Bölüm 9:Vaqonda qalan xatirə...

20 6 2
                                    

Vaqonların çıxardığı səslərin yaratdığı musiqi , sanki məni oyatmaq üçün daha da güclənmişdi . Qatar sanki hər şeydən qaçmaq istəyirmiş kimi sürrətlə irəliyə , öz yolu ilə hərəkət edirdi . Kiçik vaqon pəncərəsindən sürrətlə ötüb gedərək arxada qalan  ağaclara , insanlara baxırdım . Sanki ötüb gedənlər bir həyat , vaqon pəncərəsi isə bir insan gözü idi . Mən ? Vaqon pəncərəsindən sanki hər şeyi ilk görür kimi maraqla baxan mən nə idim? Vaqon bir insan , arxada qalanlar bizi ötüb keçənlər bir xatirə idisə , mən nə idim? Bəkə də , önəmi o qədər də fərq edilməyən ruh idim mən . Bəlkə də önəmsiz bir fikir ya da , vacib olmayan bir hiss idim ... Kim nə deyərsə desin , mən bu idim . Nə qədər yaxşı  olsamda , ya da  nə qədər yaxşı olmağa çalışsam da birilərinin hekayəsindəki o pis rolunu mən oynayacaqdım...


  Dayanacaqları bir-bir arxada qoyudurduq . Hər dayanacaqda yolçular vaqonu tərk edir , bəziləri sevinsələrdə bəziləri o soyuq üzlərini yaza aça bilmirdi . Mənim dayanacağım isə hələ çatmamışdı . Bu gün ikinci günüm idi . Bu kiçik işıqsız vaqonda bir az daha vaxt keçirərsəm artıq məni özündən bir parça edəcəyindən qorxurdum . Günəş batmağa hazırlaşırdı . Bu günədə əlvida deyib yerini Aya verəcəkdi .  Mən isə gözləyirdim . Dayanacaqlardan birinin də mənim olmasını , hekayəmin o dayanacaq ilə başlamasını gözləyirdim . Qatarlarda xatirələr ilə dolu idi, bəzi şeylər kimi . Dayanacaqda  gözlədiyi insanın gəldiyi üçün içdən içə sevinənlərdə var idi , qatar dayanacaqa çatdığında sevdiyi insana əlvida deyəcəyi üçün ağlayanda var idi . 


   Mən vaqonun hər xırdalığını gözdən keçirərkən yaranan səssizliyi , qapının yavaş döyüntüsü pozdu . "Gəl"- dedim tanıdıq birinin qapını açmasını hiss etmiş kimi . Qapı açıldıqca uzun boylu birinin başını əyərək içəriyə salırdı . Məndən yavaş bir səs tonu ilə içəri keçə biləcəyini soruşdu . Mən isə bütün yol boyu keçirdiyim boş və sıxıcı vaxtı xatırlayaraq ona icazə verdim . Qorxaq bir səs ilə salam vermişdi mənə . Çantalarını başımın üzərindəki rəfə yerləşdirirdi tələsərək . Sonra önümdəki boş yerdə oturdu və vaqona göz gəzdirməyə başladı . Sıxıcı və sakit olan bu vəziyyətə  dözə bilməyib:

- Adım Livianadır . Bütün yolu tək və sakit keçirdiyim üçün sənin gəlməyin bir az bu vaqona da və keçməyən vaxtada rəng qatacağıını düşünürəm - dedim sürrətli bir şəkildə önümdə oturan məni yaşlardakı uzun oğlana . O isə bir az utanaraq ya da bunu gözləməyərək bir az susdu və qulaqlarına qədər uzanan qəhvəyi saçlarını geri ataraq dedi:

- Flayd . Mənim adım Flayddı .  Digər vaqonlar adamlarla doludur . Boş olan vaqon isə yalnız sənin vaqonundu . Tək problem ən sonda olmasıdır . Çantaları beş vaqona yerləşdirib yenidən endirmişəm . Artıq bura sonuncu vaqondu , istəsəm belə o çantaları bir daha endirib başqa vaqonlara yerləşdirmərəm  - deyərək güldüyümü görüb dayandı . Və oda gülməyə başladı  . Mənə hara getdiyimi soruşdu . 

