~ yasir miy - gidiyor musun?(music)~
gidiyor musun? bu kez ağlama.
biliyor musun? son kez güldün bana.
Artıq neçənci eyni günə başlayışım olduğunu xatırlamırdım . Çarpayıdan hələ də qalxa bilmirdim . Sanki kiminsə məni yerimdən itələyərək ayıltmasını gözləyirmiş kimi . Bəzən tavana saatlarca baxa bilərdim . Heç bir şey düşünmədən . Sadəcə zamanın dayandığını hiss edərək . Bəzən özümə belə qəribə gəlirdi . Bəzən isə etdiyimə görə tək peşman olmadığım şey . Sadəcə dümdüz baxırdım . Sanki "qara" düşüncələrin içimi doldurduğunu qəbullanır kimi . Hər belə düşündükdə özümü inkar edirdim . Elə bil yalan bir ümidlə aldanır kimi . Başqa çarəm yox idi sanki . Olanlara inanmaq , hər şey düzgün olurmuş kimi özümə yalan demək və qəbullanmaq idi tək çarə . Niyə belə oldu bilmirəm . Hər şeyi yaxşı düşünməyə çalışarkən niyə belə olurdu . Halbuki təkcə düşünmək bəs etmirmiş . İnanmaq lazım imiş . Olacağına inanmaq . Mən belə istəməmişdim . Hərçəndə həyat mənim istəyimi nəzərə alacaq qədər mənasız deyildi . Bunun üçün öz həyatımı özüm qurmalı idim . Özümü həqiqətən dinləyib , anlamalı idim . Bəlkə də bundan sonra əslində öz istəyimi bilmiş olardım . Ondan sonrası isə öz əlimdə idi . Öz həyatımın əlində idi . Bəlkə real edə bilərdim istəklərimi . Təbii ki , özüm öz həyatımı istədiyim kimi , xəyalımdakı kimi qura biləcəkdimsə . Tam olaraq heç bir şeyin düzgün , yerində olmaması . Nə qədər yaxşı düşünsəm də , içimdəki o kiçik "qara" nöqtə , o ağ hissləri qaralayacaqdı . Hər unutmağa çalışdığımda qarşıma daha çox çıxacaqdı . Nə qədər istəsəm də , əlimdən gələni etsəm də . İstəməyərək yaxınlaşdıracaqdım onu özümə . Heç bitməyəcəkdi , unudulmayacaqdı . O qara rəngi nə qədər ağla boyasaqda , ağ rəng qaranlığın içində itib gedəcəkdi . Sırf buna görə "peşmanlıq" deyilirdi buna . Hamının eşitdiyi , amma tam olaraq hiss etmədiyi , tam olaraq yaşamadığı , bilmədiyi bir hiss.... peşmanlıq ....
Gözlərim ağlamaqdan şişmişdi . Güzgüdəki mən məni tərk etmişdi sanki . Yer ayaqlarıma yad gəlirdi . Otaqdan çıxdıqda kolidorun digər ucunda olan Alec sanki kimisə axtarırdı . Bu təlaş isə uzaqdan bəlli olurdu . Mən daha bir neçə addım atmadan Alec məni görüb , yanıma gəlmişdi :
- Liviana , nə olub ?
- Heç bir şey Alec .
- Dünən heç yaxşı görünmürdün . Flayddan soruşdum bir az danışdı , amma tam olaraq başa düşə bilmədim .
- Önəmli deyil Alec.
- Bəs yaxşısan?
- Bilmirəm , yox deyəsən .
- Yaxşı görünmürsən onsuz . Gərək bu gün işə başlamazdın . Otağında qalıb dincəlsən yaxşı olardı .
- Yox Alec . Beləsi daha yaxşıdı . Həm bir neçə vacib işim var onları həll etməliyəm .
- Sən narahat olma , mən həll edərəm onları .
- Çox sağol , Alec . Amma bu edə biləcəyin bir şey deyil .
- Eləyə bilərdim amma...- deyərkən sözünü kəsmişdim :
- Flayd? O hardadı?
- Bilmirəm , sadəcə səhər bir dəfə gördüm onda isə çalışırdı .
ŞİMDİ OKUDUĞUN
SİRİUS (tamamlandı)*
FantasyNəhayətində SİRİUSda bir ulduz idi.Hər ulduz bir gün sürüşüb axıb gedərmiş.Ya SİRİUSda bir gün gedərsə?SİRİUSdan uçan ulduzlara baxardıq . İlk gördüyümüzdə gözlərimizi yumub dilək tutardıq. Bəs SİRİUSu kim görəcəkdi? Kim həmin an içdən dilək tutacaq...