Bölüm 41: Ölüm...?

13 4 2
                                    

                       ~ yasir miy - gidiyor musun(music)~

~ben güçlü biriydim , bir tek sana yenildim , senle dünyam karardı , eskiden iyi biriydim , şimdi durdur zamanı , yada yık yok et bu kararı , içindesin , görmezsin zararı , nolucak şimdi ?~

   Hər şeyin yaxşı olmasına ümid edərkən , hər şey əksini edirdi sanki . Yıxıldığım yerdən qalxa bilməməyim üçün . Artıq ağrıdan qorxmurdum sanki və ya bundan sonra ola biləcəklərdən . Yaxşı , ya da istədiyim kimi bir həyat da arzu etmirdim . Sadəcə səbəbi olduğum hadisələri həll etmək istəyirdim . Sonra nə olarsa da olsun . Çox da önəm daşımırdı mənim üçün . Həyat nə qəribə idi . Sadəcə düşünürsən , xəyal edirsən , hər şeyini fəda verməyi belə qəbul edərsən uğrunda . Həyatsa səni hər dəfəsində heyrətə gətirir . Qarşına başqa biriləri çıxır . Sən həyatını istədiyin rəng mürəkkəblə yazıb , düşünərkən . O sənin üçün mürəkkəbi dəyişir . Ən sonda da istəmədiyin yerdə olursan . Bəlkə də qalibiyyət bu idi . Sonuna qədər mübarizə etmək . Hər şeyini bəlkə də həyatını xərcləmək . Məğlub olaraq bəlkədə qalibiyyəti qazanırdın  . Və ya bu da həyatın bir oyunu idi . Yenə də sən aldanırdın . Bunu istəməsən belə . Çünki qaydalar belə idi . Bəzən səhv olacağını bilə bilə atdığımız addımlar kimi . Nə zamansa risqə girmək üçün , nə zamansa qürurun üçün . Sonunun nə olduğunu bilmədən . Eynən mənim etdiyim kimi . Öz həyatım üçün özümü məhv etmişdim . Əlaqəsiz olduğunu bilərək . Ən sonda əlimdə heç bir şeyin qalacağını bilərək . Mən o zaman dadmışdım məğlubiyyət hissini . O zamandan bəri də yoldaş olmuşdu mənə . Bəzən mənə dərs verən , həyatı öyrədən , bəzən isə məni sadəcə geriyə çəkən yoldaş . Olmamalı bir şey idi bu . Olmasını istəməyim idi ən böyük səhvim . Hərçənd anlamırdım bunu . Yaşamadan həqiqətən anlamaq olmurmuş . Günahımın cəzasını çəkərkən heç göz yaşı tökməzdim . Çünki səs çıxarmağa belə haqqım yox idi . Bu mənim mübarizəm idi . Hər nə qədər Günəşi sevsəm də , aydınlığını sevsəm də , Ay mənim üçün daha yaxın olmuşdu , qaranlıq mənim üçün daha doğma olmuşdu . Deyəsən başqa hekayələri aydınlaşdıraraq qaranlıq etmişdim özümü . Nə etmək olar , yenə istəyərək edən mən idim . Peşman deyildim əslində , yaşadıqlarım üçün , günahlarım üçün . Belə olacaqmış deyək . Olub bitmişdən çarə olmaz . Amma fayda olar . Nə qədər imkansız görünsə də , bu yalnız bizim əlimizdə olan bir şey idi . Bəzilərimiz imkansız olduğunu bilib addım belə atmırdılar . Olduğu yerdə hər şeylə razı olub , boyun əyirdilər . Biz isə bunu edə bilməzdik . Yerimizdə qalıb az sonra nə ola bilər deyə gözləyib vaxt itirə bilməzdik . Bəlkə də bunun üçündü indiki halımız . Əlimizdə olanların belə gözümüzün önündə parça parça olub məhv edilməsi . Bu zaman belə peşman deyildim . Nəhayətində sınamışdım . Sonu istədiyim kimi belə olmasa sınamışdım . Özümə inanmışdım . Bu idi bizi fərqli edən , güclü edən . Bəlkə də məhv edən ...



            Ulduzlar səmanı bəzədiklərinə peşman oldmuşdu sanki . Və ya qaranlığın çökməsinə . Saatlar sürrətlə keçmişdi . Kimisə qarşılayacaq kimi tələsirdi sanki . İstəsək də ona maneə ola bilməzdik onsuz . Neçə saatdır ki Flaydın başından ayrılmırdıq . Ayris çoxdan buranı tərk etmişdi belə . Forbi isə ortalıqda yox idi . Sanki əvvəldən nə olacağını bilirmiş kimi . Onu bundan sonra görərkən nə hiss edəcəyimi qabaqcadan düşünə bilmirdim . Sanki bir an hamı birdən hər şey yalandı deyəcəkdi . Yuxu idi , sənsə yuxuda idin . İndi oyanmaq vaxtıdı . Amma heyif , hər şey istədiyimiz kimi olmur . Çalışanlar və bir neçə işçi Flaydı burdan almağa gəlirdi . Son dəfə saçlarını onun sevdiyi kimi düzəltdim . Cansız üzü sanki təbəssüm edirdi :

SİRİUS (tamamlandı)*Hikayelerin yaşadığı yer. Şimdi keşfedin