On birinci əlaqə

28 7 1
                                    

Bağlantının keçmiş bölümlərindən

-  Planın nədir Orxan? 
- Şirkətə gedib, laboratoriyaya keçməliyik. Mən beyinlərin daxilindəki simulyasiyaya yəni yaratdıqları dünyaya girəcəm. Beləliklə planımı həyata keçirəcəm. Əgər hər şey istədiyimiz şəkildə keçsə bir neçə saat sonra hər şey bitmiş olacaq - gözlərimi ovuşdurarkən dedim.
-------------------------------------------------------
- Səndə o beyinlərin içindəki dünyaya girəndə bir yerdə oturacan. Bu səndə də bir pozğunluğa səbəb ola bilər?
- Yox. Çünki xəyalən də olsa o dünyada olan hər şeyə toxuna biləcəm.
- Deyirsən heç bir təhlükə yoxdur.
- Təbii ki, əgər o dünyadakı bir şey məni öldürməsə.
- Nə?  Amma o dünya yalançı dünyadır.
- Əmin ol ki, ən azı bizim dünyamız qədər həqiqidir.
- Amma sənin bədənin burda olacaq.
- Zehnim isə o dünyaya bağlı olacaq. Zehin öldükdə isə bədən necə yaşaya bilər.
---------------------------------------------------------
Bir azdan qapı açıldı və içəri girən qadını görəndə mən ikinci şoku yaşadım.
- Ləman - deyə ayağa qalxdım. Çünki qarşımda həyat yoldaşımın özü dayanmışdı.
- Üzr istəyirəm? - Ləmanın səsi başqa idi.
Tələbələrlə öz otağımda görüşmüşdüm. Görünən odur ki, masamın üzərində olan ailəvi şəklim tələbələrdən birinin diqqətini çəkib.
- Ləman - mən birdə dedim.
- Adım Ülviyyədir.
-----------------------------------------------------------
Mən arxaya çevrildim və əlindəki tapançasını mənə tuşlamış Ləmanı gördüm. Üstəlik o mənə aşağıdakı cümlələri dedi :
- Orxan Rəsulov, buraya qədər. Son sözlərinizi deyin.
-------------------------------------------------------
İndi isə illər sonra Hoffman yenə hər şeyi əlinə üzünə bulaşdırmış şəkildə bu qapıya yaxınlaşdı. Ehmalca qapını döydü.
- Kimdir? - deyə içəridən tanış səs gəldi.
- Corc Hoffman.
Bir anlıq sükut yarandı.
- Mənəm Şəfiqə. Aç qapını. Xahiş edirəm.

