Bölüm 20: Yuxu....

7 3 3
                                    

"Hava əvvəlkindən daha Günəşli idi . Külək yavaşca yanımızla keçərək bizi arxada qoyurdu . Böyük vadidəki o dəniz yenədə hərəkətli idi . Sanki dəniz Günəş üçün güzgü idi . Özünə baxaraq işığını getdikcə artırırdı . Bizsə havada uçan rəngli kəpənəklərə baxaraq gedə biləcəkləri yerə qədər gözümüzü üzərlərindən çəkməzdik . Yaşıl otların üstündə isə kitablarımız və yanımda uzanmış Sərçə var idi . Anamın səsi sanki havanı daha da xoş edirdi . İncə saçları havada rəqs edirdi .  Mənə isə bunları izləmək bəs edərdi . Yanımda olduğu müddətdə hava həmişə mənim üçün "Günəşli" olardı. Bir təbəssümü isə hər şeydən daha dəyərli idi . Küləyin sürəti getdikcə artırdı . Bunu yaşıl budaqlı ağacların hərəkətindən və ya kitabın vərəqləri bir şey deyərmiş kimi vərəqlənməsi də göstərirdi . Günəş nədənsə gözdən itmişdi və havaya bilinməyən səsizlik çökmüşdü . Buludlar sanki harayasa tələsirmiş kimi hərəkət edir , yerlərini isə qara buludlar almağa başlamışdı . Artıq o rəngli kəpənəklər isə görünmürdü . Üzümə kiçik su damcısı düşəndə isə yağışın yağacağını təxmin etmişdim . Amma bu qədər də tez ola bilməzdi . Yağış damcıları kiçik olsa da , sürrətlə yağırdı . Hava artıq fərqli hala gəlmişdi . Günəşin yerini qara buludlar , isti küləyin yerini isə yağış almışdı . Anam ... o yox idi . Əvvəlcə yağışdan qorunmaq üçün kənara bir yerə çəkildiyini düşünsəmdə , yox idi . Gözlərim sürrətlə hər bir tərəfdə onu axtarırdı , lakin o ... o görünmürdü . İslanmış saçlarım üzümü də isladırdı . Yerə kitabların mürrəkkəbi axırdı . Dəniz sanki hər şeyə qarşı çıxıb , etiraz edirmiş kimi hərəkətli idi . Havadakı duman ətrafı görməyə maneə olurdu . Sadəcə uzaqdan dənizin üzərində kiçik  bir gəmi olduğunun fərqinə vardım . Üzərindəki birinin ağ rəngli geyimindən bunun anam olduğunu anladım . İncə əlləri ilə mənə  "əlvida" deyirdi sanki . Ona səslənirdim amma məni görmürmüş kimi başını aşağı salmışdı . Saçıarı üzünü örtməyə çalışırdı .  Və sanki ona hər baxdığımda burdan daha da uzaqlaşırdı . Gəmi bir kağız parçasından düzəldilmişdi . Dəniz onu sanki özünə doğru çəkirdi . Və gəmi getdikcə aşağı doğru batırdı . Səsimi bəlkədə bütün Sirius eşidə bilərdi , amma o eşitmirdi . Addımlarım getdikcə sürrətlənirdi . Artıq irəli gedə bilmədiyimi başa düşdükdə isə dənizin bir hissəsini geridə qoyum dərin olan yerinə qədər gəldiyimi gördüm .  Amma gəmi artıq gözdən itmişdi . Göz yaşlarım dənizin duzlu suyu ilə qarışırdı . Duzlu su gözümü yandırırdı . Amma bunun o qədər də önəmi yox idi . Ona səslənirdim :

- Buradayam de ... getmədim de .... 

Amma səs yox idi . Nə onun , nə də ətrafın ....."



      Gözlərimi açdığımda yenə həmin qaranlıq , kiçik otağı tanıdım . Yenə qışqırıq səsləri ətrafı bürümüşdü . Hərəkət etmək istədikdə isə boynumdakı sarğı mənə maneə olurdu . Əllərimlə üzümə toxunurdum , üzümün yara olduğunu həmin an anladım . Birdə yadıma az əvvəl gördüyüm yuxu düşdü . Sanki bir nağıl idi . Həm yad , həm də heç olmadığı qədər doğma idi . Dəniz , sahil , Sərçə , yaşıl otlar , hər səhifəsini əzbər bildiyim kitablar , Günəş , kəpənəklər və kiçik təbəssümlər .... hamısı sanki .... sanki yaşananlar idi . Bir gün yaşanmış , indi isə yuxu kimi xatırlananlar ... Hə , indi xatırlaya bilirdim . Tam deyildi , amma parça parça olsada xatırlayırdım . Onu , qoxusunu , baxışını , təbəssümünü ....  Bu hisslər bəzən qorxu yaradırdı , suallar yaradırdı və ən pisi də bəzən peşmançılıq yaradırdı . Bunlara nifrət edərdim . Çünki həmişə içimdəki bir boşluğun yaranmasına səbəb olardı və mən özümü bundan qoruya bilməzdim . Ya bunu qəbul edərdim , ya da tək qalmağı seçərdim . Çünki tək qaldıqda özünü yalnız özün düşündürərsən...

" İnsanlar nifrət ediklərindən qorxarlar , bəlkədə qorxduqları üçün nifrət edərlər "










BU GÜNKÜ BÖLÜMÜNDƏ SONUNA GƏLDİK . GÜMAN EDİRƏM Kİ , OXUYUB  BƏYƏNƏCƏKSİZ . GƏLƏCƏK BÖLÜMLƏRDƏ GÖRÜŞƏNƏDƏK ÖZÜNÜZƏ YAXŞI BAXIN , YAXŞI QALIN . XOŞ OXUMALAR. TƏŞƏKKÜRLƏR!

Digər hesabım: 

İnstaqram: papatybook




                  =====================FATİMƏ AĞAZADƏ ======================

SİRİUS (tamamlandı)*Hikayelerin yaşadığı yer. Şimdi keşfedin