"Getmə.."deyə pıçıldamağa gücü çatdı sadəcə. Ətrafdakı insanların ona baxışı heç vecinə də deyildi. O itirmişdi. Özündən bir parça itirmişdi...
Proloq:
🌙
Gündəlik...
Məsafələr əngəl deyil. Hər şey məsafələrlə ölçülmür. Sadəcə yollar uzaqdır elə deyil mi? Sadəcə məsafələr uzanır.
Qəlbim onunla getdi. O getmiş ola bilər, amma bir gün dönəcək. Dönər elə deyil mi? Dönər, dönər. Qayıdacaq geri, hiss edirəm. Gələcək.
Bəzən ümid işığım sönməyə yaxınlaşır, amma qoymuram. Olmaz, sönməsin.
Dualarımdasan. Həsrətlə gözləyirəm səni. Darıxmışam. Allahdan istəyə bilirəm sadəcə. Başqa heç kimin mənə köməyi dəyməz.
Olmadıq yerlərdə ağlıma niyə gəlirsən ki? Göz yaşlarım vərəqin üstünə tökülsə də sən bunu görmürsən. Sən heçnə bilmirsən. Bəlkə də heçnə hiss etmirsən, amma canım yanır. İncinmişəm. Sanki ruhum uzaqlaşıb buralardan.
Qayıdan zaman dəyişmiş olsan? O zaman nə edəcəm?
Dəyişmə olar?
Bəlkə də buralar adi gələcək sənə. Bəlkə də mən də adi gələcəm sənə. Nə də olsa unutma..
Dualarımda sən də varsan...23.09.2018
🌙
01.04.2019
(9 ay sonra)Yazılar çatmaz bəlkə də uzaqda olan insanları bir kitaba sığdırmağa. Səhifələr yetməz. Sən mənim kitabımsan deyəsən Mətin. Oralar buradan xeyli uzaqdır. Olmadığın günləri, olmadığın anları xatırlayıram. Hər dəfəsində eyni küçələrdən keçərkən minlərlə neyron tərəfindən beynimə həkk olunmuş xəyalın canlanır gözlərimdə.
Bütün bu düşüncələri yerlə yeksan etdi beynindən. Çıxardı atdı bir kənara. İndi yeri deyildi. Bütün diqqətini yola yönəltdi. Bu qədər fikirli getməməliydi. Hər an hər şey ola bilərdi. Elə bu anda birilərinin gəldiyini gördü uzaqdan.
Oxşatdı.
Bu o idi?
O deyildi əlbəttə. Boşuna ümid vermədi özünə.
Yetər artıq. Əzab vermə hisslərinə - deyə içərisindən bir səs danışdı. Edə bilmədi. Nə beynindən çıxara bildi, nə də qəlbindən.
Sanki hər məkan ona xatırladırdı Mətini.
Sadəcə dərindən nəfəs verdi.
Hər şey keçib gedəcək. Bilirəm bir gün bitəcək həsrət. Gələcəkmi görəsən buralara? Məni unudub yoxsa hələ də yaddaşındayam? Görəsən necə xatırlayır məni?
Keçib gedən dəqiqələrdən sonra nəhayət evə çatıb rahat yatağına ata bilmişdi özünü. Amma artıq fikirləşmirdi. Az-çox təcrübə qazanmışdı, bəzi insanların güvənilir olmayacağını öyrəndiyi kimi.
Yorulmuş ola bilərəm. Amma hələ də gülürəm. Güldürən Rəbbimə şükürlər olsun.
Hər gün etdiyi kimi xəyal quraraq necə yuxuya getdiyini hiss etmədən getdi yuxuya.
Keçməmişinin xəyalıyla...
ŞİMDİ OKUDUĞUN
Dualarımda sən
Chick-Lit'Məsafələrə rəğmən sevmək eşqsə , sevməmək xəyanət sayılmazmı heç?' Sən bir başqaydın. İllər boyunca səssiz sədasız sevmişdim səni. Düşündüyüm qədər saf və təmiz olmasan da, səhvlərinə rəğmən həyatımda idin. Oysa ki, sevgim heç bitməz sanırdım, aray...