Bölüm 21:İş günü

9 3 3
                                    

Ayaqlarımı bir neçə gündən sonra yerə qoymuşdum . Addımlarım sakit idi , amma iləri getməyi bacarırdım . Hər bir yerə sanki kiçik uşaqlar kimi maraqla baxırdım , ilk dəfə görürmüş kimi . Vaxt keçdikcə hər şey öz yerini tapırdı . Və mən artıq sağlam düşünə bilirdim . Bu gün yenə işə başlamışdıq . Ayris yanımdan ayrılmırdı . Həm kömək eləməyə çalışır , həm də mənə dayanmadan suallar verirdi . Ətrafdakı işçilər dayanmadan çalışırdılar . Və qəribə bir sakitlik var idi . Amma sakitliyin səsi yaxşı gəlmirdi . Sanki hamı tələsik bir şəkildə nəyəsə hazırlaşırdı . Mən də səs çıxarmırdım , sakitliyin ritmini pozmayım deyə . Bura gəldikdən bu vaxta qədər Günəşin işığını görməmişdim . Qaranlıq otaqlardakı ən parlaq işıq mənbəyi sadəcə insanların gözləri idi . O işıq isə doğru yerləri aydınlaşdırmırdı . Və ya tək bir musiqi dinləməmişdik , buradakı tək musiqi insanların yüksək , bəzəndə xoşa gəlməyən səsləri idi . Amma dayanmayan insan səslərinə , gördüyüm mənzərərlərə artıq öyrəşirdim . Ancaq buranın tam olaraq nə , hara olduğunu , nə üçün olduğunu başa düşmürdüm . Bunu bir neçə nəfərdən soruşsamda , keçəri bir səbəb tapa bilməmişdim . Buranı əvvəlcə insanların kömək üçün müraciət etdiyi bir yer olaraq düşünsəmdə , deyildi . Bəzən insanlar buradan getməyə çalışır və onlara sərt qarşılıq verilir , hətta icazə belə verilmirdi . Bununla yanaşı sərt bir rejimdə var idi . Buna çox az insan müqavimət göstərə bilirdi . Buna görə ölüm sayı gün keçdikcə artırdı .Hər gün gördüyüm insanları , bilmədiyim bir vaxtda itirirdim . İşçilərdəki hərəkər artırdı . Sanki içlərində qorxu varmış kimi . Bunu onlardan soruşduqda isə mənə dümdüz baxıb , heç bir cavab belə vermirdilər . Elə bu vaxt narıncı saçları qaçaraq gəldiyi üçün dağılan Ayris , nəfəsi kəsilmiş bir halda dedi :

- İşlərini bitirdin Liviana?

- Hə , demək olar ki bitib . Niyə ?

- Məndə yeni öyrəndim , bu gün üst yerdən bura adamlar gələcək . Səbəbini bilmirəm , amma hamı çox ciddi hazırlaşır . 

- Mən üst yerin nə olduğunu belə bilmirəm, amma işlərimi həll etmişəm . 

- İkimizdə burada yaşananları və əslində təhlükəli bir yer olduğunu bilirik . Liviana yəqin ki bunun fərqinə varmısan ?

- Hə , əslində tam olaraq yox . Buradakı təhlükələri başa düşürəm əlbəttə , amma nə elədiyimizi , nə üçün elədiyimizi anlamıram . 

- Bax , bura bildiyimiz kimi deyil . Siriusun bilinməyən bir yerində , çox az insanın bu təhlükədən xəbərdar olduğunu bilməlisən . Sənin səbəbini və ya nə üçün burda olduğunu mən də bilmirəm , lakin mən burda daha çox vaxt keçirmişəm və başıma gələnlər o qədər də xoş deyil . 

- Əgər istəsən bunu mənimlə bölüşə bilərsən , çəkinmə , biz axı dostuq . 

