Bölüm 39:Addım ...

9 4 2
                                    

              ~ madrigal- ne zamandır sendeyim(music)~


{ Ayris hirsini cilovlaya bilmirdi . Dedikləri hər cümlə təkrar təkrar ağlına gəlirdi . Flaydın sözləri bu məqsədlə olmasa da onu daha da qəzəbləndirmişdi . Yerində dayana bilmirdi . Nə də ağlına gələn fikirləri özü üçün inkar edə bilirdi . Flaydın da dediyi kimi onun düşüncələri özünü məhv edəcəkdi . Bəlkə də Flaydı ... Kolidorlarda olmadığı qədər daha çox gəzirdi . Tək tək insanları yoxlayırdı sanki . Nəzarətçilərə diqqət edirdi . Sanki artıq bir addımı da o atmaq istəyirdi . Amma bu addım nə o qədər sakit , nə də təhlükəsiz görünürdü ... } 


      Dünən Aleclə aşağı mərtəbəyə düşsək də , uzun bir vaxt keçirsək də bir tək söz belə danışmamışdı . Sadəcə artıq ürəy sıxmağa başlayan suallarıma cavab verirdi . Onu daha çox məşğul etməyib otağıma geri dönmüşdüm . Elə bundan sonra da artıq səhər özü daha tez gəlmişdi . Mən də buna etiraz belə etmədim , sanki belə bir haqqım varmış kimi . Və arxasıycada işə başladım . Bundan əvvəl yeməy otağında Aleclə mən Ayrisi nə qədər axtarsaqda tapa bilməmişdik . Ən normal vaxtlarda belə Ayris istəsə də yeməyi qaçırmazdı . Əlində vacib iş belə olsa hər şeyi bir kənara qoyub bura hamıdan əvvəl gələrdi . Sadəcə yeml üçün yox , həm də başını işdən çıxarmaq üçün . Alec bir az daha dayandıqdan sonra dedi :

- Liviana , deyəsən , Ayris gəlməyəcək . Gəlsə də onsuz biz burdayıq , bizi görüb yanımıza gələr .

- O , həmişə hamıdan əvvəl burda olardı . O , həmişə bizi axtarırdı . 

- İşə bu gün tez başladım , o vaxtdan bu yana belə onu görmədim .

- Mən də . Bütün otaqlara baxsam belə yox idi .

- Görəsən , dünən axşam bir şey olmaz ?

- Düşünmürəm , bir birinə zərər verəcək biri deyillər .

- Yox , təbii ki , orasını bilirəm . Sadəcə dedim bəlkə , mübahisə falan edərlər .

- Alec , onlar həmişə elədi .- deyərkən Alec əli ilə masanı göstərib oturmağımızı dedi . Masaya əyləşib yenidən danışmağa başladı . 

- Ayris mənə Flayd haqqında demişdi . Flaydın belə bir tərəfi olduğunu istəsəm də təxmin edə bilməzdim . 

- Flayd pis biri deyil . Sadəcə Ayris belə qəbul edib və özünə doğruları etiraf edə bilmir . 

- Günahkar Ayrisdi deyirsən ?

- Yox , təbii ki . Ayris günahkar deyil , amma Flayda da günahkar deyil . Sadəcə bir birini dinləmirlər . 

- Anlamıram sadəcə . Hər şeyi yoluna qoymaq yerinə niyə belə edirlər .

- Bunu mən də anlamıram Alec . Sadəcə zamana buraxmaq lazımdır .

- Hə , düzdü . Zaman hər şeyi həll edib , yoluna qoyacaq , düzəldəcək .

- Bu tamamilə zaman deyil bəlkə də . Onlar üçün zaman həmişə var idi . Eyniylə hamıya aiddi bu . Bu sadəcə sevgidən asılıdı . İstəyərlərsə hər şeyi edə bilərlər . Təkcə insanlardan danışmıram . Bir yaraya belə , solğun çiçəyə belə sevgi göstərsən o zamanından daha tez sağala biləcək .

- Haqlısa deyəsən . - deyib yeməyinə dəvam etdi . Amma ağlında hansısa suallar onu narahat edirdiki elə hey düşünürdü . Bəzən uzun müddət bir nöqtəyə baxıb düşünürdü . Yeməyimin bir hissəsini yeyib tam bitirmədən yerimdən qalxıb dedim :

SİRİUS (tamamlandı)*Hikayelerin yaşadığı yer. Şimdi keşfedin