Stüardessa telefonları və bütün elektronik əşyaları söndürməyi məsləhət görəndə Ləman təyyarənin pəncərəsindən aşağı baxdı. Yəqin ki, bu şəhəri sonuncu dəfə görürdü. Və sonuncu dəfə bu şəhərə yuxarıdan baxacaq. Bu şəhər bədbəxtliyi mənasız qaydalarında deyil, elmə olan laqeydliyindədi. Heç bir şey düzəlməyəcək bu şəhərdə. Taa ki, günlərin birində elmi qiymətləndirməyə qərar verənədək. Çünki elm elə bir sehrdir ki, bir dəfə özünə yol tapdımı, hər şeyi öz arxasınca işığa doğru aparacaq. O Orxanın həmişə dediyi sözü xatırladı. " Elm yeganə həqiqətdir ". Amma bu şəhər bunu dərk etməyərək Orxan kimi elm insanının həyatını məhv etmişdi. Əsl günahkarlar öz cəzasına çatsa da Orxanın da sonunu xoşbəxtcə qiymətləndirmək olmazdı. Nadir ölmüş, Hüseyn həbs olunmuş, Neyropsixoloji Araşdırmalar Mərkəzi isə bağlanmışdı. Həyatda xoşbəxt sonluqlar maksimum bu şəkildə ola bilər. Keçən gecə Ləman hönkürə-hönkürə, hıçqıra - hıçqıra ağlamışdı. İndi isə havalanan təyyarədə oğlu ilə oturub başqa bir şəhərə gedirlər. Həmişəlik. Orxansız, xatirələrlə. Orxanın özünü maşının altına atmasından iki ay keçirdi. Nicatın beyni artıq başqa bir beyinlə bağlantıda deyildi. Yeddi tələbə intihar etsə də digər üçü artıq normal şəkildə həyatlarını yaşaya biləcəkdilər. Bütün bunlar yaxşı sonluğa bənzəyirdi. Amma Ləman illərini keçirdiyi şəhəri və sevdiklərini tərk edərək başqa ölkəyə gedir indi. Orxansız. Yanında sadəcə azyaşlı oğlu var.
Təyyarə havaya qalxdıqca əvvəlcə evlər balacalanır. Daha sonra dalğalı dəniz dalğasız, donmuş buz küməsini xatırladır. Sonrakı görüntü yerin kürə formasında olduğunu sübut edir. Daha sonra isə təyyarə ağ buludların içərisindən keçərək yüksəlir və düz irəliyə doğru hərəkət edir. Bu zaman aşağıda yağış yağsa belə siz qızmar günəşin istisində tərləməyə başlayırsınız. Məhz bu an sərnişinlər əllərinə kitab, qəzet alır, yuxulayır, ya da oturacaqlara birləşdirilmiş televizorlarda filmlərə baxırlar. Elektron əşyaların istifadəsinə icazə verildiyindən ilk dəfə təyyarə ilə səyahət edənlər şəkil ya da video çəkməyə başlayırlar.
Ləman isə bunların heç birini etmir, sadəcə pəncərədən açıq fəzaya baxırdı. Arada baxışlarını aşağıda buludların arasından görünən dağlara yönəldirdi. Bununla sanki bütün keçmiş həyatına əlvida deyirdi. Stüardessa yaxınlaşıb nə yeyəcəyini soruşanda bir anlıq duruxdu. Sonra oğluna baxıb dilləndi :
- Hər ikimizə də toyuq.
- Bəs nə içəcəksiniz?
- Mən ayran - Nicat tez dedi.
- Məndə - Ləman əlavə etdi.
Təyyarədə verilən yeməklər dadlı olduğu qədər də keyfiyyətsiz olur. Steven Hawking zamanın nisbiliyini izah edəndə dediyi kimi. " Yer kürəsindən yüksəkdə zaman yerdəkinə nisbətən daha yavaş gedir. Amma bu sizi ömrünüzü uzatmaq üçün təyyarə ilə çoxlu səyahət etmək fikrinə gətirməsin. Çünki təyyarədə verilən yeməklər sayəsində ömrünüz daha da qısalır. "
Bir saat sonra təyyarə Roma hava limanına endi. Dünyada olan bir çox hava limanından fərqli olaraq Romada hələdə təyyarədən enmək üçün pilləkənlərdən istifadə olunur. Ləman bir zamanlar Orxanın dediyi sözləri xatırladı.
