Bölüm 15:Qaranlıq səs...

10 5 4
                                    

Qaranlıq duman kimi bütün otağı boğurdu . Sanki səs çıxarsam səsim sonsuz bir dərinlikdə qaranlığa qarışacağmış kimi hiss edirdim . Amma bəlkə də qaranlıqda bir səs idi . Öz dərinliyində , sonsuzluğunda itən bir səs . Qaranlığın səsini qapının səsi pozmuşdu . Və qaranlıqda pozuldu, işıqları içəri girən balaca boylu həkim yandırdı və heç bir şey olmamış kimi heç nə demədən yanıma gələrək yenə iti ucu ilə məni həqiqətən qorxudan iyəni qoluma yaxınlaşdırdı . Ağrını hiss edirdim və iynənin damarlarıma axıtdığı mayeni sanki  hər şeyi içinə çəkirmiş kimi hiss edirdim . Bütün bədənim gücdən düşürdü və bu qədər hadisənin nə üçün olduğunu hələ də anlamırdım . Soyuq sanki məni əsir almışdı . Sanki heç bir zaman sonlanmayacaqmış kimi , məni heç vaxt buraxmayacaqmış kimi . 

  Mənə hələ olub bitənləri fikirləşdiyimdə , otaqda tək olmadığımı hiss etdim . Onunla aramızda üç dörd addım olardı . Yataqda kiçik pişik balası kimi qıvranırdı . Birdən ani bir hərəkətlə yataxında dim-dik oturaraq mənə düşmən kimi baxmağa başladı . Narıncı saçları üzünə dağılaraq , üzünün yarısını gizlətmişdi . Bunu kim görsə gülərdi , eyni mənim kimi . Amma deyəsən o güldüyümü görmüşdü . Bu dəfə saçlarını cəld bir şəkildə düzəltməyə çalışsa da yenə əvvəlki halını qoruyurdu . O da mənimlə bərabər gülməyə başlamışdı . Lakin bu gülüşün arxasında sanki boşluq varmış kimi hiss edirdim . Bəlkə də mənimdə onun  kimi olduğumdan idi belə düşünməyim  . Əlləri ilə incə narıncı saçlarını düzəldərək:

- Sən deyəsən yenisən?

- Hə yeniyəm. Adım Ar....Livianadı. Mən nə vaxtdan burdayam?

- Sən iki gündür ki burdasan . Birazda hərəkətsiz qalsaydın artıq sənin yaşamadığını düşünəcəkdim . Mənim adım isə Ayris.-deyərək utanaraq güldü . 

- İki gün ? Hələ də sanki hərəkətsiz qalmaq rahat kimi gəlir . Bəs.. bəs mən niyə burdayam . Mən ki heç kimə heç bir şey etməmişəm . Mən sadəcə burada çalışmaq istəyirdim . Bura haradı ? Mən hardayam ?

- Düşündükcə suallar artacaq . Sən sən istəyərək bura gəldin? Yəni istəyərək burada çalışmaq istədin?

- Hə özüm istədim. Tək başa düşmədiyim isə bu sözü dediyimdə hamının təəccüblənməsidir-deyəsən bir az səsimi yüksəltmişdim . 

- Bunu vaxtla səndə başa düşəcəksən . Bunu bizə niyə etdiklərini dəqiqliklə bilmirəm amma , eşitdiyimə görə bunu bizə gücümüzü yoxlamaq üçün edirlər . 

- Bu güc yoxlamaqdır ? Əlimizdəki hər şeyimizi alacaqlarmış kimi . Bu hara qədər dəvam edəcək? 

- İnan bilmirəm . Amma tez zamanda bitməlidir . Yoxsa bütün gücümüzü alacaqlar . Səndən əvvəl burada bir nəfər daha var idi . Ona nə olduğunu məndə bilmədim . Dost olmuştuq . Səhər oyandığımda isə tək olduğumu gördüm və o birdə gəlmədi . Onun adı Fla...Fredi yox yox məncə adı Flayd idi . - deyərək hələdə gözlərini divara dirəyərək düşünürdü . Amma nə , bu ad .. bu ad mənə tanış idi . Flayd ...Flayd vaqonda tanış olduğum oğlan ... yox o ola bilməzdi . Ola da bilərdi amma ehtimal deyildi . Yada Ayris yanlış xatırlayırdı . Amma ya o idisə ? O bura nə üçün gəlmişdi? Axı o ? Ayris donuq gözlərimə baxaraq soruşdu:

- Deyəsən hərəkətsiz qalmaq çox xoşuna gəldi . 