- İnan mənə mən də hələki hara getdiyimə əmin deyiləm . Əslində çatacağım yerə getmək istəyib istəmədiyimi belə bilmirəm . Sadəcə sınayıram . İstəsəmdə , istəməsəmdə bunu etməliydim , ya da etməməliydim . Amma bir gün bu yola çıxmadığıma peşman olmaqdansa , bu yolun sonu pis olar ona peşman olardım . Bunu isə oranı gördüyümdə biləcəm . Çünki insan kəşf etməlidi , sınamalıdır . Sınayıb , yaşayıb görmədən nəyin yaxşı , nəyin pis olduğunu bilmək olmur -  deyərək eyni sualı ona verərmiş kimi Flayda baxdım .

- Sən? Səni nələr gözləyir gedəcəyin yerdə . Yoxsa sən də mənim kimi  sadəcə sınamaq istəyirsən?- deyə qeyri ciddi bir şəkildə soruşdum .

-Demək olar ki mənim də səfərim səninki kimidi . Əslində bu yolun sonunda nə qazanacağımı , nə əldə edəcəyimi belə bilmirəm . Sadəcə eləyirəm ...  Dost olduğumuza görə sənə danışmaq istəyərəm . Əgər səndə istəyirsənsə - deyə kiçik gözlərini mənə doğri çevirdi . Flayda onu dinləyəcəyimi dediyimdə üzərindəki yaşıl rəngli yağışdan islanan paltosunu çıxararaq sözə başladı .

- Mən evdə hamıda olduğu kimi anam və atam ilə yaşayırdım . Atam həmişə işdə olardı , mənə vaxt ayırmazdı ,  bəzən məni unuda biləcəyini belə düşünürdüm . Anam isə yanımda olasa belə məni düşünməzdi . Mənimlə vacib olmadıqca ünsiyyət belə qurmazdı . Ona nə zaman istəklərimdən , xəyallarımdan danışsam ya qarşı çıxar , ya da dinləməzdi . Sadəcə var idi . Amma yanımda deyildi . Sevməzdi belə . Bəlkə də varlığımı belə hiss etməzdi . Mən ondan məni sevməsini istəmirdim , ya da mənə dinləməsini belə istəməzdim bəlkə də . Amma mənim ona verdiyim dəyər getdikcə öz mənasını itirirdi . Mən ona yaxınlaşdıqca , mən onu sevdikcə məndən uzaqlaşırdı . Qəzəbim tək özümə idi . Sonra çıxdım evdə əlvida belə demədən . Əlvidalar sadəcə dönməyəcəyin üçün deyildi . Həm də məcbur olduğun üçün idi . İndi isə hara gedəcəyimi bilmirdim . Tək olmaq ən qorxduğum şey idi . Amma başa düşdüm ki mənə axşı hiss etdirən tək şey elə yalnızlıq , təklik idi . 

      Gözləri dolmuşdu. Sanki o zamanları bir daha yaşayarmış kimi  . Sonra yavaşca pəncərəni yuxarıya qaldırdı , çənəsini kiçik ovcuna yerləşdirərək yeni havaya qalxan Aya baxırdı . Sanki bir daha heç görməyəcək kimi baxırdı ulduzlara . Bütün hekayələr çox fərqli idi , bizim hekayəmiz çox fərqli idi . Hər gün eyni havaya , eyni Günəşə , Aya , ulduzlara baxmaq bizi bir- birimizə ilə bənzətsədə , bizi fərqli edən , bizi biz edən hekayələrimiz idi . Əslində bizi öz edən hekayələri isə yaradan elə biz idik.....








    Bu bölümündə sonuna çatdıq . Güman edirəmki bəyənəcəksiz . Fikirlərinizi mənimlə bölüşməyi unutmayın . Gələcək bölümlərdə görüşənədək özünüzə yaxşı baxın , yaxşı qalın. Təşəkkürlər! <3




                                                             FATİMƏ AĞAZADƏ 

    

SİRİUS (tamamlandı)*Hikayelerin yaşadığı yer. Şimdi keşfedin