" Mən başa düşə bilmirəm ki, o qədər inkişaf etmiş bir ölkədə niyə təyyarənin içindən bir - başa hava limanının içinə gedən koridor yoxdur "
Bu koridor qarmon kimi yığılıb açılan rezinlərdən ibarətdir. Təyyarə enən zaman bu yol açılır və təyyarə ilə hava limanının arasında bir dəhliz əmələ gətirir. Amma indi Ləmanla Nicat aşağı enib onları aparmağa gələcək avtobusu gözlədilər. Avtobus ağız ba ağız dolandan sonra yol aldı və beş dəqiqəlik yoldan sonra dayanıb sərnişinləri boşaltdı. Burda yüklər fırlanan platformanın üstündə dövr edir və hər kəs öz yükünü götürüb gedirdi. Ləman o qədər fikirli idi ki, çəmadanını Nicat səslənməsəydi yəqin ki, görməyəcəkdi.
- Ana, o bizimki deyil.
Yükü götürməyə Ləmana yanında duran kişi də kömək etdi.
- Thank you, sir.
İndi sadəcə əvvəlcədən içində otaq götürülmüş hotelə getmək qalırdı. Burdan Romantic Palace Hotelinə taksi 50 evroya aparırdı və bu bütün taksilər üçün standart qiymət idi. Taksi ilərlədikcə yaşıllıq sahələr və diskotekalar arxada qalırdı. Çünki kifayət qədər dindar əhalisi olan Roma üçün gecə klublarının şəhərin içində olması yolverilməz hal idi. Günah etmək istəyən şeytanın nökərləri zəhmət çəkib şəhərdən kənara çıxmalı idilər. İtaliya üçün bu çox da mühafizəkar davranış deyildi. Çünki Romanın içərisində yerləşən və şəhər - dövlət statusu daşıyan Vatikana ümumiyyətlə şort, mini yubka geyinmiş insanlar və saçlarını kəlağayı ilə gizlətməmiş qızlar girə bilməzdi. Əgər siz bu şəhərdə şortla gəzsəniz polis sizin üstünüzə silah belə çəkə bilər. Ləman yenə bu haqda Orxanın dediyi sözü xatırladı. "Din hər yerdə dindir. Hansı adı daşımağından asılı olmayaraq."
Şəhərin içinə girdikcə pəncərədən hay-küylə danışan Romalıların səsi eşidilirdi. Romalılar danışan zaman təkcə ucadan səslənməklə kifayətlənmir, həm də əl- qol hərəkətlərindən istifadə edirdilər. Alan Piecenin dediyi kimi əgər siz bir italiyanı susdurmaq istəyirsinizsə onun qolundan tutun. Əllərini işlədə bilməyən italiyan danışa bilməyəcək.
Şəhər Avropanın digər şəhərlərindən fərqli olaraq səliqəsiz idi. Romanın tarixi hissəsində heç bir yeni və müasir tikiliyə icazə olmadığı üçün ümumi görünüş qədim idi. Bir yazıçının zarafatla dediyi sözü xatırladı Ləman. " Sezardan sonra burda heç bir şey tikilməyib. " Ləman həmin yazıçının yeni oxuduğu kitabını xatırladı. " Bağlantı " adlanan bu kitab fürsət tapıb oxusaydı Orxanın da çox bəyənəcəyi tipdən bir kitab idi.
Taksi hotelin qabağında saxladı. Ləman düşüb qeydiyyat şöbəsinə yaxınlaşarkən hotelin işçisi Ləmanın yüklərini əlindən aldı. Ləman otağa qalxıb içəri girdi. Nicat səbrsizliklə ətrafa boylanırdı. Uzun keçən saatlardan sonra nəhayət ki, Ləmanın gözləri güldü. O bütün yol boyu bu anın gəlməyəcəyinə dair qəribə həyəcan keçirmişdi. Nəhayət ki, onun qarşısında ömür-gün yoldaşı Orxan dayanmışdı. Onlar bir-birinə tərəf gəlib qucaqlaşdılar. Əsl xoşbəxt sonluq bu idi.
YOU ARE READING
Bağlantı
Science FictionBeyinin dərinliklərinə səyahət etdiyinizi düşünün. Orda tapacağınız hər şey hamımıza aiddir. Bu bizim hekayəmizdi. Hər birimizin.