* Alec Benjamin - Outurnning karma*
Bir günə daha göz açmıdıq . Pəncərəsiz otaqda sanki Günəşin isti işıqlarını görəcəkmiş kimi gözlərimi yavaş açırdım . Bu gün də əvvəlki kimi eyni, sadə bir iş günü idi . Otaqdan çıxdığımda qarşımdakı qapının kilid olduğunu gördüm , bu da o demək idi ki Ayris çoxdan günə başlamışdı . Halbuki dünən bu günü bir yerdə olacağımızı planlamışdıq . Hamı nahar yeməyi üçün böyük zala getmişdi ki, kolidorlar boş və sakit idi . Sakitliyi sadəcə bir neçə addım səsi pozurdu . Qarşıdakı divarı döndükdə bu səslərin Flayd və arxasıyca tələsərək gələn birinə aid olduğunu gördüm . Flayd :
-Sabahınız xeyir- deyərək sanki cavab gözləyirmiş kimi üzümə tərpənmədən baxırdı .
-Sizində ... sabahınız xeyir .
-Deyəsən bütün işləriniz bitib ki belə rahat gəzirsiz . Gəlin bu eyniliyi pozub sizə yeni işinizi göstərim - deyə dediyində artıq naharı dünənki yemək kimi qaçırdığımı başa düşmüşdüm .
- Buyurun sizi dinləyirəm.
- Bu yeni işçimizdi . Adı isə Alec . Özünüz onunla sonradan daha yaxından tanış olacaqsız, yəni olarsız . Əslində onu bir az tanıyırsız amma yenə də . Özü əvvəlcə burda fərqli yerlərdə işini dəvam edib, indi isə burda yenidir . O sizinlə bir çalışacaq. Ümid edirəm ki, ona buraları tanıdıb işində kömək edəcəksiz .
-Bəs mənə verəcəyiniz iş?
- Bu danışdıqlarım elə sizin işinizdi- deyərək sanki onunla zarafat etdiyimi düşündü . Doğrusu bu o qədər də asan olmayacaqdı . Çünki mən belə bu işləri yeni öyrənməyə çalışırdım . Bir neçə dəfə öskürdükdən sonra :
- Məncə artıq işinizə başlaya bilərsiz - deyib iş otağına keçmişdi . Alec mənə yaxın gəlib əlini uzatdı və dedi :
- Mən Alec . İşə yenidən başlamışam.
-Mən də Liviana . Tanıdığıma sevindim .
- Əslində burda necə çalışmalı olduğumu bilirəm . Sadəcə buraları çox tanımıram .
- Buna görə arxamca gəl- deyib təzədən gəldiyimiz yerə getdik . Bir sıra dərmanların və tibbi vasitələrin olduğu otağa girdikdə dərman qoxusu ətrafı bürümüşdü ki Alec burnunu tuturdu .
- Burada hələki böyük bir şey yoxdu . Sən sadəcə bunları bir birinə necə qarışdırılmasını bilməlisən .
Bunları tam ona başa salacaqdım ki , Alec sakit səsi ilə :
- Mən bunları etməyi bilirəm, dediyim kimi mən əvvəlcə də burada çalışmışam .
- Səni burada heç görməmişdim .
- Burada deyildim onsuz . Çalışdığımız yer bura çoxda uzaq deyil . Bura bizim iş yerinin kiçik bir modeli , hətta ordan dəfələrlə sakit və rahat yerdi .
- Gədiyin yer də belə bir yer idi ?
- Tam olaraq yox , amma oxşarlıq çoxdu . Orada daha sərt bir rejim var . Yəni bu yer, mənim çalışdığm yerin kiçik bir fraqmenti kimidi . Oranı görsən məncə bura qayıtmaq ən böyük istəyin olacaq . Nə yaxşı ki başıma gəldi də bura gələ bildim .
- Əgər bura kiçikliyi ilə bu qədər qorxuncursa, oranı düşünmək belə istəmirəm . Sən necə bura gəldin?
- Şey .. əslində heç bir şey olmadı . Mən bilmədən bura gələ bildim- dediyində nə isə gizlətdiyi aydın olurdu . Artıq bu şeyləri düşünmək istəmirdim , çünki ağlımda heç istəmədiyim qədər çox şey var idi .
ŞİMDİ OKUDUĞUN
SİRİUS (tamamlandı)*
FantasíaNəhayətində SİRİUSda bir ulduz idi.Hər ulduz bir gün sürüşüb axıb gedərmiş.Ya SİRİUSda bir gün gedərsə?SİRİUSdan uçan ulduzlara baxardıq . İlk gördüyümüzdə gözlərimizi yumub dilək tutardıq. Bəs SİRİUSu kim görəcəkdi? Kim həmin an içdən dilək tutacaq...