Doqquzuncu əlaqə

78 18 13
                                    

Elnarə mənim bədən ölçülərini götürüb mağazadan onun üçün bir neçə paltar aldı. Mən avtomobilin arxa hissəsində qara cins şalvarı və qara köynəyi geyinib özümü daha rahat hiss etdim.
- İndi nə etməliyik? - Elnarə soruşdu.
- Tələbələrdən biri də bu gün intihar edəcək. Xəstəxanada olarkən onun beyninə girmişdim.
- Harda intihar edəcək. Gedib durduraq - Elnarə həyəcanla dedi - bəlkə bununla günahsızlığımızı sübut edə bilərik.
- Hara gedəcəyini bilmirəm. Yenidən onun beyninə girməliyəm.
- Bunu istədiyin vaxt özün edə bilirsən ki? 
- Bəlada bundadır ki, yox. Amma bir yolunu tapmalıyam. Əgər bağlantı davam edirsə deməli beyinlər arasında keçidi özüm də edə bilərəm. Amma necə?  Bilmirəm.
- Planımız nədir? 
- Tariyel müəllimi tapmaq. O mənim iradi olaraq beyinlərə bağlanmağıma kömək edə bilər.
- Şirkətə gedə bilmərik.
- Sür Elnarə. Bir telefon köşkü tapmalıyıq.
- Orxan, məncə bu maşından da qurtulmalıyıq. Səni xəstəxanadan qaçıranda polislər gördülər.
- Hə, düz deyirsən - mən dedim - amma indi nə ilə gedəcəyik?
- Məndə bir az pul var.

Biz maşını ordaca buraxıb çıxdıq. Təsadüfən bizim üçün təhlükə ola biləcək birinin bizi görə bilməməsi üçün başımızı aşağı salaraq gedirdik. Bu təhlükəli insan isə hər hansı polis, şahid və ya Şahinin adamı ola bilərdi. Mən kənarda duran oğlana yaxınlaşdım.
- Salam, bağışlayın telefonunuzla zəng etmək olar?
O mənə baxıb iki saniyə fikirləşəndən sonra dedi :
- Kimə zəng edəcəksiniz? 
- Dostuma zəng edəcəm. Biz görüşməliydik. Tərslikdən mənim telefonumun batareyası öldü.
O telefonu mənə uzadanda yadıma düşdü ki, mən Tariyel müəllimin nömrəsini əzbər bilmirəm. Bunun nə qədər təhlükəli olduğunu bilsəm də əzbər bildiyim başqa nömrəyə yığdım.
- Alo - telefondakı qadın səsini eşidəndə nigarançılıq ürəyimi daha da sıxdı.
- Ləman mənəm. Səndə Tariyel müəllimin nömrəsi olmalıdır. Onu mənə de də.
- Orxan sən hardasan?  Polislər....
- Ləman bir az tez ol - bunun necə kobud çıxdığını bilsəm də ümid elədim ki, Ləman məni başa düşəcək.
- Yaxşı, gözlə.
Ləman mənə nömrəni deyən kimi " hələlik " deyib telefonu qoydum ki, nömrə yadımdan çıxmasın.
- Qardaş, üzrlü hesab elə. Bir nömrəyə də zəng edəcəm.
- Hə, problem yoxdur - desə də könülsüz olduğu bəlli idi.
Mən Tariyel müəllimə zəng edən kimi telefonu açdı.
- Tariyel müəllim, mənəm Orxan.
- Orxan sən hardasan?  Xəstəxanaya gəldim dedilər qaçmısan.
- Tariyel müəllim təcili görüşməliyik.
- İndi?  Harda? 
- Mən mərkəz tərəfdəyəm. Dənizkənarı bulvara nə vaxta çatarsınız? 
- Yarım saata çataram.
- Tariyel müəllim təcilidir.
- Bacardığım qədər tez gələcəm. Bu nömrəyə zəng edim?
- Yox, mənim telefonum deyil. Siz bayraq meydanına gəlin.

Mən telefonu sahibinə verib Elnarənin qolundan dartdım.
- Bayraq meydanına gedərik. Cinayətkarların bulvara gedəcəyini təxmin etməz heç kim.
- Amma oralarda polis çox olur.
- Bütün ölkə üzrə axtarışa verilməmişik ki... - Mən gülümsədim.
- Şəkillərimiz falan polislərdə olmaz?
- O qədər bizi məşhurlaşdıracaq ağır cinayətlə təqsirləndirilmirik.
- Deyirsən yeddi cinayət çox deyil - Elnarə ironiya ilə dedi.
- Gəl Elnarə gəl. Bu qədər neqativ olma.

Biz 20 dəqiqə sonra Bayraq meydanına çatdıq. Biz bayraq meydanında bir küncdə oturduq. Düz qarşımızda park və skamyalar olsa da biz küncdə daşın üstündə oturmağı daha təhlükəsiz hesab etdik. Arabir qarşımızdan velosipedçilər keçirdi. Mən də bir neçə dəfə burda bir saatlıq velosiped kirayələyib sürmüşdüm.
- Velosiped sürə bilirsən? - Elnarədən soruşdum.
- Təbii ki. Həm də peşəkar.
- Lap elə?  Hər şey bitəndə bura velosiped sürməyə gələrik? - Mən mümkün qədər pozitiv olmağa çalışırdım.
- Hər şey bitsin, gələrik.
- Elnarə niyə indiyə qədər evlənməmisən? - Mən onun fikrini yayındırmaq üçün soruşdum.
- Tale deyək. Qarşıma bir halal süd əmmiş çıxmadı - dedi Elnarə gülərək.
- Qədim zamanlarda Platon deyirdi ki, Tanrı əvvəlcə insanları vəhdət halında yaradıb. Sonra onların hər birini iki yerə ayıraraq qadın və kişi cinslərini yaradıb. O vaxtdan insanlar öz digər yarısını axtarır. Biz öz yarımızı tapanda onu sevirik.
- Mən öz yarımı hələ tapmamışam - Elnarə dedi.
- Vaxt keçir. Tezliklə axtarmağa başlasan yaxşı olar - mən zarafat etdim.
- Deyirsən qocalıram hə?
- Qocalmaq deməyək ona. Yetkinlik mərhələsinə keçidə doğru gedirsən.

Bağlantı Where stories live. Discover now