Səkkizinci əlaqə

49 10 1
                                    

Beyin - bu möcüzəvi orqan tarix boyu filosofların, alimlərin diqqətini cəlb etmişdi. Beyinlə bağlı xəstəliklər bəzən mistikləşdirilmiş " Tanrının qəzəbi ", " Şeytanın zühuru " kimi adlarla tanımlanmışdı. İndi biz bunlara şizofreniya, epilepsiya, olqofreniya deyirik. Beyin bu qədər işi necə görür?  Beynimiz daxilindəki görünməz substansiya nədir?  Məsələ beynin mükəmməl funksiyalarında deyil, bu funksiyaların bir - biri ilədək əlaqəsində gizlənir. Təfəkkür, hafizə və nitq. Bunlar bizi ağıllı edən şeylərdi. Xüsusilə təfəkkür və nitq arasındakı bağlantı heyrətamizdi. İstənilən təfəkkür pozuntuları nitq pozuntuları ilə müşahidə olunur və ya əksinə. Təkamül prosesində ikinci siqnal sisteminin yaranması ilə hopo sapiens yəni ağıllı insan yarandı. İkinci siqnal sistemi sözlər vasitəsilə qavramanı və mücərrəd, mürəkkəb təfəkkürü yaradır. Təfəkkür beynimizdəki assosiasiyaları, anlayışları birləşdirərək yeni əlaqələr qurmağa, nəticələr çıxartmağa və ətrafı bütünlüklə anlamağa xidmət edən bir prosesdir. Bəs hafizə burda nə işə yarayır?  Hafizədən cavabdeh olan beyin bölgələri mənfi induksiya qanununa əsasən lazımsız informasiyaları blokada edərək təfəkkürün yorulmasının qarşısını almaqla onun daha dəqiq işləyişini təmin edir. Hafizənin lazımsız informasiyaları blokada etməsinə unutma deyirik. Lakin hafizənin bir sıra pozuntularında bu iş birliyi pozulur. Hiperamneziya adlandırılan hafizə pozuntusunda həddən artıq gərəksiz məlumatlar yaddaşda özünə əsaslı surətdə yer edir. Nəticədə təfəkkürə həddindən artıq yük düşür ki, olacaqlar məhz bu anda olur. Təfəkkür mövcud anda nəyin vacib olduğunu anlaya bilmir. Bu pozuntu zamanı insandan adını soruşsanız o nə deməli olduğunu bilməyəcək. Bu kimi vəziyyətlərin bəzi anlarında beynimizin nitq şöbəsi olan Brok mərkəzi tormozlandığından insanın nitqində də problem olur. İnsan ətrafda danışılanları anlasa da cavab vermək iqtidarında olmur. Əgər digər nitq mərkəzi olan Vernike zədələnərsə insan danışılanları anlamazdı.
Amma mən hələki anlayırdım. Gözlərimi açanda əvvəlcə yuxuda olduğumu düşündüm. Çünki oturduğum masanın ətrafında Nadir və tanımadığım insanla birlikdə Tariyel müəllim də oturmuşdu. Bu adam həbsdə deyilmiydi?  Əllərimlə üzümə toxundum. Hiss edirəm. Yuxu deyil. Bir dəqiqə bunlar mənə atəş açmadılarmı?  Nə baş verir?
- Bu sənin dostun olduğumuzu göstərmək üçündür - Tariyel müəllim dedi.
- Mən hardayam və bu adam kimdir?
Bu adam dediyim ayağa qalxdı və əlini mənə uzadarkən özünü təqdim etdi.
- Corc Hoffman. LLP - nin prezidenti.
- Dilimizi bilirsiniz? - Mənə sarı uzadılmış əli sıxarkən soruşdum.
- Əlbəttə. Bu ölkənin ilə bağlı böyük planlarımız var. Bunun üçün hörmətli dostlarımıza zəng edərək Tariyel Hacıyevin bir günlük həbsxanadan ayrılmasını xahiş etdim. Hamımız bir masa arxasında oturub söhbət edə bilməyimiz üçün.
- Səni istəsək öldürə bilərdik - Nadir dedi - sənə açılan güllə səni yuxulatmaq yerinə öldürə biləcək barıtlı güllə də ola bilərdi. Amma biz sənin dostlarınıq Orxan.
- O qız necə oldu? - mən Əfsanəni düşünərək dedim.
- Sənin cinayətkar, bizimkilərin də polis olduğuna inanır. - Tariyel müəllim dedi.
- Hər ehtimala qarşı bizim uşaqlar uzaqdan ona nəzarət edirlər - Nadir dedi - əgər polisə getsə müdaxilə etmək üçün.
- Yəni öldürmək üçün.
- Biz qatil deyilik doktor - Hoffman dedi - qızın polisə gedəcəyi təqdirdə işlərin istədiyimiz kimi getməyi üçün sadəcə polis dostlarımıza zəng edəcəyik.
- Həə düzdür. Məni tutmağa gələrkən bir polis alayını yanınızda gətirəcək qədər gücünüz var.
- Biz buna tutmaq demiyək. Sərbəstsiniz siz. İstəsəniz burdan çıxıb gedə bilərsiniz. Amma biz sizə kömək etmək üçün burdayıq.
- Nə kömək?  Mənim beynimin bütün strukturları qarışıb. Və bunu siz etmisiniz.
- Vəziyyətini bizə özətləyə bilərsən Orxan? - Tariyel müəllim dedi.
