Xəstəxananın baş həkimi sürətli şəkildə yüksələnlərdən idi. Onu kim seçmişdi, necə seçmişdi heç bilməyəcəkdi. Lakin bir gün ona nazirlikdən zəng gəlmiş və xəstəxananın baş həkimi vəzifəsi təklif edilmişdi. Anadangəlmə şöhrətpərəst olan Namiq həkim bu təklifi qəbul etmiş və işlədiyi dönəmdə adını kifayət qədər məşhurlaşdırmağı bacarmışdı. Namiq həkimin 60 yaşı olsa da kifayət qədər müasir və elmin yeniliklərinə uyğunlaşan biri idi. Beyinlə bağlı apardığı araşdırmalar bir zamanlar qəzetlərin və elmi jurnalların üz qabığını bəzəmişdi. O siçovullara eyni dərəcədə elektrik qıcığı vermiş və onlarda stress yaratmışdı. Daimi stress altında qalan siçovullarda bir müddət sonra psixosomatik hesab edəcəyimiz xəstəliklər yaranmışdı. Kimisi şəkər xəstəliyinə tutularkən, bəzi siçovullar ürək xəstəliyinə, bəziləri isə şizofreniyaya mübtəla olmuşdu. Namiq həkimin verdiyi sual sadə idi. Eyni cür stimula məruz qalan siçovullarda niyə görə fərqli xəstəliklər yarandı. Araşdırmanın bu hissəsində işə genetiklər qarışıb öz xromosom bilgilərini ortaya tökdülər. Cavab isə heyrətamiz şəkildə gözlər önünə sərildi. Hər bir canlı doğularkən müəyyən bir xəstəliyə meylliklə doğulur. Bu xəstəliyin üzə çıxması üçün isə kiçik bir qıcıq lazımdır. Yəni ağciyər xərçəngindən əziyyət çəkən bir insanın siqaret çəkib çəkməsindən asılı olmayaraq zatən daha əvvəldən bu xəstəliyə tutulacağı planlaşdırılmışdı. Namiq həkim kəşfini konfransda açıqlayarkən ona verilən sual hələ də yadında idi.
- Həkim, demək istəyirsiniz ki, Tanrı bizi qəsdən bədbəxt şəkildə yaradır və sonra da bizi bədbəxt olmağımızda günahlandırır?
- Oo maraqlı sualdır? - Həkim demişdir - Amma.... Bu onsuz da bəlli deyildimi? Tanrı öz günahını başqalarının üstünə tez-tez atır.
Namiq həkim dəfələrlə həyatında dönüş nöqtəsinə çatmışdır. Son anda nəsə dəyişir və hadisələrin axınını öz istiqaməti ilə aparır. Namiq həkim çoxdan bu mərhələni keçdiyini düşünürdü. Lakin o yanılırdı. Hər kəs kimi onun da həyatının ən maraqlı hadisəsi indi baş verirdi. Kabinetində oturub Henri Kissingerin " Diplomatiya " kitabını oxuduğu vaxt otaqda onun izah edə bilməyəcəyi bir hadisə baş verdi. Həkim gözlərini kitabın səhifəsindən qaldırıb irəliyə - yoxluqdan parlayan işığa baxdı. " Ağır iş rejiminin nəticəsidir " deyə fikirləşsə də özünü aldatdığını bilirdi. Gözünü yumub ovuşdurduqdan sonra baxanda qarşısında dayanan insan da bunu təsdiq edirdi.
- Texnologiyanın və biologiyamızın vəhdətindən yaranmış bir möhtəşəmliyi seyr etdiniz az əvvəl - peyda olan adam dedi.
- Nə? Sən...
- Mənə sadəcə Nadir deyə bilərsiniz.
- Hə, yaxşı.
- Sizinlə xəstəxananızda yatan bir xəstə haqqında danışmaq istəyirəm - Nadir icazə gözləmədən oturdu.
- Buyurun - həkim kitabı qatlayıb kənara qoyarkən dedi.
- Xahiş edirəm, qorxmayın. Az öncə burda peyda olmağım Avstriya və İsveç alimlərinin yeni kəşf etdiyi və hələki ictimaiyyətdən gizlədilən texnologiya sayəsində mümkün oldu. Beynimizə elektrodlar və diodlar qoyaraq əlavə analizator yaradırıq. Nəticə olaraq işınlanma deyə biləcəyimiz bir qabiliyyətə sahib oluruq.
- Bu həqiqətdi?
