Bölüm 11: Ləkə.....

18 6 3
                                    

Dayanacaq getdikcə yaxınlaşırdı . Sanki oraya çatdığımda itirdiyim bir yaxınım , dostum ilə görüşəcəkmişəm kimi içimdə kəpənəklər uçurdu . Bəlkə də o kəpənəklər azad olmaq istəyirdilər. Mənim kimi . Vaqondakı uzun saatlı səssizliyi indi dayanacaq yaxınlaşır deyə hazırlaşan , həyəcanlı insanların səsləri əvəz etmişdi . Bu sevınclı bir həyəcan idi . Günəş daha yeni havanı boylamış , ucsuz bucaqsız sonu olmayan səmasına qovuşmuşdu . Üfüq sanki neçə illərdir Günəşi gözləyərmiş kimi rəngdən rəngə boyanaraq onun üçün yol yaradırdı . Günəş isə təpəyə çıxar çıxmaz insanları öz şüaları ilə çevrələyib isidirdi . Günəşi isə mavi səmada ləkə kimi  görünən buludlar çevrələyib , sanki onu qoruyurdu . Bəzi insanlar ulduzların , Ayın , Günəşin yəni planetlerin , səmanın ləkələri olduğunu düşünüb ,  planetlərin səmanı çirkləndirdiyini düşünürlər . Bəlkə də planetlər deyil əksinə , səma o göy cisimlərinin , parlaq ulduzların ləkəsi idi bəlkə də......

        Yolumuz sanki xəyallarımız , fikirlərimiz kimi getdikcə qısalırdı . Ağaclar , kiçik evlər vaqonun pəncərəsindən sanki qorxub qaçaraq uzaqlaşırmış kimi keçir , geridə qalırdı . Ya da biz onların yanından sürrətlə keçərək onların arxasında qalırdıq . Məktublarımızı yazmışdıq . Mən məktubumu çoxdan oxumalı olan insana çatdırmışdım . Amma Flayd hələ də məktubu vermirdi . Hər məktubu götürmək istəsiyimdə israrla son dayanacaq da verəcəyini deyirdi . Mən də sırf onu bu hərəkətimi sevmədiyi üçün həmin şeyləri təkrarlayırdım . Flayd sanki kiminsə əlindəki məktubu axtardığını , sanki onu görər görməz əlindən alacaqlarmış kimi bərk - bərk əlində sıxaraq tutaraq , tez - tez açıb təkrar təkrar oxuyurdu . Nəhayət dayanacaq uzaqdan görünürdü .Əslində yeni bir hekayəyə addım atırdım . Sonunda nə olacağını bilməsəmdə sanki son çarəmmiş kimi irəliyə gedirdim . Çünki bunu etməliydim . Risq almalı idim , çətində olsa bunu bir gün edəcəkdim . Risq almaqdan əgər qorxarsaq , o risqi başqaları öz boynuna götürər və sizin xəyalınızı və əslində sizin hekayənizi o yaşayar . Mən həm öz hekayəmi yaşamaq , həm də öz hekayəmi yazmaq istəyirdim . Geriyə dönüb baxdığımda nələr yaşadığımı görüb , xatırlayıram . Bəlkə də hekayəmizi böyüdən , mənalaşdıran bu idi . Aldığımız risqlər və yaşadıqlarımız. Yenidən hekayəmizə baxdıqda isə həmin yaralar , həmin yaşananlar bir ləkə kimi qalmışdı hekayəmizdə . Hər toxunduğumuz da bizi incidən , amma geriyə dönüb hər baxdığımızda bizə sanki xatirələr ilə dolan bir portiret göstərirdi . O şəkildəki boyalar bizim ağrılarımız , yaşadığımız ağır hadisələr , biz isə kağız idik . Bəlkə də varlığından narahat olduğumuz həmin ləkələr bizim həyatımızı rəngləndirmişdir . Ya da həmin ləkələr bizi yaratmışdı . 



        Biz artıq az , hətta heç olmayan əşyalarımızı çantalarımıza toplamağa başlamışdıq . Flaydın gözlərində uzun - uzun baxsamda heç anlaya bilmədiyim bir kədər , narahatlıq hissi var idi . Flayd.... Biz  bir - birimizi bəlkə də bir daha görə bilməyəcəkdik , bəlkə də özümüzü tam tanımırdıq . Amma xatirələr  bizi unudulmaz etmişdi . Bir gün bir - birimizi unutsaqda , heç tanımasaqda xatirələr və bir yerdə keçirdiyimiz anlar bizi sonsuz etmişdi . Bəlkə də bu , xatirələrimizin ya da , həyatımızın ən rəngli ləkələri idi . Ya da sadəcə bizim görə biləcəyimiz rənglər idi . Baxdıqca , xatırladıqca dərinləşən , sonsuzlaşan rənglər idi . Bəlkə də o rənglər biz idik..........










    BU GÜNKÜ BÖLÜMÜNDƏ SONUNA ÇATDIQ . GÜMAN EDIRƏM Kİ BƏYƏNƏCƏKSİZ . OXUYUB FİKİRLƏRİNİZİ MƏNİMLƏ BÖLÜŞMƏYİ UNUTMAYIN . GƏLƏCƏK BÖLÜMLƏRDƏ GÖRÜŞƏNƏDƏK , HƏYATINIZDAKİ RƏNGLİ LƏKƏLƏRƏ VƏ ÖZÜNÜZƏ YAXŞI BAXIN , YAXŞI QALIN . TƏŞƏKKÜRLƏR!!!

      İNSTAQRAM HESABIM: papatybook 

DİGƏR ƏSAS VƏ KİTABIN MÜƏYYƏN HİSSƏLƏRİNİ PAYLAŞDIĞIM VATTPAD HESABIM : 

                                                                                                                                                                FatimeAazade1

                                             <3  < 3 <3




          

                                                    FATİMƏ AĞAZADƏ 

SİRİUS (tamamlandı)*Hikayelerin yaşadığı yer. Şimdi keşfedin