Bölüm 33: (-07-)

11 4 1
                                    


Yeni iş yerində - əsas binada çalışdığımız ilk günlər idi . Bir neçə gün buradakı iş rejimini öyrənməyə çalışsaq da hələ edilməli olan çox şey var idi . Buradakı işlər Alecin də dediyi kimi idi. Bəzən digər binadan şikayətlənsəm də , indiki qaydalara görə əvvəlki iş çox çox asan idi . Mən hələki bu işlərdə Alecə kömək edirdim . Və ya digərlərinə . Tək istəyim isə anamla danışa bilmək idi . Nə olduğunu , niyə olduğunu bilmək idi . Buna görə də bir səbəb tapıb anamı görməli idim . Bunları fikirləşərək dərman qutularını ayırırdım . Kiçik otaq olsa da burada çalışanlar çox idi . Ayris əlində üst üstə olan "xəstələrin" sənədlərini masaya qoydu və dedi:

- Buyurun , yeni işlərimiz . Alec hərənin sənəd götürərək həmin pasientin üzərində çalışmalı olduğumuzu dedi- bu sözləri dedikdə bəlkə həmin sənədlərin arasında anamınkını da tapa bilərəm deyə, sürrərtlə sənədlərə baxırdım . Ayris mənim gizlədə bilmədiyim təlaşımı gördükdə :

- Liviana hamıdan çox həvəsli çıxdı . İstəsən bütün işi sənə verə bilərik- deyə deyib gülməyə başladı . Mən isə gülərək dedim:

- Yox , yox, bütün işlər lazım deyil . Mən sadəcə iş rejimini daha yaxşı öyrənmək istəyirəm- dediyimdə bu mənə çox da inandırıcı bir söz kimi gəlməmişdi. Sənədlərin içərisinə bir bir baxırdım . Ən son kağızda isə otaqların nömrəsi və həmin otaqda olanların şəkli olan siyahı var idi . Sıfır beş (05) nömrəli otaq anamın idi .  Sənədlərə bir də baxdığımda sıfır yeddi nömrəli otağın da burada olduğunu gördüm . Onu əlimə alıb həmin otağa doğru irəliləməyə başladım . Divardakı bildiriş hissəsində yazıldığına görə bir neçə mərtəbə yuxarıya qalxmalı idik . Həmin kolidor ciddi nəzarətlə qorunurdu . demək olar hər addım başı biri dayanırdı . Nömrələr fərqli fərqli idi . Sıfır üç ; sıfır dörd və axır ki sıfır beş . Otağın qarşısında iki nəfər dayanmışdı . Sıfır yeddi nömrəli otaq buranın yan tərəfində idi . Amma anamın yanına getməli idim . Onu görməli idim . Otağın qapısına yaxınlaşarkən həmin adamlardan biri qarşıma keçərək içəri keçməyimə icazə vermirdi . Ona burada çalışdığımı deyib əlimdəki sənədləri göstərdim . İkisi bir birinə baxdıqdan sonra qarşımdan çəkildi . Qapını açıb içəri girdikdə , əslində buranın normaldan daha böyük olduğunu anladım . Sanki böyük bir otaq , kiçik kiçik otaqlara bölünmüşdü . Gözüm anamı axtarırdı . Uzun rəflər müxtəlif dərmanlarla dolu idi . Bəzi otaqların divarı şüşədən ibarət idi . Digər otaqların bəzisində isə qapı yox idi . Ətrafa baxaraq donub qaldığımı Flayd mənə səslənəndə fərq etdim :

- Sən, bura necə girdin? - dediyində arxamda idi . Üzümü görüb: 

- Liviana , burda nə işin var ? 

Bir anlıq qorxub düşündükdək sonra , əlimdəki sənədləri və kağızları göstərərək:

- Burada etməli olduğumuz işlər var imiş . Ona görə bu otağa girdim- deyərək sanki heç bir şeyi bilə bilə etmədiyimi göstərməyi çalışırdım . Kağızları əlimdən alaraq:

- Diqqət etməmisən.Burada sıfır yeddi yazılıb , bura isə sıfır beşdi . Sənin çalışmalı olduğun yer , yan otaqdı . 

- Çox üzür istəyirəm , gözümdən yayınıb . İndi ora qayıdaram - sözlərimi hələdə çox bildrimədən ətrafa baxıb anamı axtararaq deyirdim .

- Bəs qapının önündə dayananlar , sənə heç bir şey demədilər? - dediyində fikrim başqa yerdə olduğu üçün olanları olduğu kimi deyildə , belə demişdim : 

SİRİUS (tamamlandı)*Hikayelerin yaşadığı yer. Şimdi keşfedin