- Bəli, amma indi mövzumuz bu deyil - Nadir fikirləşdi ki, Namiq həkimin yerində Orxan olsaydı indi qışqır- bağır salır və bu görüntünün hipnoz etmə ilə qavradığını iddia edərdi. Orxanın özünəməxsus skeptizmi layihələrinin uğursuzluğunun ən böyük səbəbi idi.
- Buyurun - Namiq həkim ehtiyatla dedi.
- Məsələ sizin xəstəxanada yatan bir xəstə ilə bağlıdır. Orxan Rəsulov. 6 aydır ki, komadadır. Mən onu ayağa qaldırmaq üçün bir metod bilirəm.
- O artıq komadan ayılıb - dedi Namiq həkim üstünlüyü ələ aldığını hiss edərək. Onun xəstəxanasında hansısa əcaib alimin ona ağıl öyrətməsi heç xoş deyildi.
- Aa nə vaxt?
- Dünən gecə.
- Hmm. Nəysə. Bu bir şeyi dəyişdirmir. Sizdən xahişim cərrahi əməliyyatla onun beyninə sizə verəcəyim elektrodları və bir sıra " böcəkləri " yerləşdirməyinizdi - Nadir yalnız bu halda Orxanın fikirlərini idarə etməyi və bunun sayəsində layihəni yenidən həyata qaytarmağın mümkün olduğunu fikirləşirdi.
- Baxın, mən ömrüm boyu qeyri-qanuni işlər görməmişəm. Əgər istəyirsinizsə Orxan bəy xəstəxanadan çıxandan sonra istədiyiniz əməliyyatı özünüz edə bilərsiniz. Nə də olmasa sizin möcüzə törədən dostlarınız var.
- Demək ki, onlara ağız açmaq istəmirəm. - Nadir layihənin uğursuzluğunu bu əməliyyatı edə biləcək İsveçrədəki mütəxəssislərə bildirmədən bu işi bağlamaq istəyirdi.
- Mən yox deyirəm.
- Bu son qərarınızdı - Nadir soruşdu.
- Bəli.
- Mən istəməzdim belə olsun, amma belə görünür ki, biz başqa şəraitlərdə görüşməliyik.
Nadir bunu deyib oturduğu kreslodaca yoxa çıxdı.
Nadir həkim baş verənlərə ad qoymaqdan aciz halda yerində donub qalmışdı. Yəqin ki, heç uşaq vaxtı ilk dəfə pornoya baxanda onun gözləri bu qədər bərəlməmişdi.
Mən isə palatamın həyətə açılan pəncərəsindən səmanı seyr edərkən arxamda Nadirin peyda olduğunu təsəvvür belə edə bilməzdim. Mən 6 aydan sonra dünyaya gözlərimi açmışdım. Heç nəyi xatırlaya bilmirdim. Hafizəmdə olan sonuncu şey tələbələrlə bağlı keçirdiyim eksperiment idi. Sonra nə oldu? Necə oldu ki, bura düşdüm? Dünən gecə Ləman gəlib məni qucaqlayıb ağlamışdı. Amma mən Ləmanın gözlərində daha artığını sezmişdim. Bir müəmma, qorxu, nigarançılıq. Ləman nəyisə gizlədirdi.
- Orxan müəllim - arxadan səs eşidəndə diksindim. Üzərində oturduğum əlil arabasını çevirərkən alnımda dəhşətli ağrını hiss etdim.
- Nadir... Nə vaxt gəldin? Hiss eləmədim heç.
- Layihəmizin uğursuzluğu ilə razılaşa bilmərəm. Mən hələdə mübarizə aparacam.
- Hansı layihə?
- Siz...xatırlamırsınız? - Bu an Nadirin üzündə saniyənin milyonda bir hissəsi qədər vaxtda anlaşılmaz sevinc ifadəsi yarandı.
- Nəyi?
- Layihəmizi. LLP və...
- LLP ilə bizim layihəmiz olub ki?
- Bəli. Tələbələrlə eksperiment təşkil edirdik.
- Onu xatırlayıram.
- Lakin sizi aparata qoşduğumuzda nə oldusa fikriniz qarışdı və tələbələrin beyninə intihara təhrik edən düşüncələr saldınız.
- Nə? Mən heç vaxt belə bir şey etmərəm.
- Amma etdiniz. Çünki beyinlərin birindən sizə...
- Mənə nə?
- Çox da təmiz olmayan niyyətlər keçdi. Və bu faktor beyninizin amiqdala bölməsinə təsir etmiş olacaq ki, sizin içinizdə sanki şeytan yarandı.
