100.000 il əvvəlki həyat tərzi ilə indiki insanlığın həyat tərzi mübahisə edilməyəcək dərəcədə fərqlərlə doludur. Bu müddət ərzində həyatda qalmaq üçün budaqları bir birinə sürtüb alov əldə edən insanlardan hər tətildə cəmi bir neçə saata başqa bir ölkəyə keçə bilən insanlara çevrildik. Mağaralarımızı bəzədik və təkmilləşdirdik, içinə televizor, komputer, kondisioner adı verdiyimiz qutular qoyduq. Nəticədə istədiyimiz havada nəfəs alır, dünyanı seyr edir və dünyanı barmaqlarımızın altında hiss edirik. Buludların üzərinə qalxaraq babalarımızın sadəcə xəyal etdiyi şeyləri reallığa çeviririk. Cibimizdəki bir kiçik daş boyda olan əşya vasitəsilə istədiyimiz insanla nə qədər uzaqda olursa-olsun danışa bilirik. Bir başqa canlı toplumunu tapmaq ümidi ilə 80 millisaniyədən bir kainatın o biri ucuna mesajlar göndərir və saniyədə 60 megabit sürətlə məlumatlar yükləyirik. Bütün bunlara necə nail olduq bəs? Cavab kəllə sümüyümüzün içində yatan 1500 qram ağırlığındakı nəsnənin qeyri-adi xüsusiyyətlərində yatır. Biz isə çılğın elm insanları olaraq beynimizi daha çox kəşf etməyə və macəranın davamını gətirməyə çalışırıq. Kim bilir bəlkə də təkamül prosesinin yönünü tam başqa bir istiqamətdə dəyişə bildik?! Gələcəkdə nəyə çevriləcəyik, sonumuz necə olacaq? Bəlkə də indidən sonra olacaq olan hər bir şey bizim əlimizdən oldu?
YOU ARE READING
Bağlantı
Science FictionBeyinin dərinliklərinə səyahət etdiyinizi düşünün. Orda tapacağınız hər şey hamımıza aiddir. Bu bizim hekayəmizdi. Hər birimizin.