sağol.
BINABASA MO ANG
Bağlantı
Science FictionBeyinin dərinliklərinə səyahət etdiyinizi düşünün. Orda tapacağınız hər şey hamımıza aiddir. Bu bizim hekayəmizdi. Hər birimizin.