Bir gün insan möcüzə görmək istəsə güzgünün qarşısına keçməsi kifayətdir. Bu cümləni ilk dəfə eşidəndə uşaq idim. Çox bəyənmişdim bu fikri, çünki hər bir uşaq kimi möcüzəni, mistikanı sevirdim. Ümid edirdim ki, bir gün möcüzənin şahidi olacam və filmlərdəki kimi insanlar əvvəlcə mənim şahid olduğum şeyin mümkünlüyünə inanmayacaq, amma sonunda haqlı olduğumu anlayacaqlar. Möcüzənin içimizdə olması fikri buna görə xoşuma gəlmişdi. Və bütün uşaqlığım inanılmaz həqiqətin axtarışı ilə keçmişdi. Bütün mistik hadisələrə yadplanetlilərə, qədim əfsanələrə aid kitablar oxuyurdum. Lakin birilərinin yazdığı kitabları oxuyaraq inanılmazı necə kəşf edə bilərdim ki? Bəlkə də bu səbəbdən müəllimlərin hər zaman sevmədiyi şagird olmuşam. Çoxlu suallar verirdim və müəllimlərin verdiyi cavablar məni əsla qane etmirdi. Təxminən 13 yaşımda bir supergücümün olduğuna inanmışdım. Digər otaqda özüm üçün vaxt keçirərkən sanki valideynlərimin bir azdan içəri girəcəyini hiss edib dərslərimin qabağına keçirdim. Həqiqətən də bir dəqiqə isə valideynlərimdən biri otağa girirdi. Ya da tenis oynayarkən sürətlə gələn topu görə bilməsəm də hər kəsə qalib gəlirdim. Topu görə bilməməyimin səbəbini gözlərimin zəif olması ilə, yaxşı oynamağımı isə super gücümlə bağlayırdım. Yıxılan zaman saniyənin milyonda bir hissəsi qədər vaxtda tutunacaq bir yer tapırdım. Amma bunların heç birini bilə istəyə etmirdim. Sanki içimdə məndən xəbərsiz məni avtomatik idarə edən bir şey vardı. Tamamilə uşaq ağlı, elə deyil? Amma uşaq ağlımla cavabı düzgün tapmışdım. İçimdə həqiqətən də mənim yerimə iş görüb məni xilas edən bir şey vardı. Uşaq ağlımın düşünmədiyi tək şey bunun təkcə məndə yox, hər kəsdə olduğu idi. İllər sonra ixtisasım bu sahədə olacaqdı və mən beyin adlanan içimizdəki bu qəhrəmanı araşdıracaqdım. Psixoloq olacağıma da uşaqlıqda qərar vermişdim. Yeddinci sinifdə oxuyarkən sinifə gələn psixoloq bizə şüuraltı haqqında danışanda həm məyus olmuş, həm də vəcdə gəlmişdim. Məyus olmuşdum çünki bir supergücümün olmadığını anlamışdım. Vəcdə gəlmişdim çünki, beyinin edə bildikləri qarşısında onsuz da vəcdə gəlməmək mümkün deyil. Amma qərarımı da vermişdim. Bir psixoloq olacaqdım. O dönəmdən başlayaraq oxuduğum psixoloji kitablar məni böyük bir şeyə hazırlayırdı. İllər sonra elm dünyasına girməyi bacaracaq və bir çox avropalı tədqiqatçılarla birlikdə çalışacaqdım. Akademik elmə olan qarşısıalınmaz həvəsim məni sadəcə özümüzü daha yaxşı kəşf etməmə apardı. Möcüzə güzgüyə baxarkən gördüklərimiz deyil, görmədiklərimizlə bağlıdır. Möcüzə kəllə qutumuzun içərisində yatan, bir kiloqramdan azacıq artıq olan bozumtul, həlməşik kütlədir. Möcüzə kainatın kəşf edilmiş ən möhtəşəm materiyası olan beyindi. Məhz beynimiz bizi dünyaya adəptə edir, bizə bəzi görüntüləri və duyğuları verir, bizim xarakterimizi formalaşdırır, bizə qərar qəbul etdirir. Biz həmişə belə olmamışıq. Milyonlarla il ərzində sadə bir hüceyrədən təkamül edərək bu səviyyəyə çatmışıq. Fantastik bir hekayədir bizim hekayəmiz.
Orxana gəlincə, onun başına gələnlər bitmiş sayılmaz. Keçmişi onun ardını heç buraxmadı. Bir gün İtaliyada gecə saatlarında kimsə onun qapısını döydü. Orxan qapını açıb qarşısındakı adama baxdı.
- Orxan Rəsulov.
- Siz kimsiniz? - Orxan qorxmuş halda dedi.
- Bir qanun qaçağına görə yaxşı evdə yaşayırsınız doktor. - Adam içəri boylanaraq dedi.
- Kimsən sən? - Orxan səsini qaldırdı.
- Sizin etdiklərinizdən nəsibini alan insan.
- Nə etmişəm?
- Qardaşımı öldürmüsünüz. Qardaşım sizin beyninizdəki fikirlərdən təsirlənib intihar edib.
- Mənim bir günahım yoxdur. Əsl cinayətkar cəzasına çatdı.
- Anlamırsınız. Qardaşım intihar edən yeddi tələbədən biri deyildi.
- Elə isə?
- O sağ qalan üç tələbədən biri idi.
- Nə?
- Sizin yoxa çıxmağınızdan bir neçə ay sonra həmin tələbələr ard - arda intihar etdilər.Daha sonra olanlar tamamilə başqa bir kitabın mövzusudur.
YOU ARE READING
Bağlantı
Science FictionBeyinin dərinliklərinə səyahət etdiyinizi düşünün. Orda tapacağınız hər şey hamımıza aiddir. Bu bizim hekayəmizdi. Hər birimizin.