- Yox... Flayd...

-Flayd? Onu tanıyırsan?

- Onunla bura gələrkən təsadüfən tanış olmuşduq . Sən onun adının Flayd olduğuna əminsən?

- Hə amma, əslində yox . Əmin deyiləm . Sadəcə yadımda deyil . 

- Ola bilər ... Onun yaşıl gözləri var idi . 

- Onuda dəqiq bilmirəm . Bizim aramızda çox məsafə var . Gözünün rəngini istəsəmdə görə bilməzdim - deyərək güldü . Səndə çox düşünmə eyni adamdan danışdığımıza belə əmin deyilik- deyə yenə incə səsi ilə güldü . Onunla birlikdə məndə gülməyə başladıq

- Deyəsən biz çox yaxşı dost olacayıq . 

- Hə məncədə.

    Bu günə qədərki heç bir şey sanki heç yaşanmamış kimi içtən gülürdük . Ayris hər güldükdə sanki onu bir qorxu dayandırırdı . Sonunda sevinc işığı ilə dolan bu anı qapıdan içəri girən az öncəki balaca boy həkim ya da sadəcə həkimə bənzər geyimlə içəri girən masqalı adam yatağımın üzərinə iki dəst eyni rəngli geyimi kobud bir şəkildə ataraq :

- Tez bir vaxtda bunları geyinin . Sonra burada bizi gözləyin . Gecişmə olmasın . Əks halda cəzanı siz çəkəcəysiniz . Tez...- deyib qapını bərk şəkildə bağlayıb getdi . Ayrislə bir birimzin üzünə baxarıb bayaq nə olduğunu düşünürdük . Ayris saçlarını geri ataraq yatağından çıxıb yanıma yaxınlaşdı .  Açıq bənövşəyi rəngli geyimlərdən birini əlinə alaraq : 

- Fikrimcə başqa seçimimiz olmayacaq . 

- Çox güman . Məncə olduğumuz vəziyyətdən daha pis heç bir şey ola bilməz .

Yataqdan qalxmağıma Ayris kömək etdi . Axırki ayaqlarımı yerə qoymağı bacarmışdım . Dik durduğumda isə sanki bütün ağrılar mənə bürünübmüş kimi ağrı hiss edirdim . Amma yaxşı kimi ağrı getdikcə azalırdı . Ayris artıq əynini geyinmiş , narıncı saçlarını toplayaraq mənə baxıb:

- Səncə necə görünürəm?

- İnana məndə bu geyimi geyindiyimdə sənin kimi gözəl görünəcəyəmsə , o paltarı heç vaxt üzərimdən çıxarmaram . 

- O zaman tələsməlisən yoxsa gecişəcəyik .

Nəhayət ki geyindim . Amma yenədə Ayris kimi görünmürdüm . Nə qədər içtən gülsəmdə , ya da nə qədər qorxmaz və sevincli görünsəmdə  içimdə sanki bir boşluq var idi . Və o boşluğu hansı parça ilə dolduracağımı bilmirdim . O boşluğun nə olduğunu belə bilmirdim . Sanki tamamlanmamış bir şey olduğunu hiss edirdim . Nəyisə gözləyirdim amma, onun nə olduğu haqqında heç bir fikrim yox idi . O boşluq dolduğunda belə içimdəki boşluğun dolacağından əmin deyildim . Bəlkə də belə düşünməyimlə yaranırdı həmin boşluq . Amma nə düşündüyümdə dola bilərdiki ? Bəlkə də o boşluq fikirlərim idi........







BU GÜNKÜ BÖLÜMÜNDƏ SONUNA GƏLDİK . GÜMAN EDİRƏMKİ OXUYUB , BƏYƏNƏCƏKSİNİZ . GƏLƏCƏK BÖLÜMLƏRDƏ GÖRÜŞƏNƏDƏK ÖZÜNÜZƏ VƏ FİKİRLƏRİNİZƏ YAXŞI BAXIN . TƏŞƏKKÜRLƏR! <3

instaqram: papatybook

digər hesabım: 


                                                   ___FATİMƏ AĞAZADƏ___


SİRİUS (tamamlandı)*Hikayelerin yaşadığı yer. Şimdi keşfedin