- Sən nə danışırsan Nadir? - Mən qışqırarkən kəllə qutumun içindən gələn şiddətli ağrını bir də hiss etdim.
- Tələbələrin 7 - si sizin təsirinizlə intihar etdi. Ən pisi də odur ki, bu xəbər mediayaya sızdırıldı. Tələbələrdən birinin atası isə sən demə mafioz imiş. Sizi öldürmək üçün əlindən gələni etdi. Ən sonunda da sizi vurdu.
- Amma ölmədim.
- Çox şükürlər olsun. Amma belə səs - küylü işin nəticəsi olaraq həmin mafiozla birlikdə, Tariyel müəllim də həbs olundu.
- Nə? - Mənim beynim bu qədər ağır yeniliyi qaldırmaq üçün hələ çox zəif idi. - Sən deyirsən ki, Tariyel müəllim mənim səhvimin cəzasını çəkir?
- Bir az elə çıxır - Nadir ustalıqla danışdığı yalanın təsir gücünü artırmaq üçün dedi - üstəlik sizi o Şahin deyilən quldurdan qorumaq üçün əlindən gələni etmişdi. Siz vurularkən professor da orda idi. Və sizin vurulmağınızda onun üstündə qaldı.
- Mən bunu belə qoymaram - bədənimin hər bir hüceyrəsi və başımdakı ağrı oturmağımı söyləsə də ayağa qalxdım.
- Özünüzü əziyyətə salmayın.
- Nə əziyyət? Professor mənim üzümdən həbsdədir. Gedib hər şeyi etiraf etməliyəm.
- Əslində sizi də itirmək istəmirik.
- Hər kəs öz günahına görə asılmalıdır.
- Amma Tariyel müəllim azadlığa çıxarsa sizə də bəraət qazandıra bilər.
- Burdan çıxmalıyıq.
Nadir mənim əlimdən tutdu. Bir anda görünməz qüvvə məni geriyə çəkdi. Bütün duyğulardan təcrid olunmuş halda sanki hüzur və rahatlıqla dolu bir burulğana düşdüm. Heç nə görmür və heç nə eşitmirdim. Sadəcə qaranlığı və xoşbəxtliyi içimə çəkirdim. Başım belə ağrımırdı. Nəhayət mən görməyə başlayanda beynimin içində ağlımı başımdan alan ağrını hiss etdim. Nadir məni bir divanın üzərinə atdı və mən onda anladım ki, bura xəstəxana palatası deyil. Biz köhnə bir evdəydik.
- Nə oldu? - Beynimdəki ağrı ilə mübarizə apararkən dedim.
- Sizi xəstəxanadan qaçırdım.
- Biz işınlandıq? - Mən nə qədər axmaqlaşdığımı hiss etsəm də yenə soruşdum.
- Nə? Yox, təbii ki.
- Axı...
- Halüsinasiya görmüsünüz. Ciddi beyin travmaları zamanı müşahidə olunan bir haldır.Gerisini xatırlamıram. Nə də olmasa son zamanlarda başıma daha doğrusu beynimə açılmayan oyun qalmamışdı. Mən oyananda mətbəxdən səslər gəlirdi. Deyəsən Nadir mətbəxdə qabları yuyurdu. Mən ona tərəf getdim :
- Orxan müəllim, oyanmısınız?
- Nadir, mən özümü hazır hiss edirəm.
- Nəyə?
- Polisə gedib hər şeyi etiraf etməyə.
Həqiqətən də bir neçə saniyə ərzində çox düşünmüşdüm. Ailəmi və bütün həyatımı sual altında qoysam da bunu etməliydim. Mənim günahıma görə heç kim əzab çəkməməli idi.
- Narahat olmayın. Hər şey yaxşı olacaq.
- O qatil yəni tələbənin atası....
- Düşünməyin. Siz fərqli kameralarda qalacaqsınız. Bilirsiniz o məni də güllələmişdi?
- Doğurdan?
- Hə. İndi isə hazırlaşın gedək. - Nəyəsə görə mənə elə gəldi ki, Nadir bu sözü xüsusi amansızlıqla dedi.
![](https://img.wattpad.com/cover/117411308-288-k55196.jpg)
YOU ARE READING
Bağlantı
Science FictionBeyinin dərinliklərinə səyahət etdiyinizi düşünün. Orda tapacağınız hər şey hamımıza aiddir. Bu bizim hekayəmizdi. Hər birimizin.