daft punk- get lucky ( music)
2 GÜN SONRA
Bir neçə gün idi ki insanlar dayanmadan çalışırdılar . Və elə bu günlərdə də bizim üçün sanki gecələrdə səhər idi . Çox çalışan yuxusuzluqdan huşunu itirirdi . Bəzən yemək üçün belə ara vermədən çalışırdılar . Bütün zamanlarını buna ayırsalar da hələ heç bir yenilik yox idi . Bu bir yandan mənim üçün yaxşı idi , amma bir yandan da hər şeyin daha pisə doğru getdiyinin görüntüsü idi . Gün keçdikcə stres artır və qaydalardaha da ağırlaşırdı . Mənə maraqlısı isə burada olduğumu necə anlamış olduqları idi .
Saat getdikcə daha sürrətli irəliləyirdi . Hamı sakit duraraq öz işini ciddi şəkildə görürdü . Alec böyük sənəd otağında olan mən və Ayrisi həyəcanlı səsi ilə qorxutmuşdu :
- Yenilik yoxdur?
- Yox daha heç bir şey tapa bilməmişik - deyə sanki tapsam da deyəcəkmişəm kimi reaksiya vermişdim .
- Məndə isə var . Düşündüyüm qədərilə axtarılanın şəkli əlimizdə var.
-Nə? - deyə sanki qorxumu səhvən bildirmişdim.
-Sevinəcəyinizi bilirdim . Artıq rahat işə qayıda bilərik deyəsən .
- O tapılıb ? - deyə yenə bilmədən sözünü kəsmişdim .
- Hələki yox təsüf ki . Ona bənzəyənləri burda sıra ilə yoxlamalıdırlar . Sonra isə əsas binaya göndəriləcək . Düşünürəm ki , şəkil köhnə olduğu üçün bu proses də çox vaxt ala bilər . Amma əsas odur ki var .
Ayris:
- Artıq kimdirsə tapılsın , bu qədər işin arasında bununla da gizlən qaç oynadıq - dediyində sanki Alec məcbur şəkildə gülürdü . Alec:
- Hamı ora getməyəcək . Saçı və ya gözləri qəhvəyi olanlar , ya da çox ağ dəriyə sahib olanlar . Buna görə indilik işə ara veririk . Sabahdan isə bəlkə də hətta indidən bu işləri həll etməliyik .
Hamı öz işinə geri qayıtmışdı . Mən isə otağıma yenidən . Çox güman mən də gedəcəkdim . Daha doğrusu getməli idim . Bu risk olsa belə, bu şansı qaçıra bilməzdim . Hələki anam əsas bina da olarkən . Ertəsi günə qədər həqiqətən çoxları bu siyahıya alınmışdı . Siyahını özümlə götürüb təbii ki Aleci də, ki Ayris bura gəlməyi istəmirdi , Flaydın otağına gəlmişdik . Alec seçilənləri əsas binaya aparması üçün tapşırılımışdı . Mən isə gəlməyim üçün bütün günü onu bu fikrimlə razı salmağa çalışmışdım . Ki artıq onunla Flaydın qarşısındaydıq . Alec sözə başladı :
- Tapşırdığınız kimi dediyin xüsusiyyətlərə uyğun olanları seçdik və hazırdılar .
Flayd:
- Əla, sabah səhər yola çıxacaqsız . Başqa bir əlavə istəmirəm.
- Əslində sizdən bir istəyim olacaqdı- deyə Alec dönərək arxasındakı mənə baxdı - Liviana, o bu işdə mənə çox kömək etdi . Siz də razısızsa onun da mənimlə gəlməsini istəyərdim . Bilirsiz ki , bu iş də o qədər asan deyil .
- Hə təbii ki , o onsuz da sizinlə gəlməlidi - dediyində sevinmişdim ki , sözünə dəvam etdi - Liviananı da özün ilə aparmalısan . Çünki dediyim xüsusiyyətlərə ən başlıca o da uyğun gəlir- deyərək təsdiq etməyim üçün üzümə baxırdı . Alec:
ŞİMDİ OKUDUĞUN
SİRİUS (tamamlandı)*
FantasyNəhayətində SİRİUSda bir ulduz idi.Hər ulduz bir gün sürüşüb axıb gedərmiş.Ya SİRİUSda bir gün gedərsə?SİRİUSdan uçan ulduzlara baxardıq . İlk gördüyümüzdə gözlərimizi yumub dilək tutardıq. Bəs SİRİUSu kim görəcəkdi? Kim həmin an içdən dilək tutacaq...