Ağrı məni özünə bənzətmişdi . Vaxt da axan qan kimi sürrətli idi . Necə bitirdi , necə keçirdi və keçərkən necə yara buraxırdı anlaya bilmirdim . Otaq hələ də qaranlıq idi . Bəlkə də səs küy çox idi , amma mən eşitmirdim . Sanki həyat sadəcə mənim üçün dayanmışdı . Həyat dayanmışdı , amma zamanı dayandıra bilməmişdi . Bəlkə də zaman istəsə həyatı hərəkətə gətirə bilərdi , amma yox eləməmişdi . Çünki həyat bəzən zamanın üzərində yaralar , ləkələr buraxırdı . Və bəlkə də heç bilmədiyimiz bir vaxtda o ləkələr zamanı dayandıra , sonlandıra bilərdi . Və həyat yaralardan özünə zaman qurub ləkələri məhv edərdi . Amma bu zaman həyatda ləkələr kimi silinib gedərdi . Çünki həyatda bir ləkə idi . Yara sağalsa da ləkəsi qalmışdı . Amma o ləkəni silməyə nə zamanın , nə də həyatın gücü bəs etməzdi ....
Qaranlıq bu dəfə mənim üçün idi . Eyniylə səssizlikdə . Sanki Siriusun qaranlıq və bir o qədərdə boş olan bir yerinə zamansızca düşmüş və heç bir zaman işığı görə bilməyəcəkmişəm kimi hiss edirdim . Amma bundan sonra məni bu təkliydən nə bir işıq , nə də az da olsa fısıltı kimi bir səs xilas edə bilərdi . Mən .... mən belə özümü bu qaranlıqdan xilas edib qoparmaq istəməzdim . Çünki məni bura həbs edəndə elə özüm idim .
Nə qədər işığı görmək istəsəm də , Günəşin yenə istisini hiss etmək istəsəm də , yenə isti küləydə saçlarımı havaya əsir edərək uzun vadidə zəncirləri qıraraq azad bir şəkildə yavaş addımlar ilə qaçmaq istəsəmdə bunu etməyəcəkdim , əlimdən gəlsədə , fürsət olsa belə etməyəcəkdim . Çünki qaranlıq mənim üçün idi , qaranlıq mən idim . Hər yaxşı anımda , hər unudulmaz xatirəmdə işıq mənidə , yaxşısı ilə pisi ilə bütün həyatımıda kölgəyə çevirirdi . Və mən yenə soyuq bir otaq kənarında xatirələrim ilə qaranlığa təslim olurdum . Hər mənə yaxın olan insan , dostlarım , fikirlərim işıqlı anımda , sevincli , unudulmaz vaxtımda yanımda olsa da .... qaranlıqda sanki hamısı yox olurdu . Yenə günün sonunda özümlə tək başına qalırdım .
Özümlə üz - üzə gəldikdə isə heç bir şey görünmürdü . Sanki ikimzdə ayrı planetlərin insanı imişik kimi . Sanki bu vaxta qədər bir - birimizi heç görməyib , tanımamışıq kimi . Mən belə özümü qaranlıqda tək buraxırdım . Tək olacağımı bilsəm də , geri dönə bilməyi bacarmayacağımı bilsəm də bunu edirdim . Çünki , əslində mən özümü qaranlığa əsr vermirdim , qaranlığı özümə həbs edirdim . O qaranlıq nə qədər işığa həsrət olsa da , nə qədər istəsə də ona bunu vermirdim , öz əlimdə olsa belə vermirdim . Çünki əvvəlində sonunda yenə tək olacağımı bilirdim . Bunu özümə inandırmağım uzun çəkdi , amma bacardım . Mən artıq özümü yavaş - yavaş anlaya bilirdim sanki . İstəməsəm də özümlə barışmağa başlayırdım . Amma hər yeni addımda fısıltı gəlirdi . Bütün istəyimi , sevgimi , marağımı məndən qoparırdı . Və mən heç nə edə bilmədən geri dönürdüm . Mən özümə üzüyuxarı sürrətlə qaçaraq enirdim . Hər istəkdə geri addım atırdım . Bu mənim əlimdə deyildi . Əlimdəki tək dəyərli varlıq fikirlərim idi . Onuda məndən alalı üzərindən uzun vaxt keçmişdi . Geri qaytara bilməzdim bəlkə də , amma mübarizə etməyimə tək səbəbim bu idi . Oda olmazsa qaranlığın boşluğunda yox olub gedəcəkdim . Bəlkə də fikirlərim o qədərdə parlaq deyildi , amma mənim boşluğumu , mənim qaranlığımı aydınlatmağa bəs edərdi . Bəlkə də sırf bunun üçün hələ də özümü itirməmişdim , buna görə bəlkə də özümü hər dəfəsində qaranlıqda görsəm də tanıya bilirdim . Bərpa edə bilərmiyəm , düşünməyə belə gücüm yetərli olmurdu . Amma son dəfə görə bilsəm , həmin vaxta yenə dönüb xatırlaya bilsəm , irəli gedə bilərdim bəlkə də . Lakin , görünmürdü ..... Mənimlə bərabər onlarda görünmürdü . Bəlkə onlarında son işığı mən ola bilərdim , amma gec idi . Hərəkət belə etməyimizə dəyməyəcək qədər gec idi . Çünki artıq işıqda qaranlığa tərəf addımlayırdı ....... Mən isə yenə hərəkətsiz qalmışdım . Yolum görünmürdü..... bu dəfə duman bütün yolu bağlamışdı .....
BU GÜNKÜ BÖLÜMÜN DƏ SONUNA GƏLDİK . GÜMAN EDİRƏM Kİ, OXUYUB BƏYƏNƏCƏKSİNİZ . GƏLƏCƏK BÖLÜMLƏRDƏ GÖRÜŞƏNƏDƏK ÖZÜNÜZƏ YAXŞI BAXIN , YAXŞI QALIN. TƏŞƏKKÜRLƏR!
İnstaqram : papatybook
Digər hesabım : FatimeAazade1
_______________FATİMƏ AĞAZADƏ___________
ŞİMDİ OKUDUĞUN
SİRİUS (tamamlandı)*
FantasyNəhayətində SİRİUSda bir ulduz idi.Hər ulduz bir gün sürüşüb axıb gedərmiş.Ya SİRİUSda bir gün gedərsə?SİRİUSdan uçan ulduzlara baxardıq . İlk gördüyümüzdə gözlərimizi yumub dilək tutardıq. Bəs SİRİUSu kim görəcəkdi? Kim həmin an içdən dilək tutacaq...