- Səninlə ilk qarılaşdığım gündən bir neçə həftə öncə buranı yeni görmüşdüm . Uzun bir vaxt idi ki buranı axtarırdım . Özümdən yaşca böyük olan bacım burada məcburi bir şəkildə işə başlamışdı . 

- Ona da digər insanlar kimi istəmədən bura gətirmişdilər ? 

- Yox o öz istəyi ilə gəlmişdi . Onu hər gün görmək üçün bura gəlirdim , amma icazə verilmirdi . Bir dəfə özümü toplayıb gizlicə içəri girməyi bacardım . Bir - bir otaqları gəzdim . Birdən yüksək bir çığırma səsi gəldi . Həmin səs gələn tərəfə getdiyimdə isə , əlləri qan içində olan bacımı uzaqdan gördüm . Sonra onu bir və ya iki adam tutub aparmağa çalışırdı . Bunu görərkən özümü saxlaya bilmədim . Ona tərəf irəliləmək istədikdə isə mənim qarşımı kəsdilər . O anları tam olaraq xatırlamıram . Gözümü açdıqda isə otaqda əli bağlı şəkildə uzanmışdım . Burada qalmağımın səbəbidə budu , onu tapmaq üçün hələ də olanlara dayana bilirəm . Bunu sənə danışmağımın səbəbi , buranın bildiyin kimi bir yer olmadığını sənə deməyə çalışmağım idi . Amma bundan heç kimə bəhs eləmə . 

- Hə əmin ol . Mən buranın təhlükəli olduğunu bilirdim , amma bu qədərini yox . Bəlkə də görmədiyimiz , bilmədiyimiz çox şeylər yaşanıb .

- Sadəcə hər şeyə hazır olmalıyıq . Sən? Sən necə bura gələ bildin? 

Ona əvvəlcə olan bitən hər şeyi danışmaq istəsəm də , bunu eləyə bilməzdim . Sırf bunun üçün yanımda olan çox insanı itirdim . 

- Mənim hekayəm o qədər də deyil . Mən ... mən sadəcə səhvliklə bura gəlmişdim və sonra ... sonra özümü elə otaqda görmüşdüm . 

Uydurduğum yalanlar o qədər də inandırıcı deyildi , amma vəziyyətdən çıxa bilmək üçün bəs edirdi . Ona yalan demək istəməzdim , lakin buna məcbur idim . Bəzən insanların dedikləri yaşadıqlarından fərqli olur . Amma bəlkə də insan yaşadıqları qədəri dilə gətirməyi bacarır . Ona həmin sözləri verən , hiss etdirən yanmışlardı . İstər pis , istərsə də yaxşı xatirələr insana yeni şeylər qatır və öyrədir . Və bəzən bu nə qədər dərin eləcə də mənalı olsa da bunu dilə gətirə bilmirik . Və ən əsası bunun səbəbi də insanın yenə yaşadıqlarıdır . Bəzən sözlər nə qədər mənalı və dəyərli olsa da bunu ifadə edə bilmirik . Həmin sözləri ya baxışlarla , ya qələmlə , ya da yaşayaraq ifadə olunur . Ən qəribəsi odurki belə bir şəkildə hisslərimizi ifadə etdikdə bundan özümüz belə xabardar olmuruq......















BU GÜNKÜ BÖLÜMÜNDƏ SONUNA GƏLDİK . GÜMAN EDİRƏM Kİ OXUYUB BƏYƏNƏCƏKSİZ. GƏLƏCƏK BÖLÜMLƏRDƏ GÖRÜŞƏNƏDƏK ÖZÜNÜZƏ YAXŞI BAXIN VƏ YAXŞI QALIN . HAMIYA XOŞ OXUMALAR VƏ XOŞ GÜNLƏR ARZU EDİRƏM . TƏŞƏKKÜRLƏR!

Digər hesabım: @FatimeAazade1

İnstaqram: papatybook




                                                    FATİMƏ AĞAZADƏ

SİRİUS (tamamlandı)*Hikayelerin yaşadığı yer. Şimdi keşfedin