İndi

Qapı açıldı və Şəfiqə xanım qarşısında köhnə sevgilisini gördü.
- Corc
- Şəfiqə necəsən? - Hoffman gözlərini qaçıraraq soruşdu.
- Niyə gəlmisən?
- Mən... Bizim layihəmiz uğursuz oldu. Mən yenə bacarmadım.
- Bura bunun üçün gəlmisən? - Şəfiqə xanım səsini qaldırdı - əvvəlcə belə bir layihə təşkil elədin. Sonra Taryel müəllim vasitəsilə ilə məni də bu işin içinə qatdın. Və mən bütün bunları 15 il sonra Nadirdən öyrəndim.
- Şəfiqə...
- Amma mən kimə danışıram ki?!  Hər zaman belə deyildimi?  Sənin həyatın, sənin problemlərin, sənin elmin, sənin karyeran hər şeyin önündə gəlirdi.
- Elə deyil. Mən o dövrdə çətin günlər yaşayırdım. Səni tərk etmək heç ağlımın ucundan da keçmirdi. Amma belə alındı.
- Nağıl danışma Corc. Nə məni, nə də özünü aldat. Özün də bilirsən ki, hamısı bəhanədir. Əgər sən istəsəydin mən o çətin günlərdə sənin yanında ola bilərdim.
- Şəfiqə - bu dəfə səsini Hoffman qaldırdı - heç düşünmədinmi mən bu layihəni niyə təşkil etdim? Niyə güclü dünya dövlətləri durduğu halda yeni yaranmış kiçik bir ölkə ilə əməkdaşlıq etdim?
- İndi deyəcən ki, bunu məni görmək üçün elədin? 
- Yox, bunu oğlumuz üçün elədim. Əgər içəri girməyimə icazə versən hər şeyi izah edəcəm.
- Birincisi o sənin oğlun deyil. Onun üzərində sənin heç bir haqqın yoxdur. O mənim oğlumdu, sadəcə mənim. İkinci də evə girməyinə ehtiyac yoxdur. Nə deyəcəksənsə burda de, sonra rədd ol get.
- Oğlumuzun yaşadığı həyat deyil - Corc Hoffman dərindən nəfəs alıb davam etdi - yarımçıq bir beyinlə həyatın ləzzətlərini dadmadan yaşayır. Mən ona ikinci bir həyat vermək istədim. Əgər bu layihə uğurlu olsaydı mən bunu oğlumuzun üstündə tətbiq edəcəkdim. O yenidən və daha sağlam şəkildə doğulacaqdı. Amma bacarmadım.
- Oğlumuz deyirsən haaa. Heç olmasa oğlunun adını bilirsən?
Hoffman duruxdu.
- Elə də bilirdim - deyən Şəfiqə xanım qapını onun düz burnunun ucunda örtdü.
*************************************
Böyük ehtimalla göz bəbəklərim maksimum şəkildə genişlənmişdi. Çünki insanlar onları maraqlandıracaq və təəccübləndirəcək şeylərə baxanda göz bəbəkləri genişlənir. Mənim isə qarşımda həyat yoldaşım əlində tapança ilə durub məni öldürəcəyinə işarə edirdi.
- Ləman neynirsən sən? 
- Hər şeyi məhv elədin sən.
- Ləman oğlumuz... Nicatı xilas edəcəm.
- Bəsdir, özünü dəliliyə qoymağın artıq işə yaramayacaq.
- Nə?
- Səni dünyamızın xilasedicisi sanmışdım. Sənə inanmışdım. Dəli olsan da səni hər şeyə qadir hesab edirdik. Amma sən hər şeyi məhv elədin. Mən də artıq oğlumla birgə səni öldürmək qərarına gəldik.
- Oğlunla?  Nicat məni öldürmək istəyir? - Mən eşitdiklərimə inana bilmirdim.
- Bəsdir - Ləman qışqırdı - Nicat mənim oğlum deyil. Mənim oğlum bu adamdı - deyərək sürücünü göstərdi.
Mən heyrət içində maşını idarə edən bu cavan oğlana baxarkən düşündüm ki, Ləman deyəsən ağlını itirib.
- Ləman sakit ol. Söz verirəm ki...
- Söz vermə. Sənin gəlişin dünyamızı bir bəladan çıxarıb, başqa birinə saldı. İndi də bacım oğlu intihar etmək üçün Qız qalasına gedir.
- Bacın oğlu?  Ləman, Nicat bizim oğlumuzdu.
- Dedim ki, dəliliyin işə keçməyəcək - Ləman silahını qaldıraraq qışqırdı.
- Dur, dur.
- Sənin gəlişinlə əjdahalar yoxa çıxdı. Amma əsl əjdaha sənsənmiş.
- Nə əjdaha? - Mən ağlıma gələn fikirin dəhşətinə qapıldım.
Ehmalca əlimi gicgahıma aparanda Ləman qışqırdı :
- Beynimə girmə.
Amma artıq gec idi. Mən Ləmanın xatirələrini ələ keçirdim. Onun anıları isə dəhşətli həqiqətin carçısı idi. Əslində nə baş verirdi?  Bütün bu müddət ərzində mənim və sizin başınıza gələn böyük aldatmaca nə idi? Aylar əvvəl bir hərbçi onun qarşısında dayandı :
- Küçədə bir sivil vətəndaş var idi. Əjdahalar ona hücum edirdi.
- Xilas edə bildiniz?
- Bəli, bura gətirmişik.
Daha sonra o həyatında ilk dəfə mənlə görüşdü. Mən ona bu dünyanın yuxu ya da simulyasiya olduğunu desəm də o mənə inanmırdı. Lakin mənim başqa dünyadan gələn Nadir haqqında dediklərim onu şoka salmışdı. O inanırdı ki, məndə başqa dünyadan gəlmişəm. Bu dövrdə əjdahalar da birdən - birə yoxa çıxdılar. Bunkerlərdə yaşayan şəhər əhalisi bu hadisəni mənim gəlişimlə bağlayaraq, mənə " qurtarıcı ",  " xilaskar " gözü ilə baxmağa başladılar. Amma mənim ağıllı insan olmadığım da göz önündə idi. Ləmanı həyat yoldaşım, onun bacısı oğlu Nicatı isə oğlum zənn edirdim. Onda şəhər əhalisi Ləmanı yanına çağırıb dedi :
- O müqəddəs insandı. Onu şəhərdə saxlamalıyıq ki, başımız hər cür müsibətdən azad olsun. Buna görə də onun xəyali dünyasına uymalısan.
- Necə yəni?
- Səni həyat yoldaşı zənn edir. Onunla sanki bu beləymiş kimi davran. Burda bir ailəsinin olduğunu düşünsə şəhəri heç vaxt tərk etməyəcək.

Bağlantı Where stories live. Discover now