Mən hər kəsin üzünə baxdım. Nadir xüsusilə maraq dolu gözlərlə mənə baxırdı. Corc Hoffman həyəcanını gizlətməyə çalışırdı. Eyni ilə böyrək xəstəliyi ucbatından yaranmış göz altında olan qaraltıları pudra ilə gizlətdiyi kimi. Tariyel müəllimin baxışları isə həyatda hər şeyini itirmiş, lakin son zəif ümiddən yapışan insanın baxışları idi.
- Bəzi şeylər oldu - mən sözə başladım- və duyğularım ən üst səviyyəyə qalxdı. Çox şey qavrayıram. Bir saniyə içərisində beynimə həddən artıq çox informasiya daxil olur. Bu konsantrə olmağıma, diqqətimi toplamağıma mane olur.
- Bunu sübut edə bilərsən?
Mən gözlərimi yumub, zehnimin qapılarını açdım. Bir anda beynimin içi səslərlə, görüntülərlə və başqa hislərlə doldu.
- Məsələn - gözlərimi açıb dedim - Nadirin sol cibində 50 qəpik olduğunu deyə bilərəm.
Bir anda bütün nəzərlər Nadirə yönəldi. Nadir isə öz növbəsində əlini cibinə salıb, ordan çıxardığı 50 qəpiyi masanın üzərinə qoydu.
- Vau, it' s wonderfull - Hoffman heyrətlə dedi.
- Bunu necə bildin?  - Tariyel müəllim həmişəki alim ədası ilə soruşdu.
- Bilmirəm, bəlkə də bura gətirilərkən təsadüfən əlim Nadirin cibinə dəyib və orda dəmir, yumru bir şeyin olduğunu hiss etmişəm. Beynim cibdə bu kriteriyalara uya bilən nə ola biləcəyini araşdırıb və asanlıqla bunun dəmir pul olduğu qənaətinə gəlib.
- Bəs bu dəmir parçasının üzərində məhz 50 yazıldığını hardan bildin? 
- Hər qəpiyin özünəməxsus ölçüsü var. Mən həyatım boyu bu pullardan görüb ölçüsünü gözəyarı təxmin etmişəm. Beləcə beynim bu ölçülərə malik hansı sikkənin olduğunu müəyyən edə bilib.
- Zibil - Nadir sanki qeyri-iradi olaraq dedi.
- Nə oldu? - Tariyel müəllim içəridəki hər kəsin içindəki sualı ona ünvanladı.
- Bütün parçaları birləşdirdim. Və Orxanın....
- Nə? - Mən qışqırdım.
- Bizim hər addımımızda, davranışımızda və aldığımız qərarlarımızda gələcəyə doğru seçim etdiyimizi düşünərik. Amma əslində gələcəyə doğru addımlayarkən bir əlimizlə də keçmişdən yapışırıq.
- Keçmiş yaşantılar. Təcrübə.
- Eynən. Aldığımız qərarları keçmişimizi analiz edərək alırıq. Buna görə əslində bir növ həmişə yerimizdə addımlayırıq. Çünki beynimiz yenilikdən və keçmiş yaşantımızda olmayan hər bir şeydən qorxur. Biz Romada bir həftəlik tətil etmək istəyə bilərik. Amma Romada həmişəlik yaşamaq qərarını almaq bizim üçün qorxuludur. Çünki tətil edib yenidən ölkəmizə qayıtmaq bizim sonunu bildiyimiz hadisədir. Ancaq tanımadığımız bir ölkədə həmişəlik yaşamaq yenilikdir. Həm də keçmiş təcrübəmizlə əlaqələndirə bilmədiyimiz bir yenilik. Beynimiz isə yenilikdən həmişə qorxur.
- Bunun mənə nə dəxli? - mən soruşdum.
- Qorxu mərkəzimiz amiqdaladır. Bizim təcrübə isə tələbələrin birbaşa amiqdalasına təsir edirdi. Görünən odur ki, tələbələrlə aranda olan bağlantı sənin də amiqdalana təsirsiz ötüşməyib.
- Belə çıxır ki, Orxan da intihar edəcək? - Tariyel müəllim soruşdu.
- Yox, məsələ də bundadır ki, Orxanda bu fərqli şəkildə təzahür edib. Orxanın beyni yenilikdən qorxmadığı üçün bütün informasiyaların şüur payına və frontal loba axmasına beyin icazə verir. Orxanın qazandığı qeyri-adi qabiliyyətlərin səbəbi budur.
- Əclaf. Gör mənim başıma nə oyun açmısan - mən özümü saxlaya bilməyib dedim.
- Bu bir fikirdi - Hoffman dilləndi - ölmüş bir insanı yenidən həyata qaytarmaq üçün çalışırdıq. Ölümü məğlub edə bilərikmi?  Beləcə ölümünə səbəb olduğumuz insanları da həyata qaytaracaqdıq.
- Amma işi əlinizə üzünüzə buladınız - mən qışqırdım.
- Elmi ideya gələndə bunu həyata keçirməyin qarşısını almaq olmur Orxan - Nadir həmişəki kimi soyuqqanlı idi.
- Mən...
Mən özümdən uzaqlaşdım, gözlərim toranlaşdı və yenidən mənzərə aydınlananda bir vərəqə yazı yazırdım.
" Mən Nicat Rəsulov. Baş ağrılarıma və atamın məni tərk etməsinə dözə bilmirəm. Özümü öldürəcəm. Qoy insanlar 28 metrdən tullanan oğlanın ölümünü seyr etsinlər "

Bağlantı Where stories live. Discover now