Bölüm 34:~ Ulduzlu gecə~

10 4 1
                                    

                     yaşlı amca - yıldızlara bak (music)


Flayd birdən sakit halını pozaraq , otaqdan çıxıb qapını olduqca yüksək səs çıxaracağı qədər bərk örtmüşdü . Günahın gec də olsa məndə olduğunu başa düşürdüm . Əslində otaqda qalıb anamın yanına getmək istəsəm də , artıq problem yaratmaq istəməyib Flaydın arxasıyca getmək qərarına gəldim . Doğruları deyə bilməyəcəkdim , amma heç deyilsə onun yanında olub onu sakitləşdirə bilərdim . Qapıdan çıxar çıxmaz Aleclə qarşılaşdım :

- Alec, Flaydın hara getdiyini gördün?

- Az əvvəl yanımdan keçdi . Nə olduğunu soruşdum , amma deyəsən hirsli idi . Heç bir şey demədi . 

- Hə. Amma onu tapmalıyam .

- Səndə bilirsən ki , bu qədər böyük bir yerdə axtardığını tapmaq asan deyil . 

- Bunu hər gün daha çox başa düşürəm . 

- Mən indi getməliyəm , çünki işləri gözlətmək olmaz . Sənsə məncə bir neçə nəfərdən daha Flaydı soruşsan tapa bilərsən . 

- Başqa çarə yoxdu çox güman . - dedikdən sonra Alec tələsərək işinə geri qayıtdı . 

Demək olar çalışdıqca bütün kolidorlara baxırdım . Və çox işçiyədə Flaydı gördüklərini soruşmuşdum . Sanki o bir neçə dəqiqəyə buxar olub gözdən itmişdi . Heç kimin ondan xəbəri yox idi . Alecin də dediyi kimi bu iş düşündüyüm qədər asan olmamışdı . Axşam yeməyi üçün hamı ən aşağıdakı mərtəbəyə enmişdi . Əlbəttə , hamı orada deyildi . İşlərinə dəvam edirdilər . Bəlkə Flaydı da orada taparam deyə aşağı endikdə , onsuz da Flaydın bura gəlmədiyini xatırladım . Ayris artıq yerini almışdı . Alec isə fikrimcə hələ işinə dəvam edirdi . İşinə bu qədər bağlı birini daha görməmişdim . Hələki belə bir işə . Ayris ətrafa boylanan məni görüb , əli ilə məni çağıraraq sanki onu daha görmədiyimi bilirdi . Ona yaxınlaşıb qarşısındakı boş yerə daha oturmadan danışmağa başlamışdı :

- Kimi axtarırdın ?

- Heç kimi elə baxdım sadəcə . Bəlkə buralarda bir yerdə olarsan deyə .

- Bax , düzgün düşünmüsən burdaydım . 

- Alec , o hardadı ? - deyə soruşarkən belə çox da bəlli etməmək istəyərək ətrafda gözüm Flaydı axtarırdı . 

- Onun işi deyəsən bitməyib . Bitsə belə edəcək bir iş tapar özünə . Öz işlərimi etməsəm belə o , bütün bu qarışıqlıqda belə mənim işimi belə həll edir . 

- Bəlkə də elə buna görə işləri bitmir - deyib güldüm . 

- Yox , yox . Mən işlərimi edirəm əslində . Amma onun çox həvəsli olduğunu görüb , işlərimdən ona da ayırıram - deyə gülməyə yeni bir səbəb tapmışdı . 

- Yaxşı üsul imiş . Daha doğrusu çox məntiqli . De görək yeni iş yerimiz xoşuna gəldi . Yadıma gəlir ki , heç razı deyildin . - deyə bu dəfə mən kinayə ilə gülürdüm . 

- Razı olduğumu demərəm , amma pis də deyil təbii ki . Çox da fərqli deyil . Onu görməsəm daha da yaxşı olar . 

SİRİUS (tamamlandı)*Hikayelerin yaşadığı yer. Şimdi keşfedin